adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Iyun 2019 15:27
28167
MƏMLƏKƏT

Fəlsəfi düşüncələr, yaxud düşüncənin fəlsəfəsi

Şer, poeziya vurğunu olan dostumMais İlkinin ilkkitabı işıq üzü gördü. Əslində bu kitab lap çoxdan çap olunmalıydı.

Mais Azərbaycan klassik ədəbiyyatını çox gözəlbilir. O, Xəqaninin, Nizaminin,Füzulinin, Nəsiminin, eləcə də digər klassiklərimizin qəzəllərinimisra-misra, beyt-beyt söyləyərək,onları sənətkarlıqla şərh edir. Dərindüşüncəyə, ağıllı məntiqə malik olan Mayis İlkinin "Fəlsəfi düşüncələr” adlıkitabını oxuyanda bir daha əmin oldum ki, müəllif sözə, sözün qüdrətinə hörmətləyanaşır, sözə sığal çəkərək, onu boğazında bişirib çıxarır. Söhbət əsnasındaonun söz sərraflarının əsərlərindən gətirdiyi misallar, ibrətamiz fikirlər oxucularınaxoş ovqat paylayır.

İnsanın həmişə ağıllı sözə, ağıllı düşüncəyəehtiyacı olub. Qarşımızdakı bu kitab Azərbaycan şifahi xalq ədəbiyyatına, eləcədə klassik ədəbiyyata məhəbbətlə yanaşan müəllifin uzun illər mütaliə etdiyi dahilərin,söz ustalarının qiymətli misralarını gözünə-könlünə yığaraq günümüzə ərməğan etiyimaraqlı bir hikmət toplusudur. Burada ayrı-ayrı sənət sahiblərinin ibrətamizfikirləri, hədis, əfsanə, rəvayət və hekayələrindən seçmələr, fraqmetlər sənətkarlıqla,özü də müəllifin fikirlərə münasibəti fonunda oxuculara təqdim olunur. Buradaizaha cəlb edilən misralar, əfsanə və rəvayətlər müəllifin özünəməxsus təhkiyəsiilə diqqətə çatdırılır.

Kitabın içindəkilər müxtəlif kəsimlərdə AYB Xəzərbölməsinin nəzdində fəaliyyət göstərən poeziya klubunda keçirilən şer məclislərindəsəsləndirilmiş, toplum halında bəyənilərək geniş oxucu auditoriyasına çıxarılmasıməsləhət bilinmişdir.

Müəllif dünyəvi və dini ədəbiyyatlardan faqifolduğu nümunələri özünəməxsus tərzdə qələmə almışdır. Onun fikrincə Allah birçox mətləbləri insanlara quşlar vasitəsi ilə çatdırmışdır. Quşların Allah dərgahındaxüsusi məqamı olduğunu müəllif nümunələrlə təsdiq etməyə çalışır.

Oxucularımız üçün də maraqlı olacağını düşünüb həminnümunələrdən bir neçəsinin qatını açmaq niyyətindəyik.

Bizə məlumdur ki, insan dünyadan köçərkən onutorpaqda dəfn edirlər. O da məlumdur ki, dəfnetmənin də özünün xalqlararasıqaydaları var. Müəllif bu mərasimin tarixini belə mənalandırır ki, yer üzününilk sakinləri olan Adəm Atanın və Həvva Nənənin Qabil, Habil adlı övladlarıolur. Mübahisə zəminində Qabil Habili öldürür. "Hələ ki, yer üzündə insan ölməmişdi,onagörə də Qabil qardaşının cənazəsini çiyninə atıb səhrada gəzdirdi və nə edəcəyinibilmirdi. Belə bir neçə gün səhrada dolaşdıqdan sonra cənazəni yerə qoyuboturdu və fikrə getdi. Bu zaman hardansa iki quş peyda oldu. Quşlar bir-biri iləvuruşmağa başladı. Biri vurub digərini öldürdü və sonra yeri qazıb ölən quşun cəsədinibasdıraraq uçub getdi. Bu yolla Allah Mütəal quşlar vasitəsi- ilə Qabilə başasaldı ki, cənazəni torpağa basdırmaq lazımdır”.

Digər bir nümunədə qeyd olunur ki, 590-cı ildə Həbəşistanpadşahı Əbrəhənin fillər ilə gücləndirilmiş qoşunu Məkkəyə hücum edir. Allahınhökmü ilə hardansa peyda olan Əbabil quşlarına əmr olunur ki, (bu quşlar kiçikquşlardır. Sərçədən bir az böyükdürlər, onlara dağ qaranquşları da deyirlərM.İ.) hərəsi dimdiyinə bir daş alıb göyə qalxsınlar və o daşları göydən qoşununüstünə yağdırsınlar. Hürküyə düşmüş fillər geri dönüb qaçarkən qoşunu məhvedir. Bununla Allah Mütəal yenə də quşlardan istifadə etməklə insanlara bir mətləbiçatdırır.

