FİFA 8 nəfəri ömürlük futboldan uzaqlaşdırdı
FİFA İntizam Komitəsi təşkilatın intizam kodeksini pozan səkkiz şəxsi ömürlük futboldan uzaqlaşdırıb.
Adalet.az "Report"a istinadən xəbər verir ki, bunlardan 7-si futbolçu, biri isə menecerdir.
Futbolçulardan Karlon Myurrey, Keyno Tomas (hər ikisi Trinidad və Tobaqo), Xellinqs Mvakasunqula (Malavi), İbrahim Karqbo (Sierra Leone), Seidat Çomoqo (Benin), Leonel Duarte (Kuba), Məhəmməd Salim İsrafil Koxistani (Əfqanıstan) və zimbabveli menecer Kudzanay Şaba danışılmış oyunlara görə hər hansı bir futbol fəaliyyətindən ömürlük kənarlaşdırılıb.
Qurum keniyalı Cordc Obino Audiyə isə 10 illik cəza verib. O həmçinin 15 min İsveçrə frankı məbləğində cərimələnib.
Digər Xəbərlər
04 May 2024 13:37
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 10:29Azərbaycan Premyer Liqası: “Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Neftçi”yə qarşı
03 May 2024 23:04UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06