adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Avqust 2019 14:24
38019
ƏDƏBİYYAT

FƏHLƏ ŞƏHƏRİNİN PEŞƏKAR QƏLƏM FƏHLƏSİ

Bir vaxtlarSumqayıtı "Jurnalistlər şəhəri” adlandıranlar da olub. Bu, təxminən ötən əsrin 70-80-ci illərinə təsadüfedir. Əmək cəbhəsində xarüqələr yaradan insanların şöhrəti fəhlə şəhərininjurnalistlər üçün tükənməz mövzu mənbəyi idi. Qalib Əhmədov da mətbuat mühitinəelə bu vaxtlar gəlmişdi. Yadımdadır, o, orta təhsil verən 49 saylı texniki -peşəməktəbində müəllim işləyirdi. Mən burda tərbiyəçi olan şair dostum, ordubadlı MəşkurƏkbərə tez-tez baş çəkir, bu küskün şairə maddi və mənəvi dayaq olmağaçalışırdım. Qalib Əhmədovla məni elə o tanış etmişdir. "Ədəbiyyat həvəskarıdır,demişdir. Arabir yazmağı da var”. Sonralar Məmməd Araz poeziyasına sevgi bizidaha da yaxınlaşdırdı. Q.Əhmədov aspiranturaya daxil olandan sonra onun ədəbimühitlə, mətbuatla əlaqəsi daha da genişləndi və onu Mərkəzi Komitənin "Təşviqatçı”-”Akitator"jurnalına işə dəvət etdilər. Deməliyəm ki, bu jurnal Qalib Əhmədovun həyatındamühüm bir dönüş mərhələsi oldu. O, az vaxtda peşəkar və püxtə qələm sahibi kimitanındı. Qurub-yaradan zəhmət adamlarının, istehsalat qabaqcıllarının, əmək cəbhəsindəfərqlənən fəhlə və mühəndislərin yazarı kimi sevildi. Bu maraq onu Sumqayıtladaha sıx tellərlə bağladı. O vaxtlar Sumqayıt sözün həqiqi mənasında nəhəng birəmək cəbhəsi, şanlı metallurqların, kimyaçıların, inşaatçıların şəhəri idi.Burda zəhmət qaynar qazan kimi qaynayır, bir-birindən parlaq, möhtəşəm ünvanlargənc jurnalistə yeni-yeni maraqlı mövzular və ilham verirdi. Odur ki, "Təşviqatçı”jurnalı bir növ "Sumqayıtın jurnalına” çevrildi. Qalib Əhmədov isə "Sumqayıtınjurnalisti” kimi ad qazandı.

İllər keçdi, amma Q.Əhmədovun iş görən, qurubyaradan insanlara marağı azalmadı, əksinə, istehsalat və istehsal adamı onunüçün unudulmaz mövzuya çevrildi. Ziddiyyətlihəyatımız onun jurnalist qələmi ilə hər gün səylə müxtəlif adlı, müxtəlifprofilli nəşrlərin səhifələrinə proyeksiya olunurdu. O,əməkçiinsanı, gündəlikişığımızı, suyumuzu,qazımızı, odumuzu-ocağımızı təminedənyüzminlərlə mühəndis, texnik, neftçi, elektrik, mantyor,işinin-peşəsininadını bilmədiyimizmilyonlarlasadə peşə adamlarını heç vaxtunutmur, o, təkrar-təkrarbumövzularaqayıdır, onları "unudulmağaqoymur.

