adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 May 2020 12:37
47692
ƏDƏBİYYAT

Fədəkarlıq nümunəsi - İşıqlı sabahlara doğru...

Fədəkarlıq insanı ucaldır. Bu ucalıq isəhər tərəfdən aydın görünür. Fədəkar insanlar bütün varlığı ilə işlərini ən yüksəksəviyyədə görməyə çalışırlar. Belə fədəkar və qayğıkeş insanlara hər zamanehtiyac var.

Bildiyimiz kimi bütün dünyada davam edənpandemiya dövründə sosial sferaların bütün sahələrində təcrid prosesi gedir. Busosial sferlardan ən həssas və diqqət çəkilməli olanlardan biri də uşaqbağçalarıdı. Azyaşlıların təlim-tərbiyəsi ilə məşğul olan müəllimlərimiz bukarantin günlərində də körpələri darıxmağa qoymurlar. Uşaqlara onlayn dərslərkeçirir, tapşırıqlar verir, bir sözlə işlərini mövcüd duruma uyğun şəkildəaparırlar.

Buzovna qəsəbəsi 340 saylı Körpələrevi uşaq bağçasında da azyaşlıların təlim-tərbiyə işi ən yüksək səviyyədəaparılır. Həmin bağçanın direktoru Gülnar Qəmbərova həm müəllimlərin, həm də uşaqlarla yaxındanmaraqlanır, onlarla birlikdə bu məsul işdə böyük sevgi ilə yanaşır.


Bağçanın Böyük A qrupunun müəlliməsiSevil Mehdiyeva uşaqların onlayn dərslərdə aktiv iştirak etdiyini, müəllimlərinhəvəslə bu dərsləri apardığını söyləyib. Keçirilən dərslərin uşaqlar üçün böyükəhəmiyyət kəsb etdiyini bildirən müəllimə həm də bu prosesin uşaqların virtualda olsa ünsiyyət bacarıqlarının ortaya çıxması üçün əlverişli olduğunu qeydedib.

Birneçə mövzüda keçirilən dərslər uşaqların ətraf mühitə olan münasibətdə diqqətliolmağa və təbiəti sevməyə səsləyir. Gigiyenik qaydalara əməl etməyin vacibliyidə xüsusi olaraq vurğulanır.


340 saylı Uşaq Bağçasının metodistiBalaxanım Ələkbərova da dərslərin keçirilməsində və pedaqoji istiqamətdə lazımiişlərin görülməsində müəllimlərə yaxından köməklik göstərir. Bağçanın müəlliməsiGülnar Həsənova isə bu cür dəsrlərin yaxşı bir təcrübə olduğunu, həm dəuşaqların informasiya-texnologiya sahələri ilə daha yaxından tanış olduqlarınıbildirib.

Müəllimə sonda qeydedib ki, bu sınaqdan da uğurla çıxıb, tezliklə yenidən sağlam və təhlükəsiz birhəyata başlayacağıq.

Tural Cəfərli