adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Aprel 2014 14:09
8951
MƏMLƏKƏT

FHN Dövlət Yanğın Nəzarəti Xidməti Yevlaxda regional seminar-müşavirə keçirdi

Respublikamızdayanğın təhlükəsizliyinin daha da etibarlı təmin olunması istiqamətindəməqsədyönlü tədbirlər həyata keçirən Fövqəladə Hallar Nazirliyinin DövlətYanğın Nəzarəti Xidməti dənli və texniki bitkilərin yığılması, daşınması,saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısınınalınmasını, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunmasınıprioritet məsələ kimi diqqət mərkəzində saxlayaraq müvafiq qabaqlayıcıtədbirləri davam etdirir. Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin DövlətYanğın Nəzarəti Xidməti Yevlax rayonunda «Dənli və texniki bitkilərin, meşələrinyanğın təhlükəsizliyi» mövzusunda keçirdiyi regional müşavirədə dənli vətexniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə dəmeşələrin yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələrəsas müzakirə obyekti olub.

Seminar-müşavirədətaxıl yığımına və ot tədarükünə hazırlıq, dənli bitkilərin yetişməvə məhsul yığımı dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıdaduran vəzifələr müzakirə olunub, 2013-cü ildə dənli və texniki bitkilərinyığılması, daşınması, saxlanması və emalı dövründə baş vermiş yanğınhadisələri təhlil edilib, onların səbəbləri açıqlanıb.

Seminar-müşavirədəyanğına qarşı təbliğat, maarifləndirmə işinə geniş yer verilərək FövqəladəHallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətininəməkdaşları dənli və texniki bitkilərin yığılması, daşınması,saxlanması və emalı dövründə yanğın hadisələrinin baş verməməsi üçünqabaqlayıcı tədbirlərdən bəhs edən mühazirələri dinlənilib, eləcə də meşələrinyanğın təhlükəsizliyinin təmin olunması haqqında ətraflı söhbət açılıb,«Yanğın təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qanununun yanğıntəhlükəsizliyinin təmin olunması üçün vəzifəli şəxslər, kənd təsərrüfatıəməkçiləri, vətəndaşlar qarşısında qoyduğu vəzifələr barədə fikirmübadiləsi aparılıb.

Müşavirədədənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalıdövründə yanğın hadisələrinin qarşısının alınmasını, eləcə dəmeşələrin yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən səyyar foto-stendəbaxış keçirilib, slaydlar nümayiş etdirilib, təsərrüfat və bələdiyyənümayəndələrinə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən nəşr etdirilmiş 2adda yanğına qarşı təbliğat xarakterli plakatlar paylanılıb.

HikmətXudiyev
FHN Dövlət Yanğın Nəzarəti Xidməti Yanğına qarşı təbliğatşöbəsinin rəisi, daxili xidmət polkovniki