Müstəqillik illərində Qalib Əhmədov "Sumqayıtınjurnalisti” adını bir daha doğrultdu. Sumqayıtın 50 illiyi 1999-cu ildə şəhərinrəhbərliyi tərəfindən sükutla qarşılansa da Qalib Əhmədov bu şanlı tarixiyubileyə öz tövhəsini verdi: "Sumqayıt vəsumqayıtlılar”, "Sumqayıtla birgə ucalanlar” adlı kitabları həmən ili işıqüzü gördü. Şəhərin 60 illiyinə də o, əliboş gəlmədi. "Mühitim, Müasirlərim”, "Mənəviyyat məbədi”,"Corat: Qloballaşan dünyanın daş yaddaşı” adlı kitablarını ona həsr etdi.Ümumiyyətlə, Qalib Əhmədovun indiyədək çap olunmuş 16 kitabından altısıbilavasitə Sumqayıta və sumqayıtlılara həsr olunub. Hazırda intizarla öz çapınıgözlədiyi tamamlanmış əsərlərin içərisində Sumqayıtla bağlı "namizədlər”üstünlük təşkil edir. Bura böyük xeyriyyəçi H.Z.Tağıyevin 25 il davam edən suuğrunda mübarizəsinin fonunda onun adını daşıdığı qəsəbədə (keçmiş Nasosnı)Şollar suyunun Bakıya çatdırılması üçün Almaniyadan alıb gətirdiyi bahalı nasosquyularının quraşdırılması ilə bağlı göstərdiyi fədakarlıq, qarşıya çıxançoxsaylı maniə və əngəlləri, erməni-daşnak təxribatçılarının qəsdlərini böyükbir müdrikliklə aradan qaldırmaq məharətindən bəhs olunur. Tarixi faktlara söykənənbu əsəri müəllif "Sumqayıtın sələfiH.Z.Tağıyev” adlandırmışdır. Habelə ötən əsrin 50-ci illərinin ortalarındaBeriya və M.C.Bağırov "xalq düşməni” kimi aradan götürüldükdən sonra AnastasMikoyanın tövsiyəsi və tapşırığı ilə 1945-ci ildən başlayaraq yenicə tikintisigenişlənən Sumqayıta intensiv erməni-daşnak axınının bəhs edən "Axıntı” əsəri də Sumqayıta həsredilmişdir. Daşnaklar A.Mikoyanın "Sumqayıtdaməskunlaşmalı, Bakıda möhkəmlənməli!” şüarını əldə rəhbər tutaraqümumittifaq tikintisinə çevrilən Sumqayıta böyük axın və kütləvi yürüş təşkiledirlər. Şəhərin ticarət, ictimai iaşə, nəqliyyat və digər xidmət sahələri ermənilərtərəfindən tutulur və zəbt edilir. Müəllifin sənədlərə istinadən yazdığı butarixi -publisistik əsər erməni millətçi terrorçularının 1988-ci ildə şəhərimizdətörətdiyi qanlı aksiyanın mahiyyətini müasir oxuculara açmaqda onlara yardımçıola bilər. Bu, bir daha onu göstərir ki, yaşıdı və yaşadığı doğma Sumqayıtçoxşaxəli yaradıcılıq potensialına malik jurnalistin tükənməz mövzu çeşməsiolub və bu gün də həmin ülvi sevgi onun qəlbində, qələmində yaşamaqdadır.

QalibƏhmədov sovet dönəmində partiya mətbuatında çalışdığı üçün onun yazılarındaelmi-nəzəri və siyasi -publisistik istiqamət üstünlük təşkil edrdi. "Təşviqatçı”jurnalından sonra o, "Dialoq”, "Azərbaycan kommunisti” jurnallarında partiyaişi və ideologiya şöbələrinə rəhbərlik edib. Respublika Elmlər Akademiyası Fəlsəfəİnstitutunun dissertantı kimi fəlsəfi araşdırmalar aparıb, siyasi şüur vəsiyasi mədəniyyət problemlərinə aid bir sıra maraqlı məqalələr yazıb və çapetdirib. Qalib Əhmədovun elmi-nəzəri yaradıcılığı onun "Dövlət və rəhbər”, "Partiyalar. Liderlər. Cərəyanlar” adlı əsərlərindəcəmləşmişdir. Həmin əsərlərdən hazırda təhsil ocaqlarında dərs vəsaiti kimiistifadə olunur. O, SSRİ Fəlsəfə cəmiyyətinin üzvü olub. Müəllifin çoxsaylıelmi-nəzəri və ədəbi-tənqidi yazıları, dövri mətbuatda çap olunmuş məqalələri onunmaraq dairəsinin genişliyindən, elmi dünyagörüşünün miqyası və intellektual səviyyəsininyüksəlişindən xəbər verir. Bu səbəbdən onun jurnalist fəaliyyəti mövzu rəngarəngliyiilə diqqəti cəlb edir. Onun publisistikasında milli xarakter, milli ideologiya,Vətən və vətəndaş məsuliyyəti, ləyaqəti insan mövzusu mühüm yer tutur. QalibƏhmədova görə hər kəsin dəyəri, onun gördüyü işin dəyəri qədərdi. Bu cəhətdənonun "İnsan- cəmiyyətinin nüvəsi və simasıdır”məqaləsi pozitiv fikirlərlə zəngindir.

