FHN radiasiya təhlükəsizliyinə dair növbəti tədbir keçirdi
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətləri daxilində nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirlərini davam etdirir.
Adalet.az xəbər verir ki, bu çərçivədə Agentlik ilə Nazirliyin Şimal Regional Mərkəzi birgə tədbir keçirib.
Tədbirdə Mərkəzin əhatə etdiyi rayonların icra hakimiyyətlərinin nümayəndələri, ionlaşdırıcı şüalanma ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri, eləcə də FHN-in yerli qurumlarının nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan FHN-in Şimal Regional Mərkəzinin rəis müavini Ruhid Hacəliyev maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb, ionlaşdırıcı şüalanma mənbələrindən təhlükəsiz istifadə, radiasiya təhlükəsizliyi tələblərinə əməl olunması və bu sahədə çalışan şəxslərin məlumatlılığının artırılmasının vacibliyini vurğulayıb. Mərkəzin rəis müavini, həmçinin regional səviyyədə aidiyyəti qurumlar arasında əməkdaşlığın və qarşılıqlı məlumat mübadiləsinin gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.
Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini Əkbər Quliyev Agentliyin fəaliyyəti, qarşıda duran məsələlər və regional mərkəzlərlə birgə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Tədbirdə nüvə və radioloji fəaliyyət, nəzarət mexanizmləri, sahibsiz radioaktiv mənbələr, onların aşkar edilməsi zamanı qurumların fəaliyyətinin əlaqələndirilməsi, nüvə və radioloji qəza halları, eləcə də belə hallarda idarəetmə mexanizmləri müzakirə olunub.
Tədbir zamanı Agentliyin əməkdaşları tərəfindən müvafiq mövzularda təqdimatlar edilib, videoçarxlar nümayiş olunub və iştirakçıların sualları ətraflı cavablandırılıb.
Digər Xəbərlər
27 Oktyabr 2026 16:36
ADY yeni qatarlar alır - Yeni istiqamətlərə sərnişin daşımaları bərpa ediləcək
27 Oktyabr 2026 16:20
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi
27 Oktyabr 2026 16:16
Emin Hüseynov: Xocəvəndin 78,32%-i minalardan hələ də təmizlənməyib
27 Oktyabr 2026 16:04
Rövşən Rzayev növbəti vətəndaş qəbulu keçirdi
27 Oktyabr 2026 15:58
Prezidentin sosial şəbəkə hesablarında forumun açılışına dair video paylaşılıb
27 Oktyabr 2026 15:54
İlham Əliyev və ailə üzvləri sərgi ilə tanış olublar - FOTOLAR
27 Oktyabr 2026 15:38
Avtomobildə telefondan istifadə edənlərin NƏZƏRİNƏ!
27 Oktyabr 2026 15:18


Bakı -°C

