FHN iki nəfəri xilas edib
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Adalet.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.
Əməliyyat başa çatıb.
Digər Xəbərlər
03 May 2024 17:14