adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Noyabr 2017 12:54
13195
İDMAN

FİFA prezidenti daha çox qol vurmağın formulunu açıqladı

FİFA prezidenti Gianni İnfantino, Türkiyə FutbolFederasiyası prezidenti Yıldırım Demirören ilə İstanbulda FİFA Futbol Sammitiöncəsində mətbuat konfransı təşkil etdi.

Mətbuat konfransında jurnalistlərin verdiyi suallarayumoristik cavablar verən İnfantino, matçlarda daha çox qol vurulmağınınformulunu da yenə yumoristik bir şəkildə ifadə etdi.

Mətbuat nümayəndələrindən biri "Daha çox qolvurulması üçün qapının böyüdülməsi və ya 3 künc zərbəsi, 1 penalti ola bilərmi?”sualına İnfantion "Qapıçıları daha qısa boylu seçə bilərsiniz” deyərək başdaYıldırım Demirören olmaq üzərə konfransdakıları güldürdü.

İnfantino, "Futbolda dəyişməsi gərəkdiyinidüşündüyünüz qaydalar varmı?” sualına da "Hörmətli prezident Demirören, "ofsaytolmasın” deyir. Bir də hakim olmasın təbii ki! İkisi olmazsa, bütün problemlərhəll olar” cavabını verərək zarafatcıl insan olduğunu bir daha sübut etdi. Əyləncəlikonfransda Dünya Kubokunda format dəyişikliyinin olmasında da söz açan italyan əsilliisveçrəli İnfantino gülərək "2026 Dünya Kubokunda 48 komanda olacaq. Bu qərarıalmağımızın səbəbi hazırda Türkiyənin mundialdan uzaq olmasıdır. Təbii İtaliyada qatılmadı” şəkilində açıqlama verdi.