Müəllif görkəmli Azərbaycan şairi S.Ə.Şirvaninin"Guş qıl, ey ki bilirsən özünü Vaqifi-kar” müxəmməsində

Kəsb elə elmi ədəb feyzin əgər adəmsən,

Fəhm qıl, gör ki, nədir musiqiyi-musiqar-

beytindəki "musiqar”ın quş növü olduğunu qeyd edirvə bildirir ki, bu quşun uzun dimdiyi və bu dimdiyin üstündə çoxlu dəliklərvar. Musiqar quşu külək səmtinə oturanda hava o dəliklərə daxil olaraq musiqiyəbənzər səslər çıxarır. Beləliklə,insanlar bunu əxz edərək qamışdan kəsib,üstündə dəliklər açaraq tütək yaratmışlar. Burada da müəllifin qənaəti belədirki, ən gözəl nemətlərdən biri olan musiqinin insanlara çatdırılmasında Allahyaratdığı quşdan bir vasitə kimi istifadə etmişdir.

Yeri gəlmişkən deyək ki, İran, Orta Asiya, ərəb vəAzərbaycan mifologiyasında xeyirxahlıq hamisi kimi tanınan zoomorfik surətlər-quşlarvar.Simurq quşu, Səməndər quşu, Qarağat quşu, Hümü (Humay) quşu, Ənqa quşu vəs. adlarını çəkmək mümkündür. Bu quşların hər birisi müəyyən xüsusiyyətinə görəxatırlanır. Məsələn, Simurq quşu uzaq məsafəni bir anda qət edən nəhəng, sehrgücünə malik quş kimi təsvir olunur. Simurq "Avesta”ya görə dənizin ortasındabitmiş bir ağacın başında, "Şahnamə”yə görə isə Elbrus dağının zirvəsindəyaşayırmış. Azərbaycan və ərəb folklorunda Simurq quşunun məskəni Qaf dağıhesab olunur. Azərbaycan nağıllarında Zümrüd quşu da adlanan Simurq quşu ("Simnarın nağılı”, "Məlikməmmədinnağılı” və s.) tilsimi qırır, zülmət dünyasına düşmüş qəhrəmanı çətinlikdənqurtarır.

Azərbaycan mifologiyasında xatırlanan zoomorfik surətlərdənbiri də Hüma (Humay) quşudur. Deyirlər dünya nazil olandan sonra canlılaryaranır. Allah tərəfindən hər bir canlıya özünəməxsus tərzdə hərəkət rüsxətiverilir. Bununla bərabər onlara yaşamaq üçün istiqamət də verilir. Rüsxət alanquşlar sevinə-sevinə hərəsi bir istiqamətə uçur.Bircə Hüma (Humay) quşu qalır.

Allah-taala geriyə baxanda görür ki, bu quş yaddançıxıb qalıb. O, da bikef vəziyyətdə boynunu burub dayanıb.

Allah-təala deyir:

-Sən ki, bu qədər sakit təbiətli bir quşsan, səninayağın həmişə ruzili, bin-bərəkətli olacaq.

Deyirlər həmin vaxtdan da Hüma (Humay) hansı şəxsinbaşına (çiyninə) qonarsa, o, kəs xoşbəxt olar, padşahlıq taxtına layiq görülər.

Ənqa quşu haqqında da maraqlı əfsanə dolaşmaqdadır.Bir dəfə Süleyman peyğəmbər tapşırıq verir ki, sabah bütün quşlar filan yerətoplaşsınlar, onlara vacib tapşırığım var. Bütün quşlar deyilən vaxtda təyinedilən yerdə olurlar. Bircə Ənqa quşundan başqa.

Süleyman peyğəmbər onun gəlmədiyini bilsə də, birsöz demir və gələnlərə lazımi tapşırıqlarını verir. Söhbət qurtarar-qurtarmazbaxırlar ki, budu Ənqa quşu al-qan içində qaranəfəs özünü yetirdi. Görürlər ki,onun qanadlarının hər ikisi qırılıb. Belə ağır vəziyyətdə onun hündür dağıaşaraq uçub gəlməsi hamını heyrətləndirir.

Süleyman peyğəmbər özü də heyrətlənir ki, necə olubbu vəziyyətdə o, dağların iti qayalarına çırpılmayıb?! Deyir:

- Sən ki, bu yaralı vəziyyətdə mənim çağırışımdanqalmadın, bu Qaf dağını sənə məskən verirəm. Bu dağın çox faydalı, xeyirli dərmanbitkiləri var. Bu bitkilər sənin yarana məlhəm olacaq.Deyirlər həmin vaxtdan daƏnqa quşu yalnız Qaf dağında yaşayır. İndi də sınıq qanadları ilə uçub dağlaraşan quşları Ənqa quşu ilə müqayisə edirlər.

