FHN-in helikopterləri vasitəsilə peyvəndləmə apardı
Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılıb.
FHN-dən Adalet.az-a verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopterləri vasitəsilə aparılan peyvəndləmə ümumilikdə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə həyata keçirilib.
Müəyyən edilmiş istiqamətlər üzrə mürəkkəb relyefli dağ-meşə massivlərində həyata keçirilən quduzluq xəstəliyi əleyhinə peyvəndləmə prosesi çərçivəsində helikopterlər vasitəsilə meşə zolaqlarına ümumilikdə 1000 kilometrə yaxın məsafədə 13 min ədəd aldadıcı yem səpilib.
Digər Xəbərlər
08 Aprel 2026 11:39
Kütləvi zəhərlənmə olan restoranın fəaliyyəti dayandırıldı - RƏSMİ
08 Aprel 2026 10:53
İrandan Azərbaycana indiyədək 3 379 nəfər təxliyə olunub
08 Aprel 2026 10:14
Avtobus marşrutlarına onlayn bilet satışı artıb
08 Aprel 2026 09:56


Bakı -°C

