adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 Yanvar 2020 10:30
113694
MÜSAHİBƏ

"Fəxri adlarını itirməmək üçün danışmırlar" - Tarzən Yaqub İlyasovla MÜSAHİBƏ

Müsahibim tarzən, "Qarabağ üçün oxu" layihəsinin koordinatoru Yaqub İlyasovdur. Onu sosial şəbəkədən izləyirəm. Gözəl tar ifa edir. Musiqilərimiziyeni nəfəs qatır. Bəlkə də yeni yaratdığı qrupa "Nəfəs” adını da buna görəqoyub. Mətbuatda nədənsə həmişə çox məşhur olan sənətçilərlə müsahibələryayımlanır. Amma məncə, istedadı, bacarığı olan istənilər insanı cəmiyyətə təqdimetmək, tanıtmaq lazımdır. Onunla tar və indiki musiqimiz, cəmiyyətimiz haqqındabiraz söhbətləşdik.

Adalet.az tarzən Yaqub İlyasovla müsahibənitəqdim edir.

- Yaqub, adətən,birinci sualda səndən özünü təqdim etməyini istəməliydim. Sən də tərcümeyi-halaoxşar cavab verməli idi. Amma məncə, səni tanımaq üçün tərcümeyi-hal lazımdeyil. Ona görə də elə birbaşa keçirəm əsas suala. Suallarım az və qısa olacaq. 

Bir çox tarzənlərimizvar. Onların içində hamının tanıdığı tarzənlər də var, heç kimin tanımadığıtarzənlər də. Səncə bir tarzən üçün tanınmaq vacibdirmi?

- Sənəti ilə,ifası ilə tanımaq gözəl bir şeydir. Bunu mən də daxil olmaqla bir çox musiqiçilərdə istəyir. Hamı tanımasa da olar, əsas odur ki, tanıyanlar dəyər versinlər.Yaradıcı insane hər şeydən vacib diqqətdir, dəyərdir.

- Müasir xaricimüsiqiləri tarda ifa edirsən. Necə qarşılanırsan insanlar tərəfindən?

- Adətən müasir Estradamüğənnilərimizin, reperlərin, bəzən də rokerlərin mahnılarına tar partiyalarınıifa edirəm Buna görə hələ ki mənfi rəy almamışam.

Xaricimahnılara isə çalışıram az müraciət edim. Əsasən bizim retro musiqiləri, xalqmahnılarımızı tanımayan gənclərə tanıdıb sevdirmək üçün müasir tərzəuyğunlaşdırıram. Amma sevindirici hal odur ki, gənclərə sevdirməklə yanaşı,orta və yaşlı nəsildən də xoş fikirləreşidirəm. Nostalji yaşadıqlarını deyirlər. Yəqin ki, gənclik illərində yaşadıqlarını xatırladabilirəm. Bu mmənə çox xoş gəlir.

- Məsələn, şairlərşeirə hələ də bir tərif verə bilməyiblər. Bütün sahələrdə də belədir. Bəs səntarı necə ifadə edərdin? Tar sənin üçün nədir?

- Şairlər şeirətərif tapa bilməyiblərsə, bir tarzənin tara tərif tapmağı qəliz olar. Hər ifaçıüçün ifa etdiyi aləti ayrı bir məna, bir hissiyat verir. Mənə görə isə həyatımdatar insanlardan (istisnalar var) daha dəyərlidir.

- Kimlərlə birgəsəhnəni bölüşmüsən və ya bölüşmək istəyərsən?




- Xalq artistlərimizSəkinə İsmayılova, Simarə İmanova ilə bir səhnəni bölüşmüşəm. Bir müddət xalqartisti Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq ritm” qrupu ilə işləmişəm. RüstəmZeynallının rəhbəri olduğu "Şeron” qrupu ilə də işləmişəm.

Hal-hazırda "Nəfəs”qrupunu yaratmışam. Çalışıram ki, mahnılarımızı, musiqilərimi yaddan çıxmağaqoymayım. Az da olsa gənclərə sevdirim. Səhnə bölüşmək istədiyim, xəyalınıqurduğum bir sənətçi yoxdur hələ ki. Bu biraz yekəxanalıq kimi çıxa bilər, ammadoğrudan da belədir.

- Musiqiçi üçüntəhsil önəmlidirmi? Yoxsa istedadla da musiqiçi olmaq olur?