Jurnalistüçün irili-xırdalı hər bir yazı, hər bir məqalə cəmiyyət qarşısında onun açıqhesabatıdır. Q.Əhmədov 50 ildən çoxdur ki, "Qələm fəhləsi” kimi oxucularına hesabat verir Bu müddətdə o, deməkolar ki, hər şeydən yazıb. Amma ilk yazısını heç vaxt unuda bilmir: "Dərin zəka, möhkəm hafizə”adlandırdığım və 1966-cı ildə rayon qəzetində çap olunmuş bu məqaləni o, yaxındostuna həsr etmişdir. O vaxt onun bir niyyəti vardı: istəyirdi ki, çoxistedadlı və nadir riyazi qabiliyyətli olan dostu Oktaedr Məmmədovu hamıyaxından tanısın və sevsin. Əlbəttə, bir məqalə ilə o bu nəcib istəyinə nailola bilməzdi. Amma həmin yazı öz işini gördü: onu həmişəlik jurnalistika aləminəbağladı. Məşğuliyyətini birdəfəlik müəyyənləşdirdi: insanı öz-özünə tanıtmaqsənətinəyiyələnməyin bünövrəsini qoydu. O vaxtdan onun qələmi bu nəcib işə xidmətedir.

Ömrün ilk yazıları artıq arxada qalıb. 70yaşlı jurnalist hazırda özünün "sonuncu yazılar” mövsümünü yaşayır. O,bu yazılarını da tərəddüd etmədən yalnız insana-dostumuz və düşmənimiz olanİnsana, ömrü boyu öyrənməyə ehtiyac hiss edən İnsana həsr etməkdədir. Daimaxtarmaq və araşdırmaq bu insanın borcu və təbii ehtiyacıdır. Amma bilməli, dərkolunmalı şeylər də çoxdur dünyada. Yarpaqdan tutmuş ulduzlara qədər hər şey müəmmalıdır.Nə qədər öyrənirsən, yenə öyrənməli nəsə qalır. Onu da səndən sonra gələnləröyrənir. Və beləliklə, bəşər övladıbir-birini öyrədə-öyrədə "növbəni” özündən sonra gələnlərə təhvil verir.

Hind müdrikiİndira Qandi deyirdi ki, ən böyük zərurətinsanları sevməkdir. Onun sözünə qüvvət olaraq demək istərdim ki, ən böyükehtiyac insanların öz biliyini fasiləsiz olaraq zənginləşdirmək və müasirləşdirməktələbatıdır. İndiyə gələcəyin gözü və keçmişin təcrübəsi ilə baxmaq lazımdır.Keçmişə əsaslanıb gələcəyi görmək tarixin tələbidir. Gələcəyinə hakim olmaq istəyənlərinbaşqa yolu yoxdur. Lakin bu da bir həqiqətdir ki, keçmişi əla təhlil edə bilən,gələcəyi aydın görə bilən adamlar da mövcud çətinliklər qarşısında aciz durumdaqalır. Bundan bir çıxış yolu var: inadkar əmək, ardıcıl fəaliyyət, səy və qətiyyət.

Cavanlıqdamaterialist-marksist mövqedən çıxış edən Q.Əhmədov yazır: "İnsan ictimai varlıq kimi cəmiyyətə, bioloji varlıq kimi isə öz geninəbağlıdır. O, cəmiyyət qarşısında o vaxt yüksəlir ki, özünə qalib gəlir.Kim cəmiyyəti kamil görmək istəyirsə, qoy əvvəlözü kamilləşsin. Kim vətəni yüksəltmək istəyirsə. qoy əvvəl özü yüksəlsin.Xırda şəxslər heç vaxt xalqına başucalığı gətirə bilməz. "Kiçik adamların”böyüklüyü ondadır ki, onlar bəşəriyyətin imdad və istinad yeridir. Beləinsanlar dialektikanın əyani təcəssümü, materiya ilə ideyanın canlı vəhdətidir”.Danılmaz faktdır ki, mühiti, şəraiti dəyişdirən məhz belə insanlardır. "Kim dünyanı irəlilətmək istəyirsə, qoy əvvəlözünü irəlilətsin” (Sokrat).

Jurnalistbu fikirdədir ki, hazırda bəşəriyyət üçün təhlükə çox, insanların eyibli vətüfeyli, müftəxor olmalarından doğur. Öz naqisliyinə və qüsurlarına qalib gəlmişinsan isə cəmiyyətin bəzəyi, fəxri və qürurudur. Müasir dünyada mürtəce qüvvələrintəsiri ilə öz-özündən uzaqlaşdırılmış, özünə və öz problemlərinə yadlaşdırılmışinsan siyasətçilərin gah döyüş alətinə, gah da döyüş meydanına çevrilməkdədir.Jurnalistin vəzifəsi insanı bu ziddiyyətlərdən xilas etməkdə, özünə və dünyayasağlam münasibətini bərpa etməkdə ona kömək göstərməkdən ibarətdir. O, insanınmahiyyət və mövcudluğu məsələsində marksistlərlə cəmiyyətin sinfi təsnifatıbaşlanan nöqtəyədək yoldaşlıq edir. Ordan o tərəfə fikirlər haçalanır, ziddiyyəthəmrəyliyi üstələyir.

