adalet.az header logo
  • Bakı 25°C
22 Iyun 2022 14:45
582
MARAQLI

Fərqli süfrə mədəniyyətləri...

Heç şübhəsiz ki, hər bir xalqın özünə məxsus dəyərləri kimi süfrə mədəniyyətləri də fərqlidir. Bu fərqlilik zamana və məkana görə formalaşır. Həm də bu mədəniyyət bir növ insanların inancları ilə də bağlı olur.Süfrə mədəniyyəti mövzusunda da dünya ölkələrində çox maraqlı və qeyri-adi inanclar və adətlər var. Fərqli ölkələrin qəribə süfrə və yeməkvərdişləri əslində həmin xalqların haqqında çox şeydən xəbər verir.

Misal üçün öz qədim mədəniyyəti ilə dünyada ən zəngin ölkələrdən olan Çində yemək yeyərkən yemək çubuqlarını əsla birinə yönəltmək ədəbsizlik sayılır. Uzun əriştələrdən hazırlanan "noodle" yeməyi ilə bağlı qəribə inanc mövcuddur. Belə ki, çinlilər uzun əriştələri əsla kəsməzlər. Çünki onlar uzun "noodle"ların ömrü təmsil etdiyinə inanırlar. Əgər əriştəni kəssəniz, ömrünüzü qısaltmış sayılırsınız.

Daha sonra müasir texnoloji inkişafı ilə Şərqdə ulduz kimi parlayanKoreyada masadakı ən yaşlı adam yeməyə başlamadan kiminsəyeməyə başlaması doğru sayılmır.Latın Amerikasının dağlıq ölkəsi olanÇilidə bütün qidalar, hətta pizza da əllə yeyilmir.İtaliyada aşpazın yemək bişirmə bacarığını alçaltmamaq üçün əlavə pendir istənilmir.

Afrikanın ən maraqlı ölkəsiTanzaniyada yemək üçün dəvət olunan evə ən azı 20 dəqiqə gec gedilir. Erkən getmək ev sahibinə hörmətsizlik sayılır. Şimal qonşumuzRusiyada isə bıçağınıza bulaşmış yeməyi əsla yalamayın. Çünki bu, kobud bir davranış olaraq qəbul olunur.İndoneziyada yemək yeyərkən hər iki əliniz daima masanın üzərində olmalıdır.

Avropanın ən maraqlı ölkələrindən olanİtaliyada daima ilk yemək təklifinə nəzakətlə "yox" cavabı verilir. İsrar edilərsə, ikinci dəfə mütləq şəkildə qəbul olunur.Yamaykada insanlar hələ danışa bilməyən uşaqlara toyuq əti yedirmirlər. Çünki onlar bu zaman körpələrinin bir daha əsla danışa bilməyəcəklərinə inanırlar.Nigeriyada xalq yumurta yeyən uşaqların oğru olacağına inanır. Bu səbəblə eynilə Yamaykada olduğu kimi, uşaqlarına yumurta yeməyə icazə vermirlər.Fransada isə yeməyi sürətlə yemək kobudluq kimi qarşılanır.Yaponiyada yemək çubuqlarını yeməyinizdə dik şəkildə tutmayın. Əks halda, qonaq olduğunuz evin sahibini və ya yemək yediyiniz restoranı lənətləmiş olarsınız.Fransada boşqabınızda yemək artıqları buraxmayın və ya qalan yeməyin paketlənməsini istəməyin. Çünki bu zaman yeməyi bəyənmədiyiniz düşünülər.Almaniyada əllə yeyilməsi xoş qəbul edilən tək yemək çörəkdir.Qazaxıstanda çay fincanın yarısına qədər doldurulmuş halda təklif edilir. Fincanı tam doldurmalarını istəməyin. Çünki bu ölkədə tam dolu fincan getmək istədiyiniz mənasına gəlir.Azərbaycanda isə yemək yeyərkən əsla süfrəyə və ya yerə duz dağıtmayın. Çünki bu zaman ev sahibi dava düşəcəyinə inanır. Bunun qarşısını almaq məqsədi ilə dərhal həmin duzun üzərinə şəkər qoyun.Misirdə isə duz qabına əl uzatmaq aşpaza təhqir mənasını verir.Estoniyada yerə düşən çörək öpülür. Eynilə bizdə olduğu kimi.

Beləliklə bir daha əmin oluruq ki, adicə süfrə mədəniyyəti digər bir çox mövzular kimi aşağı —yuxarı bütün xalqlarda ümumi oxşarlıqlara malikdir. Bir sözlə bütün insanlar,eyni kökdən olduğu üçün nə olur olsun əsas oxşarlıqlardan yan keçmək mümkün deyil. Vacib olan isə odur ki, sonucda bütün bəşəriyyət qarşılıqlı anlayış və əbədi sülh içində dünyanın ən yaxşı təamlarını dostluq süfrəsi ətrafında dadsın...

HAZIRLADI : BÜNYAMİN BÜNYADZADƏ