adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Fevral 2014 12:54
15689
MƏDƏNİYYƏT

Fərəc Qarayev: “Azərbaycan məşhur oğlu üçün maksimum nə mümkündürsə, onu da edib”

Qara Qarayevin oğlu, Çaykovski adınaMoskva Dövlət Konservatoriyasının professoru, əməkdar incəsənət xadimi,bəstəkar Fərəc Qarayev atasının heykəlinin açılışında çıxış edərək hadisəni bayramkimi dəyərləndirib: "Biz bu günmüəllimimizin, professorumuzun abidəsini açırıq. O, həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləriindiki Bülbül prospektindəki mənzilindən çıxıb konservatoriyaya gedir, səhərsaat 11-dən üçə, dördə və beşədək tələbələrlə məşğul olurdu. Zənnimcə, bu yerçox uğurlu seçilmişdir.

Fərəc Qarayev prezident İlham ƏliyevinQara Qarayevin adının əbədiləşdirilməsi ilə bağlı sadaladığı faktlara bir dahadiqqət çəkib: "Prezidentimizin dediyi kimi, Azərbaycanda həm Qara Qarayevprospekti, həm metro stansiyası, həm də "Qara Qarayev" teploxodu var.Dövlət kamera orkestri də Qara Qarayevin adını daşıyır. Mərhum bəstəkara bu hörmət və ehtiramötən əsrin 80-90-cı illərində göstərilmişdir. O vaxt respublikaya, daha sonramüstəqil Azərbaycana Heydər Əlirza oğlu Əliyev rəhbərlik edirdi. CənabPrezident, həmin ənənənin bu gün davam etməsinə görə biz minnətdarlıq vətəşəkkür dolu ən səmimi sözlərimizi ifadə edib, Sizə "çox sağ olun"deyirik. Hazırda çox gözəl incəsənət məktəbinə Qara Qarayevin adı verilmişdir.Bu gün bu gözəl abidənin açılışıdır.

Abidənin maraqlı olduğunu deyənbəstəkarın oğlu eskizlərini müəllif, heykəltəraş Fazil Nəcəfovla müzakirə etdiklərinibildirib: "Düşünürəm ki, heykəltəraş abidədə bəstəkarın daxili dünyasınıgöstərə bilmişdir. Mənə belə gəlir ki, bu, böyük uğurdur. Azərbaycan məşhuroğlu üçün maksimum nə mümkündürsə, onu da etmişdir. Çox sağ olun, cənabPrezident".