adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 May 2018 17:28
12511
ƏDƏBİYYAT

FİKRİ, HİSSİ SÖZƏ ÇEVİRƏN ADƏM

Adətən mütaliə etdiyim hər bir kitabın mənə verəcəyi təbii ki, həm dədigər oxuculara bağışlayacağı zövqü, duyumu, ən əsası isə düşünüb nəticə çıxarmaqimkanını öncədən gözümün önünə alıram. Yəni istəyirəm ki, oxuyacağım istənilən birkitab mənə nə isə qazandırsın. Mən ondan nəyisə götürüm. Bax, bu mənada daha çoxşeir kitabları ilə, poeziya nümunələri ilə baş-başa qaldığımdan imza sahiblərindəndə bunu umuram, bunu gözləyirəm. Elə son günlərimin həmsöhbəti olan "Bir röyahəsrətində..." adlı əlyazmalarından ibarət toplunu başa çıxanda anladım ki,müəllif bu kitabı vasitəsilə mənə təkcə fikirlərini yox, həm də yaşantılarını, gördüklərinipıçıldayıb. Onun konkret ünvanlara, gəzib gördüyü yerlərə bir rəssam, bir səyyahvə bir az da məftunluq nəzərlərilə baxması dediklərimin əyani təsiridi. Çünki AdəmAsnu öz poetik mənini həmin o dediyim sənət növlərinin və bir də torpağa, məmləkətəvurğunluğun ona verdiyi sevginin işığında cilalayır. Oxuduqca sənə elə gəlir ki,müəlliflə birlikdə sən də bu məqamların hamısını yaşayırsan. Məsələn, "Nəvəmlə oynayarkən" şeirində Adəm yazır:

Elə sual verir, hərdən çaşıram,

Gah sürünüb, gah mayallaq aşıram.

Yaman həlim olub - yumşaqlaşıram,

Həmyaşıd oluram - uşaqlaşıram

Nəvəmlə oynayarkən.

Yəqin ki, bu şeiri oxuyan hər bir oxucu nəvənin evdə baba, nəvə və digərdoğmalar üçün hansı mərəkələr qurduğunu dərhal xatırlayacaqlar. Özləri də həmino şeirdəki təkcə zamanın yox, həm də yaşamın içərisində özlərini hiss edəcəklər.Və elə həmin andaca Adəmin söylədiyi başqa bir məqamla da baş-başa qalmaq imkanıqazanacaqlar. Biləcəklər ki, Azərbaycanın Xocalı dərdi həm də onun qarşısına qisas,intiqam missiyasını qoyubdu.

İntiqam əzmimiz dönməz və qəti,

Ordumuzun hər gün artır qüdrəti.

Düşmən də anlayır bu həqiqəti,

Bürüyürbit-birə canın, Xocalı,

Yerdəqalmayacaq qanın, Xocalı.

Mənbir oxucu kimi Adəmin şeirlərində etirafın xüsusi yer tutduğunu böyük hərflərləyazardım. Yəni onun demək olar ki, əksər şeir çələngində o sevgini də, vurğunluğuda, torpağa, gözəlliyə səcdəni də etirafedir. Hər kəsi də öz sevgisini, öz doğma yurduna məhəbbətini dilə gətirməyə həmhəvəsləndirir, həm də səsləyir. Məsələn, o yazır:

Həyatınzövqü, mənası,

Yaşamınbir faydası,

Olardımı,ay qadası,

Sənolmasaydın?


Sevincimikim bölərdi,

Dərdimikim çözələrdi?

Bucanım çoxdan ölərdi -

Sənolmasaydın!


Ömür-günyoldaşına ithaf etdiyi və bu qəbildən olan bütün şeirlərində Adəm təkcə həyat yoldaşınayox, mənim duyduğuma, hiss etdiyimə görə, bütün sevgini, birgə həyatı dəyərləndirənhər kəsə bir etiraf mesajı edir. Ona görə də o vurğulayır ki, insan təkcə ad deyil,təkcə hardasa görünən, hardasa oturan, duran,danışan, yeyib-içib gəzən və ümumiyyətlə, Allahın verdiyi bütün qabiliyyətlərdənistifadə edən varlıq deyil, o həm də yaratmaq və düşünmək qabiliyyətinə malik olanbir varlıqdı! Tam mənasında Allah insanı, yəni öz bəndəsinə özündən sonra yaratmaq,qurmaq missiyasını verdiyi ikinci bir canlıdı. Adəm də insanla bağlı düşüncələrinişeirə çevirəndə dilə gətirərkən vurğulayır ki:

Həmruhən, həm mənən saf, güclü, pak ol,

Köçedəndə qoy desinlər: "Yaxşı yol".

