adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 Avqust 2019 15:07
25094
ƏDƏBİYYAT

Fədakarlıq

Xalqyazıçısı, görkəmli sənətkarımız İsmayıl Şıxlının ömrünün sonunda qələməalınan

"Ölən dünyam "romanı özünəməxsus dil-üslub, ideya-məzmun xüsusiyyətlərinə, maraqlı süjet vəkompozisiyaya malik olan mükəmməl bir nəsr əsəridir. Əsərin mövzusu da yaxıntariximizin real bədii əksi baxımından diqqəti cəlb edir. Burada təsviredilən milli xarakterli Ömər koxa, Güllüxanım, Çapıq Əmrah, Həsən ağa kimi yetkin və dolğun obrazlar Azərbaycannəsrinin ən yaddaqalan surətləri sırasına daxil olmağa layiqdirlər. Şübhəsizki, bundan sonra da roman haqqında çox yazılacaq və deyiləcək, mənim məqsədimisə bir daha romanın yazılma şəraitini yada salmaqdır.

Müəllifömrünün son günlərində səhhətinin ağır vaxtında hər cür ağrı-acılara sinəgərərək əsl ədəbi qəhrəmanlıq göstərmiş və Azərbaycan ədəbiyyatına daha birdəyərli əsər bəxş etmişdir. Yaxşı mənada, heyrətlənməmək olmur.

İsmayıl Şıxlının bu hərəkəti həqiqiyazıçı fədakarlığının, əsl qələm adamınınbədii sözə sədaqətinin gözəl bir nümunəsidir.

Əlbəttə,ədəbiyyatımızda ( eləcə də digər sahələrdə ) özünü sənətinə fəda edənşəxsiyyətlərimiz çox olmuşdur, mən onlardan yalnız biri haqqında bəhs etdim.

Nədənsə, bəziləri tez-tez xarici yazarlarınhəyat və yaradıcılığından misallar gətirməyi daha çox xoşlayırlar.

Xəstə (və) həkim

Ortadabir xəstə (ədəbiyyat) var. Düzdür, vəziyyəti o qədər də ağır deyil, ancaqbacarıqlı həkim köməyinə, məsləhətinə ehtiyac duyulur.

Nəyazıqlar ki, həkim də (ədəbi tənqid) naxoşdur - əlləri titrəyir, gözlərizəifləyib, düzgün diaqnoz qoya bilmir.

Sağ olsunki, özü də xəstəliyini boynuna alır.

İndibiz neyləməliyik? Təbii ki, həkimin sağalmasını gözləməliyik. Qoy əvvəlcə həkimözünü müalicə etsin, sonra xəstəyə də bir çarə qılar.

Necə deyərlər, Allah şəfa versin.

Belə düşünürəm...

Ustadaşığımız Dədə Ələsgər qoşmalarınınbirində belə demişdi:

Aşıqolub tərki-vətən olanın

Əzəlbaşdan pür kamalı gərəkdir.

Oturub-durandaədəbin bilə,

Mərifətelmində dolu gərəkdir.

Şübhəsiz ki, bu qoşmada işlədilən "aşıq”sözünü indiki zamanda "şair”, "yazıçı”, "ədəbiyyatçı” mənalarında qəbul etməliyik. Doğrudan da, hər bir qələm sahibi danışdığı və ya yazdığısözlərin ədəb-ərkan çərçivəsinə nə qədər uyğun gəldiyini götür-qoy etməlidir. Heç kimə sirr deyildir ki, cəmiyyətimizdə digər peşə və sənət sahibləri ilə müqayisədə qələm əhlinə münasibət,yanaşma tərzi fərqlidir. İnsanlarımızsöz adamlarına da bir müəllim kimi yanaşır, onlardan mərifət, tərbiyə əxz etməyəçalışırlar. Zaman-zaman həm şifahi, həmdə yazılı ədəbiyyatımızın görkəmli nümayəndələriməhz bu amili əsas götürərək həmişə, hər yerdə öz davranışları, danışıqları iləbaşqalarına nümunə olmuşlar. Bir çox məşhursənətkarlarımızın həm də müəllim, pedaqoq kimi fəaliyyət göstərmələri vəuşaqların, gənclərin təlim-tərbiyəsindəböyük əmək sərf etmələrinə aid xeyli nümunələr vardır. Onlar yaxşı dərk edirdilərki, həmişə cəmiyyətin diqqət mərkəzindədirlər. Ona görə də oturub-durmaqlarına,danışıqlarına ciddi fikir verirdilər. Onu da bilirdilər ki, başqalarında, bəlkədə, adi görünə biləcək hər hansı bir hərəkətvə ya söz onlara irad tutula bilər. Əsərlərindədə bu amilə diqqət yetirən yazıçı və şairlərimiz yazılarında və şifahi nitqlərində ədəbsiz söz və ifadələrin işlədilməsinə qətiyyənyol verməzdilər. Bu da maraqlıdır ki, hətta məhəbbət şeirlərində qadın adlarının işlədilməsinə də ehtiyatlayanaşardılar.

