adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
09 Mart 2019 11:05
4895
HADİSƏ

FHN Binəqədidə yaşayış binasındakı yanğınla bağlı RƏSMİ MƏLUMAT yaydı

Bakı şəhəri Binəqədi rayonunda səhər saatlarında baş vermiş yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.

Adalet.az xəbər verir ki, FHN-nin yaydığı məlumata əsasən, Binəqədidə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 28 m² olan bir otaqlı mənzilin mətbəxində mətbəx əşyaları 6 m² sahədə yanıb. Yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 2 m² sahədə qarsalanıb. Məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.