adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Avqust 2018 15:05
3854
GÜNDƏM

FHN Balakəndə itən şəxsi axtarır

Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 1950-ci il təvəllüdlü Ramazanov Süleyman Müslüm oğlunun axtarışları davam etdirilir.

Adalet.az-ın məlumatına görə Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a bildiriblər ki, S.Ramazanovun itkin düşdüyü ehtimal olunan əraziyə yaxın su hövzələrində nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarışlar aparılır.

Eyni zamanda, Daxili İşlər Nazirliyinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər çayətrafı və oraya yaxın ərazilərdə axtarışlar həyata keçirirlər. Əlavə məlumat veriləcək.