Fərrux dağının mənəvi tərəfdən də çox böyük önəmi var- AÇIQLAMA
Hərbi jurnalist Səxavət Məmməd son günlər Fərrux kəndi və yüksəkliyi ətrafında baş verən gərginliklə bağlı fikirlərini adalet.az-a bölüşüb. Onun sözlərinə görə Fərrux dağında erməni silahlılarının olması o anlama gəlirdi ki, Kolanlı dərəsindəki bütün kəndlər və Ağdam şəhəri də daxil olmaqla geniş ərazini nəzarətdə saxlaya bilirdilər.
“Artıq bir neçə gündür ki, Fərrux dağında Azərbaycan ordusu xidmət aparır. Əgər Fərrux dağında Azərbaycan ordusu xidmət aparırsa, bu o deməkdir ki, Fərrux kəndində nəzarət tam Azərbaycan ordusunun nəzarətindədir. Çünki Fərrux kəndi Fərrux dağının yamacında Xaçın çayının sol sahilində yeləşir. Təkcə bunu bilmək Rusiya Müdafiə nazirliyinin açıqlamasının yalan olması anlamına gəlirdi. Fərrux dağı Qarabağdakı ən strateji yüksəkliklərdən biridir. Fərrux dağında erməni silahlılarının olması o anlama gəlirdi ki, Kolanlı dərəsindəki bütün kəndlər və Ağdam şəhəri də daxil olmaqla geniş ərazini nəzarətdə saxlaya bilirdilər. Bundan əlavə vizual olaraq Fərrux dağından bir neçə rayonumuzu da müşahidə etmək çox asandır. Fərrux dağında Azərbaycan ordusunun mövqe tutması o anlama gəlir ki, Xocalı rayonunun Pirlər kəndinə də tam nəzarət Azərbaycan ordusunun tərəfindədir. Fərrux dağı və silsilədəki bir neçə yüksəkliyə yerləşməklə Azərbaycan ordusu Qarabağ daxilindəki bir neçə əsas yollara da nəzarəti öz əlinə keçirib.
Səxavət Məmmədin fikirlərinə görə Azərbaycan ordusu yüksəklikdən geri çəkilməyib.
“Onu da qeyd etmək istəyirəm ki, Fərrux dağında Azərbaycan ordusu yerləşdikdən sonra Rusiya sülhməramlıları təminatın çatdırılması üçün bəzi neqativ addımlar atıb. Məhz bundan sonra "Azərbaycan ordusu yüksəklikdən geri çəkilib" tipli xəbərlər yayıldı. Ancaq Fərruxda heç bir çəkilmə olmayıb, sadəcə mövqelər nəzarətə götürüləndən sonra bölmələrin yerdəyişməsi həyata keçirilib. Havanın soyuq olması və qar bəzi problemlər yaradırdı. Azərbaycan ordusu bütün bunları da həll edə bilib. Hazırda Fərrux dağında və bir neçə yüksəklikdə Azərbaycan ordusu xidmət aparır. Fərrux dağının mənəvi tərəfdən də çox böyük önəmi var. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun ən çox itki verdiyi ərazilərdən biri də, Fərrux dağı olub. Düşünürəm ki, Fərrux dağına nəzarət əldə olunduğu üçün Ağdam rayonunda tikinti işlərinə rahat şəkildə start verilə bilər.”
Emin Piri
Digər Xəbərlər
06 Noyabr 2025 10:38
"Rusiya və Çin bu iki təşkilat yarandığı gündən bəri vahid mövqedən çıxış edirlər"
05 Noyabr 2025 19:00
Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi
05 Noyabr 2025 18:41
“Ermənistanı narahat edən Qərbi Azərbaycan həqiqətlərilə bağlı dəqiq mənbələrin çoxluğudur”
05 Noyabr 2025 18:15
Prezident bir qrup alimi təltif etdi - SƏRƏNCAM
05 Noyabr 2025 17:29
Hikmət Hacıyev Londonda Britaniyanın dövlət naziri ilə görüşüb
05 Noyabr 2025 17:29
Azərbaycan və Türkiyə müştərək ictimai diplomatiya modelini tətbiq edib - Cihangir İşbilir
05 Noyabr 2025 17:13
Sahibə Qafarova COP30-da iştirak edəcək
05 Noyabr 2025 13:55


Bakı -°C

