Fəxrəddin Altun: Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzü qarşısında bir daha susur
Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzü qarşısında bir daha susur. On illərdir hərəkətsizlik və qeyri-qanuni işğal ilə ortaqlıq erməni tərəfini cəsarətləndirdi. İndiki münaqişə bu vəziyyətin davamlı olmadığını göstərir.
Adalet.az-ın məlumatına görə, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun özünün “Twitter” hesabında yazıb.
O vurğulayıb ki, Ermənistan Azərbaycan torpaqlarının işğalçısıdır: "Ermənistan on illərdir nəinki Dağlıq Qarabağı işğal edir, həm də Azərbaycana qarşı mütəmadi təxribatlar həyata keçirir. Bugünkü hücumları isə daha bir təhlükəli vəziyyətə səbəb oldu".
Digər Xəbərlər
03 May 2024 16:26