Belə ki,Q.Əhmədovun fikrincə marksist fəlsəfənin fikrincə "İnsanın özünü əməkyaratmışdır” kəlamı yanlış hökmdür. Düzdür, insanı əmək qədər ucaldan ikinciheç bir vasitə olmayıb və yoxdur. Lakin bu fikir ona görə yanlışdır ki, insandünyaya məhz insan kimi gəlib. İnsanın əcdadı elə insandır. Axtarmaq, çalışmaq,onun xislətindədir. Qarışqa, bal arısı nə qədər əməksevər olsa da dönüb "insan”ola bilmir. XIX əsrin ortalarında dialektik materializmin metofizika üzərinə"geniş cəbhə boyu hücumu” zamanı, tariximaterializmin özünə hər sahədə səylə dəlil-sübut topladığı bir dövrdə, bir sözlə,dialektika qanunlarının bəxti açıldığı bir məqamda materialistlər, xüsusilədialektik materialistlər hər şeyi, hətta insanın ləyaqətini də ona qurban verməliolmuşlar. Təki dialektik tarixi materializm ideyası sübut olunsun.

Gələcəkinsan barədə 70 yaşlı qələm dostum çox nikbin və pozitiv fikirdədir. Onun rəyincə,XXI əsr insanın idrak və xeyirxahlığı əsri olacaqdır. Yeni ictimai-iqtisadiquruluşa doğru insanlar güclü sıçrayış edəcəklər. Bu, ictimai inqilabların fərdlərindaxili inqilabları ilə əvəz olunması sahəsində mümkün olacaqdır. İnsanlar özlərindəyaşayan qeyri-insani "məni” təslim etməklə indiki ağlı-qaralı, məkrli-məhəbbətlidünyanı nurlu dünyaya çevirəcəklər. İndiyədəkinsanlar heç vaxt dünyanı indiki kimi bütöv görə bilməmiş və ona görə də heçvaxt bütöv düşünməmişlər. Hər şeyi, o cümlədən özünü də yarımçıq, natamamgörmüşdür. Buna baxmayaraq, insan özünə doğru xeyli yaxınlaşmış,qloballaşan dünyanın astanada durub giriş qapısını açmağa hazır olan səyyah vəziyyətindədir.Amma bu qapını onun üzünə heç kim elə-belə açmayacaqdır. Mübarizəsiz ötüşməyəcəkbu istək də. İnsan özündəki qeyri-insani "mənə” qarşı möhkəm silahlanmalı və qəti,amansız mübarizə üçün özünü fikrən və ruhən hazırlamalıdır, səfərbər etməlidir.Bundan sonra insanın indiyədək əsasən özündənkənar mühitdə, ətrafında və ətrafındakılarlaapardığı mübarizə öz məkanını və mənasını dəyişərək, insanın öz daxili mübarizəsinəçevriləcəkdir. Düzdür, bu mübarizə həmişə gedib, ancaq xarici mübarizəninfonunda o çox vaxt olduqca sönük, görünməz və əhəmiyyətsiz təsir bağışlayıb.İndiyədək hər şey üçün özündən başqa hamını ittiham edən insan özünü hamıdanöncə ittiham etməyə başlayanda dünya tarazlıq tapacaq.

O başadüşəcəkdir ki, öz acizliyi, zəifliyi və naqisliyinin öhdəsindən gələ bilməyənmiskin, qeybətcil və faydasız insanın başqalarını bunda ittiham etməsi vəözünün etməli olduğunu başqalarından umması nəinki əxlaqsızlıq, habelə cinayətdir.

İlkyazılarına imicmeyker kimi başlamış Qalib Əhmədov, özünün dediyi kimi, "sonuncuyazılarında” onlara fəlsəfi-psixoloji vüsət vermiş, "Nəriman Nərimanovda təcəssümedən milli xarakterimiz”, "Şərq müdriki” H.Z.Tağıyev, "H.B.Zərdabi dühası”,M.İbrahimov, M.Ə.Sabir, M.F.Axundov və başqa dəyərli simalarımız haqda yazdığıyazılarında bu fikirləri daha da dərinləşdirmişdir.

Cəfər Quliyev,

əməkdar həkim