adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Dekabr 2016 19:45
73775
MÜSAHİBƏ

“Fədakarlıq etməyi bacarmasan...”

Əməkdar mədəniyyət işçisi İlham Hüseynov: "Sökülənteatr binası mənim üçün sıradan bir məkan deyildi”

Yuğ Dövlət Teatrının direktor müavini, Əməkdar mədəniyyətişçisi İlham Hüseynov belə hesab edir ki, teatra ürəkdən bağlanmayan, fədakarlıqetməyi bacarmayan şəxs bu sənətdə uğur qazana bilməz. 1982-ci ildə Dövlət AkademikMilli Dram Teatrında butaforçu kimi işə düzələn müsahibim özünü xoşbəxt taleliinsanlardan biri sayır. Eyni kollektivdə çalışdığı, təmasda olduğu qüdrətli sənətkarlarıböyük ehtiramla anır. Deyir ki, belə korifeylərlə hər gün görüşmək hər kəsə nəsibolmurdu.

İlham Hüseynovu siz də yaxından tanıyın:

- Teatrda işə düzəlməyimdən 35 ilə yaxın bir vaxtkeçir, amma elə bil dünən olub... Xalq artisti, anamın rəfiqəsi Səfurəİbrahimovanın təklifi ilə 1982-ci ilin sentyabrında Dövlət Akademik Milli DramTeatrına gəldim. Direktor rəhmətlik Əli İsmayılov məni butafor sexinə işəgötürdü. Həmin vaxt SSRİ xalq artisti rəhmətlik Mehdi Məmmədov Hüseyn Cavidin"İblis” tamaşasını hazırlayırdı. Bu gün də dost-tanışlarla, gənc aktyorlarlasöhbət edəndə deyirəm ki, çox xoşbəxt insanam, çünki qüdrətli sənətkarlarla birteatrda çalışmışam, onlarla həmsöhbət olmuşam. Mehdi Məmmədov, Ağasadıq Gəraybəyli,Məmmədrza Şeyxzamanov, Məlik Dadaşov, Məhluqə Sadıqova, Sofa Bəsirzadə, HamletQurbanov, Hamlet Xanızadə, Həsən Turabov, Səməndər Rzayev... Allah hamısına rəhməteləsin, onları həmişə hörmətlə yad edirəm. Söhbətləri, zarafatları, məsləhətləribu gün də qulaqlarımdadı. Teatra ürəkdən bağlanmağı, lazımı anda fədakarlıq etməyionlardan öyrənmişəm. Bu xüsusiyyətlərə malik olmayanlar teatr aləmində uğurqazana bilməzlər.

- Amma günlərin bir günü iş yerinizi dəyişməlioldunuz...

- Rəhmətlik Vaqif İbrahimoğlu 1989-cu ildə Yuğ Teatrınıyaradanda məni quruluş hissə müdiri təyin etdi. Amma bilmirəm, buna iş yerini dəyişməkdemək olardımı? Çünki təxminən 14 il elə Dövlət Akademik Milli Dram Teatrınınkiçik səhnəsində fəaliyyət göstərdiyimizdən yenə eyni məkanda işə gedir, həmininsanlarla təmasda olurdum.

- Ölkədə yeni və fərqli - Yuğ Teatrının yaranmaprosesi yadınızda necə qalıb?

- Bayaq dediyim kimi, 1989-cu ildə bu kollektivə məniVaqif İbrahimoğlu dəvət etdi, onda Yuğ cəmi bir neçə gün idi ki, yaranmışdı və əvvəlcəstudiya kimi fəaliyyət göstərirdi. Yaradıcıheyət Fərhad İsrafilov, Məmməd Səfa, Vidadi Həsənov, Yaqut Paşazadə, SonaxanımMikayılova, Gülzar Qurbanova kimi istedadlı insanlardan təşkil olunmuşdu,1992-ci ildə isə teatrımıza dövlət statusu verildi. Çox maraqlı günlər idi, bütün işləri Vaqif müəllimbaşda olmaqla özümüz görürdük. "Bu mənim işim deyil, bunun mənə aidiyyətiyoxdur” kimi sözlər elə ilk günlərdən bizim dilimizdə olmayıb. Ustadımız Vaqifmüəllim Yuğ Teatrının təməlini belə qoyub, ona görə elə bu gün də biz bu prinsipləişləyirik.

- Məlum səbəblərdən Yuğ Teatrının binası söküldü vəkollektiv fəaliyyətini Dövlət Kukla Teatrında davam etdirir. Yeni şəraitəuyğunlaşma necə gedir?

