adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Aprel 2018 15:34
9079
HADİSƏ

FHN Goranboydakı qəza ilə bağlı məlumat yayıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Goranboy rayonu, Qızılhacılı qəsəbəsi ərazisində "VAZ” və "Mercedes” markalı iki minik avtomobilin toqquşması barədə məlumat daxil olub.

Adalet.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış 2 nəfəri deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.