adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Mart 2024 19:54
1196
HADİSƏ

FHN köməksiz vəziyyətdə qalan azyaşlını xilas etdi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Telnov küçəsində azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Adalet.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Bakı Regiona Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2016-cı il təvəllüdlü azyaşlını xilas ediblər.