Aşıq ədəbiyyatımızın daha bir böyüknümayəndəsi Molla Cumanın öz şeirlərində sevgilisinə "İsmi Pünhan” deyə müraciətetməsi də ədəb-ərkan, əxlaq nümunəsi deyildimi?

Axır vaxtlar bəzi saytlarda, qəzet-jurnallardaheç bir etik çərçivəyə sığmayan yazılara çox rast gəlinir. Görkəmli sənətkarlarımızhaqqında nalayiq ifadələrin işlənməsi, şəxsiyyətə toxunulan atmacaların olmasıda adi hala çevrilmişdir. Bu isə heç bir normal düşüncəyə sığmayan bir vəziyyətdir.Qəribədir ki, əməlli-başlı üç-beş əsər sahibi olmayan cızma-qaraçılar bununlaözlərini tanıtmaq, varlıqlarını göstərmək istəyirlər. Ancaq unudurlar ki, ədəbimətnlər haqqında mülahizə yürütmək əvəzinə, dedi-qodu ilə məşğul olmaq nə ədəbiyyatımıza,nə də belə hay-küy qaldıranların özlərinə bir fayda gətirər.

Bəzənbədii nümunələrdə milli mentalitetimizə yad olan kobud ifadələrin, açıq-saçıq səhnələrinyer alması oxucuların, xüsusilə gənclərin ədəbi zövqünün korlanmasına gətiribçıxarır. Bədiilikdən uzaq olan hər hansı bir əsərə daha çox diqqət cəlb etmək üçün eybəcər səhnələrin təsviri bir sırayazarlarımızın sanki şakərinə çevrilmişdir. Hətta bəzi"çoxbilmişlər” bəlağətlə beləhallara haqq qazandırmağa çalışır, bizə ədəbiyyatnəzəriyyəsindən "dərs keçməyə” can ataraq dünya ədəbiyyatından misallar gətirirlər. Ancaq əsl ədəbi dəyərləri,nəzəri prinsipləri anlamayan və ya anlamaq istəməyən belə üzdəniraq qələmsahibləri unudurlar ki, misal gətirdikləri həmin dünya şöhrətli bədii nümunələr açıq-saçıq səhnələrintəsvirinə görə deyil, yüksək sənətkarlıq dəyərlərinə, məzmun-ideya xüsusiyyətlərinəgörə şöhrət qazanmışdır. Qısaca olaraq demək lazımdır ki, heç kim orijinallıq,yenilik adına hoqqabazlıq edərək gözə kül üfürməsin. Bədii dilimizi korlamağa,onun saflığına və təmizliyinə xələl gətirməyə,zövqümüzü və milli dəyərlərimizi öz səviyyəsinə uyğun səmtə yönəltməyəkimsənin ixtiyarı yoxdur. Ədəbi mühitimizi, söz aləmini şou-məkana çevirməkyolverilməzdir.

Kimsə istedadsızolar, haqsız yerə hər hansı zəif əsər təriflənər və ya yaxşı bir bədiinümunə öz həqiqi qiymətini almaz - bu, faciə deyil. Ancaq hər hansı bir yazıçının məsuliyyət hissini itirməsi, milli-mənəvidəyərlərimizə arxa çevirməsi faciə hesab olunmalı, bu cür halların qarşısı qətiyyətlə alınmalıdır.

Mən belə düşünürəm.

Bəs siz?

Mayis Səlim,

Şəki.