Dünyada"İNSAN" tək adın ki qalar,

Hamıxoş xatırlar, xoş yada salar.

Baxelə əslində insanın həyat kredosu da elə bu olmalıdı. Düşünməlidi ki, onun iki qazancıvar: biri rəhmətdi, biri də nifrət! Adəm şeirlərində hər iki mövzunu, yəni insanınhər iki missiyasını peşəkarlıqla qələmə almağı bacarıbdı.

"Birröya həsrətində..." kitabının müəllifi onu da vurğulamağı unutmur ki, bütüncanlılar, bütün varlıqlar ona ayrılmış ömür payını, onun üzərinə qoyulmuş missiyanıyaşayır və yerinə yetirir. Bu aspektdən yanaşanda onda bəlli olur ki, biz hamımızbu dünyada kirəkeşik. Doğrudur, məşhur bayatılarımızda deyildiyi kimi:

Dünyabir pəncərədi,

Hərgələn baxar gedər.

Ammabu gerçəyi "özününküləşdirən" Adəm isə vurğulayıb ki:

Dünyaeniş-yoxuş, həyat keşməkeş,

İnsanisə mehman - qonaq, kirəkeş.

Daşıyıbçiynində ömür yükünü,

Hərkəs qonaq qalıb, edir köçünü.

Adəminşeirlərində təbiət özü də canlı bir şəkildə oxucu qarşısına çıxarılıb. Onun istərdoğulduğu Naxçıvana, istər Azərbaycanın digər bölgələrinə sevgisi və bütövlükdəAzərbaycandan aldığı mənəvi zövq o qədər bütövdür ki, onu hissələrə bölmək çox çətindir.Yəni o, istər ölkənin şimalında gördüyü gözəlliyi, istər Lənkəran bölgəsinin özəlliklərini,istər Bakını, istər Şəkini tərənnüm edəndə onun bir şair missiyası oxucuya bu müəllifin hansı bölgənin təmsilçisiolmaq barədə düşünmək imkanı vermir. Oxucu hiss edir ki, şeirin müəllifi məhz qusarlıdı,məhz bakılıdı, məhz qarabağlıdı. Bax, buda mənim düşüncəmə görə şeirlərin uğurlu alınmasında müəllifin ən yaxın köməkçisi,dəstəkçisidi. Onun yazdığı "Məni özgələrdən soruşma" şeirində də bax,bu çalarlar, özünü təqdimetmədə əyani şəkildə göstərir. Müəllif yazır ki:

Bəlkəsorduqların özü da seçir,

İkimizdənbiri qəlbindən keçir...

Mənəelə gəlir ki, şeir yazmaq təkcə misraları,fikirləri bir-birinə uyğunlaşdırmaq, ardıcıl düzmək deyil, bu həm də ağır bir yükəçiyin vermək, o yükün özünün də fikirdən, hissdən, duyğudan ibarət olduğunu anlamaqdır.Məhz bu mənada Adəmin şeirlərində fikir, duyğu, hiss qabarıq görünür, aydın seçilir.Hətta onun kiçik həcmli, yəni dörd misradan ibarət olan şeirlərində də o, fikrə don geyindirməyi bacarır, fikri oxucuyabiçimli, anlayıb qəbul edəcəyi səviyyədə təqdim edir. Məsələn, o yazır ki:

Atanınxasiyyəti oğulda da iz salar,

Namərdinbəd niyyəti oğula da irs qalar.

Vəyaxud:

Qəlbdəki, qəm çağlayır,

Gözlərimqəm ağlayır.

Ondanda ağır budur,

Qəlbağlar, göz qurudur.

Bəli,bütün bu nümunələrdən də göründüyü kimi, "Bir röya həsrətində..." kitabınınmüəllifi artıq sözün, yaradıcılığın içərisində olan, ədəbiyyatla yaşamağı bacaranbir qələm adamıdı. Ona görə də Adəm yükünü götürdüyü SÖZü bundan sonra da oxucu dünyasına öz yoluyla, özaçdığı cığırla çatdırmağa məhkumdur. Düşünürəm ki, o, bunu artıq özü üçün qərarlaşdırıb.Ona görə də mən Adəmə "yolun açıq olsun!" -deyirəm.

Əbülfət MƏDƏTOĞLU