05 Fevral 2016 12:20
3702
ƏDƏBİYYAT

Fikrət Qoca: "Xətkeşim yoxdu ki, camaatın savadını ölçüm"

Xalq şairi Fikrət Qocanın gənc şair Emin Pirinin onun haqqında söylədiyi tənqidi fikirlərlə bağlı Kulisə verdiyi blitz müsahibəni təqdim edirik.

 

- Fikrət müəllim, Emin Piri sizi "kəmsavad” adlandırıb.

 

- İndi deyib, deyib də. Öz fikridir. Mən nə deyə bilərəm ki?

 

- Axı siz kəmsavad deyilsiniz…

 

- O elə düşünür ki, kəmsavadam da…

 

- Bir də deyir ki, siz başqalarına "kəmsavad” deyirsiniz.

 

- Onu düz demir. Mən heç kimə kəmsavad demirəm. Mənim xətkeşim yoxdu ki, camaatın savadını ölçüm.

 

- Rəşad Məcid deyir ki, Emin Pirinin məsələsi katiblikdə müzakirə olunacaq.

 

- Düzü bundan xəbərim yoxdur.

 

- Bəs müzakirə olunanda siz nə deyəcəksiniz?

 

- Elə sizə dediklərimi.

 

- Yəni üzvlükdən çıxardılmaq məsələsi qoyulsa nə deyəcəksiniz?

 

- Mən istəmirəm o üzvlükdən çıxardılsın.

 

- Bəs indi nə edəcəksiniz?

 

- Çalışacam savadımı artırım…. (gülür)