- "Sovetski”də doğulan və böyüyən, bu məhəllədəyerləşən Yuğ Teatrında çalışan bir insan kimi binamızın sökülməsi mənə çox pistəsir etdi. Hər gün gedib həmin boş əraziyə baxıb ötən günləri yada salırdım.Yuğ Teatrının son illərdə yerləşdiyi bina Dövlət Akademik Milli Dram Teatrınınbutafor sexi olmuşdu, 2003-cü ildən bina teatrımızın istifadəsinə verilmişdi.Əvvəllər mənim butaforçu kimi çalışdığım otaqda isə Vaqif İbrahimoğlu üçünkabinet düzəltmişdik. Ona görə də bu bina şəxsən mənim üçün xüsusi bir önəm daşıyırdı, sıradan bir məkandeyildi.

Mədəniyyət və Turizm Nazirliyinin tapşırığı iləkollektivimiz fəaliyyətini Dövlət Kukla Teatrında davam etdirir. Sözün açığı,ilk günlər bu binaya uyğunlaşa bilmirdim, əlim heç bir işə yatmırdı, lakinzamanla hər şey yoluna düşdü. Dövlət Kukla Teatrının kollektivi bu məsələdə bizəçox böyük kömək etdi, ilk gündən mehribanlıq və səmimiyyət göstərdi. Fürsətdənistifadə edib direktor Rəşad Əhmədzadə başda olmaqla bu teatrın hər bir işçisinəminnətdarlığımı bildirirəm. İndi bu binada həm məşq etməyimiz, həm də tamaşalaroynamağımız üçün hər cür şərait yaradılıb. Son günlər iki yeni tamaşanın məşqlərinəbaşlanılıb, repertuarımızdakı bəzi tamaşalarının bərpası ilə də məşğuluq, onları bu teatrın səhnəsinəuyğunlaşdırırıq.

- Yeni məkanda hələ oynanılmayan hansıtamaşalarınız var?

- Çexovun "Albalı bağı” pyesi əsasında hazırlanantamaşanı qeyd edə bilərəm. Bu tamaşaya Vaqif İbrahimoğlu çox maraqlı quruluşvermişdi və gözəl də qarşılanmışdı. Amma məlum səbəblərdən bu teatrın səhnəsindəonu hələ oynaya bilməmişik. Yəqin ki, yaxın zamanlarda tamaşaçılarımız bu əsərəyeni ünvanımızda baxmaq imkanı qazanacaqlar.

- Ötən ay paytaxtımızda IV Beynəlxalq Teatr Konfransıkeçirildi. Tədbirə gələn xarici qonaqlar Yuğ Teatrının da tamaşalarını izlədilər,onların təəssüratlarını öyrənmək imkanınız oldumu?

- Əvvəla onu deyim ki, Azərbaycanda ənənəvi olaraqkeçirilən Beynəlxalq Teatr Konfransı bu sənətin ölkəmizdə inkişaf etdiyini birdaha nümayiş etdirir. Həm də dünyanın müxtəlif ölkələrindən gələn həmkarlarımızla,rejissorlar, teatr tənqidçiləri ilə fikir mübadiləsi aparmaq, yeni yaradıcılıq əlaqələriqurmaq üçün gözəl fürsət olur. IV Beynəlxalq Teatr Konfransına gələn qonaqlarınbir qrupu bizim teatrın "Medeya” və "Naməlum Axundzadə” tamaşalarına baxdılar.Xarici həmkarlarımız hər iki tamaşa haqqında, teatrımızın yaradıcılıq potensialbarədə xeyli müsbət fikirlər səsləndirdilər. Sonuncu konfransdan sonra artıqteatrımız bir neçə ölkəyə dəvət alıb, hazırda danışıqlar gedir, dəqiqləşdirmələraparılır. İnanıram ki, Yuğ Azərbaycan teatrını növbəti dəfə xaricdə uğurla təmsiletməyi bacaracaq.

- Ölkə parlamentində növbəti ilin büdcə müzakirələridavam edir, ara-sıra bu müzakirələrdə mədəniyyət sahəsində ayrılan vəsaitinazaldılması, hətta bəzi teatrların bağlanması ilə bağlı fikirlər də səslənir.Belə təkliflərə münasibətiniz necədir?

- Təbii ki, çox pisdir. Rafael Hüseynov millət vəkili,qələm adamı və bir ziyalı kimi bu təklifə parlamentdə tutarlı cavab verdi. Bu sənətdəcüzi maaşla çalışan fədakar insanları səhnədən ayrı saxlamaq olmaz. Dövlətimiz,Mədəniyyət və Turizm Nazirliyi teatrlarımızın inkişafı, bu sahədə çalışaninsanların sosial müdafiəsinin gücləndirilməsi üçün müəyyən addımlar atır. Yəqinki, bu işlər növbəti illərdə də davam edəcək.


Etibar CƏBRAYILOĞLU