Hər kimsə öz məqamını aləmdə seyr edər,

Ənqaya Qaf, cüğdə xərabə mətah olur. (Ə.Raci)

Yaxud,

Kərkəs kimi təbiəti murdar olma çox,

Ənqatək aşiyanəni sal çərxi-əxzərə. (Z.Ərdəbili)

Klassiklər, görkəmli şair və nasirlər öz əsərlərindəayrı-ayrı quşların adlarını çəkir, onların xarakterik xüsusiyyətlərini açmağaçalışırlar. Bunların bir qismini toplayaraq oxucuların hüzuruna gətirən müəllifbir daha vurğulayır ki, Allah quşlara xüsusi məqam bəxş edibdir. Fikrinitopladığı nümunələrlə əsaslandıran müəllif qeyd edir ki, canlılar arasında əngözəl quş tovuzquşudur. İnsanlara verilmiş nitq bacarığı isə tutuquşulardan öyrənilmişdir.Şeyx Nizami "Sirlər xəzinəsi” əsərində şahlara-hökmdarlara bayquşların söhbətiilə öyüd-nəsihət verməyə çalışmışdır.

Bir çox şairlər çatdırmaq istədiyi fikrin dərin,dolğun və təsirli olması üçün quşlara müraciətpriyomundan istifadə etməklə istəklərinənail olmuşlar:

Ey bülbüli-qüdsi, nə giriftari-qəfəssən,

Sındır qəfəsi, tazə gülüstan tələb eylə.

(İ.Nəsimi)

Sən bir tərlanı nə bəslərsən, Nəbati, ruzi şəb

Mən bu dağı çox dolandım, bir şikarı yoxdu-yox.

(Ə.Nəbati)

Azərbaycan klassik ədəbiyyatında, eləcə dəfolklorörnəklərində ən çox müraciət olunan surətlərdən biri bülbül obrazıdır. Səsi-avazı,gözəlliyi başına bəla olan bu quşcuğazın taleyi, ömür-günü, yaşamı haqqındaxeyli nümunələrə rast gəlinir.

Xaqani, gedib bağdakı bülbüllərə uyma,

Bayquşların avazına viranədə rəqs et.

(Ə.Xaqani)

Bülbüli-zarəm, deyil bihudə əfqan etdiyim,

Qalmışam nalan qəfəs küncündə, gülzar istərəm.

(M.Füzuli)

Qönçənin könlü bütün, leyk yox əhdində vəfa,

Bülbülün qəlbi sınıq, etdiyi əlhanı dürüst.

(S.Ə.Şirvani)

Klassik Azərbaycan poeziyasında İ.Nəsimidən başqaheç bir şairin yaradıcılığında pəltək adamın dilindən deyilmiş şer parçasıyoxdur:

A, a, a, al ki, yeridir kö, kö, kö könlümü mənim,

Sa, sa, sa sal ki, yeridir zü, zü, zü zülfünə çini.

Qa, qa, qa qalmışam axır a, a, a ah ilə sayur,

No, no, no nola ki, sorsan za, za, za zari-həzini.

Müəllif pəltəkliyin nümunəsini özündə ehtiva edənbu şer parçasından sonra Musa peyğəmbərin pəltək olması səbəbini dolaşan bir rəvayətləşərh edir.

Musa (s) peyğəmbər Allaha: Rəbbi-ərni yəni, ey mənimRəbbim, göstər mənə özünü, görüm səni-demişdi.

Rəbbi buyurdu ki, ləntərani, yəni sən məni görəbilməzsən, fəqət, Tur dağına bax. Əgər dağ yerində dura bilsə, görə bilərsən məni.Musa (s) dağa baxdı. Dağın başında bir nur işıqlandı. Dağ parça-parça olub ətrafasəpələndi. Musa (s) peyğəmbər bihuş olub yerə yıxılaraq özündən getdi. Belə rəvayətdə var ki, bu hadisədən qorxan Musa (s) peyğəmbərin dili tutulmuş vəqırıq-qırıq danışmağa başlamışdı.

Allahın varlığına böyük inam, peyğəmbərlərimizhaqqında rəvayətlərdən sitatlar, Qurani-Kərimin ayələrindən seçmələr kitabınsambalını daha da artırır. Həcmcə kiçik olan bu kitabın məna yükü ağır, məzmunsiqləti böyükdür. Belə hesab edirik ki, söhbətinin dadını-duzunu artırmaq istəyənhər kəs bu kitabdakı nümunələrdən istifadə edə bilər. Kitab oxunaqlıdır,yaddaqalandır.Bu kitabdaVətən də var, vətənpərvərlik də. Torpağa məhəbbət, doğmayurda sevgi kitabın leytmotivini təşkil edir.

Faiq ŞÜKÜRBƏYLİ,

AYB və AJB-nin üzvü, "Qızıl qələm” mediamükafatçısı