- Təkcə istedadmükəmməl olmağa yetmir. Təhsil mütləqdir. Bunlardan əlavə isə çox çalışmaq,axtarmaq, araşdırmaq, hər janra, hər xalqın musiqisinə qulaq asmaq lazımdır.

- Musiqininiçində olan insansan. Hal-hazırkı musiqimiz səni qane edirmi?

- Musiqimiz vəefirlərimiz məni qətiyyən qane etmir. Dinləyicilər də həsrət qalın yaxşımusiqiyə. Amma yaxşı musiqi arzulayan dinləyici kütləsi də çox azdır. Bunu youtube-dayaxşı musiqilərlə digər musiqilər arasında olan baxış sayındakı fərq də aydın göstərir.Anlamaq lazımdır ki, musiqi insanın psixologiyasına, düşüncəsinə çox güclü təsirgöstərə bilir. Keyfiyyətsiz, mənasız söz yığınına, musiqimizə aid olmayan tərzdəyazılan melodiyalara qulaq asan cəmiyyətdə sağlam düşüncəli insanlar azalır.Bunun üçün həm kanallar, həm də Mədəniyyət Nazirliyi çox sərt qadağalar tətbiq etsə,yaxşı olar. Çünki mən sağlam düşüncəli cəmiyyət görmək istəyirəm.

- Zövqlər müxtəlifdir,yoxsa?

- Zöqlər təbiiki müxtəlifdir. Amma bayağılığı və youtube-da trend olan mahnıları zövqsaymıram.

- Musiqi qrupuyaratmısınız. Qrupun hədəfi nədir?

- Qrupun hədəfibəstəkar və xalq mahnılarımızı yenidən dinləyicilərə çatdırmaq, göstərmək ki,tar yalnız xanəndə ilə ifa olunan alət deyil. Həm də musiqilərimizi unutdurmamağa.Təbii ki musiqilərimiz unudulan deyil. İndiki musiqiləri nəzərə almasaq. Tar həttaavropa alətləri ilə də yola gedir. 

- Sənətkardoğrudan da toyda yetişir?

- Azərbaycanda sənətkartoyda yetişir. Amma əslində belə olmalı deyil. Toy yalnız və yalnız kommersiyaməqsədli olan bir şeydir. Hnası ki dolanışıq üçün məcburən getməliyik. Sənətkarınyeri isə konsertlərdir. Normal cəmiyyətdə sənətkar qazancını konsertlər vəalbomlardan təmin edir. Təəssüf ki bu, bizdə çətin məsələdir.

- Bir tarzənkimi ansamblda özünü rahat hiss edərsən, yoxsa solo?

- Öz qrupumdadaha rahatam, çünki mən müşayiətçi deyiləm, solo ifaçıyam. Amma dəvətlər olandatədbirlərdə, konsertlərdə ansamblla da işləyirəm.

- Səncə əksərmusiqiçilərimiz niyə cəmiyyətdə baş verən proseslərə mövqe bildirmirlər?

- Bir neçə variant var. Ya əksər musiqiçilərbu xalqdan deyil, ya fəxri adı varsa,onu itirmək istəmir deyə danışmır, ya da fəxri ad almaq istəyir. Mənə fəxri ad onsuz da verəndeyillər, heç istəmirəm də. Düzə-düz olmaq lazımdır, xalqın içindən çıxmışıqsahəmişə xalqın sözünü deməliyik. Bir incəsənət adamı təkcə özünə və ailəsinə aiddeyil. Həm də xalqın mülküdür. Ona görə də xalqını sevməlidir, xalqın sözünüdeməlidir, xalqı üçün çalışmalıdır ki, xalq da onu sevsin. Fəxri ad olmasa daolar. Əsas əsl təmənnasız, qarşılıqsız sevgidir.

- Bu mənim həmişəsoruşduğum sualdı. Ədəbiyyatla aran necədir? Hansı yazıçıları, şairlərioxumusan?

- Düzü bir neçəmüddətdir ki, mütaliəyə vaxt ayıra bilmirəm, sonuncu dəfə oxuduğum kitab da,yazıçı da yadımda deyil. Amma şairlərimizdən səni, Salam Sarvanı, Ramiz Rövşəni, Nüsrət Kəsəmənlini,Cabir Novruzu sevərək oxuyuram.