adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Iyul 2020 15:03
52432
ƏDƏBİYYAT

FƏXRİ MÜSLÜM: ŞUŞA XATİRƏLƏRİ

DƏFN EDİN BU YÖNÜ, ÜZ, QARABAĞA.

Yuxu, dördayaqlı qoyun kimidi,
İstinin, bürkünün izinə düşür.
Baxıram, səmadan
Bir quyruqlu ulduz sallanıb yerə,
Ziyası, səhərin üzünə düşür.
Dünyanın dar vaxtı, sıxdıqca bizi,
Adamın könlündən bir yaylaq keçir.
İndi, gəl-gəl deyir qızıl balıqlar,
İçdən, daş-kəsəkli, bir çaylaq keçir.

İndi çiçəklər də, adam kimidi,
Qalıb qərib-qərib, gözü nəm çəkir.