adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
10 Oktyabr 2018 10:42
13620
ƏDƏBİYYAT

Fərid Hüseyn Sapanca Şeir Gecələrində


"XVIII BeynəlxalqSapanca Şeir Axşamları” başlayıb.

Gənc şair FəridHüseyn Türkiyənin Sakarya şəhərində keçirilən "XVIII Beynəlxalq Sapanca ŞeirAxşamları”nda iştirak edir.

Adalet.azın verdiyi məlumata görə şeiraxşamları 9-13 oktyabr tarixlərində keçiriləcək.

Beynəlxalq tədbirəəcnəbi ölkələrdən yeddi şair (Somalidan Ladan Osman, Bosniya-HerseqovinadanSafija Vehaboviç-Parganlija, Makidoniyadan Vladimir Martinovski, UkraynadanLyudmila Diadçenko, Fələstindən Asmaa Azaizeh, Albaniyadan Ermir Nika, AzərbaycandanFərid Hüseyn dəvət edilib. Ümumilikdə 29 şairin iştirakçısı olduğu ədəbifestivalın digər təmsilçiləri Türkiyənin seçkin qələm adamlarıdır.

Tədbirinaçılış mərasimi oktyabrın 9-da Sakarya Universitetində baş tutub, rəsmiaçılışdan sonra şairlər şeirlər oxuyub, tədbir Dilək Türkanın konsert proqramıilə tamamlanıb.

Ədəbifestival çərçivəsində Kaynarca Anadolu Liseyində, Cəmil Məriç Sosial ElmlərLiseyində, Divan Kitab Kafesində, Serdivan Anadolu İmama Xatib Liseyində, SAÜ VəqfiKollecində şeir gecələri, ədəbi tədbirlər, müzakirə panelləri keçiriləcək.