Filosof Müşfiq Şükürov ADU-da oldu
17 mart 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Həmkarlar Təşkilatının nəzdində fəaliyyət göstərən Fərdi İnkişaf Birliyinin təşkilatçılığı ilə fəlsəfə elmləri namizədi, dosent və filosof Müşfiq Şükürov ilə görüş keçirildi. O, "Lev Tolstoy kim idi?” mövzusunda çıxış edərək tələbələrlə öz maraqlı fikirlərini bölüşüb.
Filosof Müşfiq Şükürov rus yazıçı, publisist və filosof Lev Tolstoy haqqında danışaraq onun nəsr janrında ən böyük və dövrünün ən məşhur ruhani yazıçısı olduğunu bildirdi. O, L. Tolstoyun özünün əxlaqi-mənəvi əsərləri ilə XX əsrin fikir tarixinə, o cümlədən Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri olan Mahatma Qandinin şəxsiyyətinə ciddi təsir göstərdiyini görüş iştirakçılarının diqqətinə çatdırdı. Filosof L.Tolstoyun 50 yaşında qəribə həyat yaşadığını, lakin ən yaxşı əsərlərini ("Anna Karenina” , "Dirilmə”) də məhz bu yaşdan etibarən yazdığını bildirdi.
L.Tostoyun dinə olan münasibətindən danışan filosof rus yazıçısının əsərlərində saxtakarlıq, yalana qarşı çıxdığını, sadə olmaqdan çəkinməyən və özü kimi olan insanı ideal insan adlandırdığını diqqətə çatdırdı.
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatdı.
Qeyd edək ki, Müşfiq Şükürov bir monoqrafiya, 40-a yaxın elmi və fəlsəfi məqalələrin müəllifidir. O, eyni zamanda "Budda-Dhampada”, "Xəlil-Cübra-Peyğəmbər” əsərlərini Azərbaycan dilinə ilk tərcümə edən şəxsdir.

Digər Xəbərlər
10 Iyun 2026 16:57
"30 ildir şagirdlərin diqqəti topladığı bala yönəlir" - Nazir
09 Iyun 2026 16:38
Azərbaycan Universitetində yeni elmi təşəbbüs
09 Iyun 2026 13:49
Bakıda məktəbləri 87 519 şagird bitirir
08 Iyun 2026 16:38
Lisey və gimnaziyalara qəbul bu tarixdə başlayır
07 Iyun 2026 14:15
I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirildi - YENİLƏNİB
05 Iyun 2026 15:27
Ali məktəbləri bitirib ortada qalmaqdansa...
05 Iyun 2026 09:52
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
04 Iyun 2026 19:06


Bakı -°C

