FHN: 9 ayda 43 nəfər yanğında ölüb
Cari ilin doqquz ayında respublika ərazisində 1818 yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yanğınların 1327-si çoxmənzilli binalarında və fərdi evlərdə, 98-i açıq sahələrdə, 275-i nəqliyyat vasitələrində, 9-u meşə və meşə talalarında, 109-u isə digər yerlərdə baş verib.
Qeydə alınan hadisələr zamanı 43 nəfər həlak olub, 168 nəfər xəsarət alıb. Bu da ötən ilin hesabat dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 19 nəfər və ya 31 faiz azdır. Xəsarət alanların sayı isə ötən ilin müvafiq dövrünə nisbətən 41 nəfər və ya 32 faiz çoxdur.
Digər Xəbərlər
28 Aprel 2024 09:46
Ağdamda mina partladı - Yaralı var
27 Aprel 2024 15:15Azərbaycanda hakim intihar etdi
27 Aprel 2024 13:03Şuşada mina partladı - xəsarət alan var
26 Aprel 2024 18:136 gün əvvəl kanalda batan 13 yaşlı uşağın axtarışları davam etdirilir - VİDEO
26 Aprel 2024 15:57