adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 May 2019 09:46
38122
MƏDƏNİYYƏT

Firuz Mustafa “Yaradıcı yazı”nın “Birpərdəli dərs”ində

Bir neçə gün qabaq "Payız meşəsində vals”pyesi ilə Mədəniyyət Nazirliyinin elan etdiyi "Birpərdəli pyeslər” müsabiqəsininqalibi olmuş I mükafatın sahibi dramaturqfilosof Firuz Mustafa may ayının3-də Xəzər Universitetində "Yaradıcı yazı” fənninin qonağı oldu. "Dillər və ədəbiyyatlar”departamentinin müəllimi Qardaşxan Əzizxanlı, həmçinin "Xəzər”li tələbələrSəidə Cabarova və Nərmin Ələkbərova tanınmış yazarın çoxşaxəli yaradıcılığından danışdılar. Sonra tələbələrin suallarını cavablandıran yazar öyrənciləri yaradıcılıq laboratoriyası ilə,pyeslərində etdiyi yeniliklərlə yaxından tanış etdi, maraqlı nümunələr misal gətirməklədramaturgiyanın fəlsəfəsindən söz açdı. Görüşün sonunda hörmətli qonaq "Ölü dildə sevgi məktubları” kitabını"Yaradıcı yazı” fənninin kitabxanasına bağışladı.