adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Yanvar 2017 16:35
25280
MƏDƏNİYYƏT

Fədakar müəllim

Qabiliyyətli, yaxşıyetişmiş, kamil bir insana verilən işlər mükəmməl bir şəkildə yerinəyetirilir,ancaq xüsusi bir qabiliyyəti olmayan insanların öhdəsindəki işlər isəmin bir sıxıntı və "ah-vay” ilə nəticələnir.İnsanı xidmətə yönəldən,bu xidmətinzövqlə icra edilməsini təmin edən könüllərdəki sevgi ,şövq və həyacandır.Buşövqə ,bu həyacana sahib olan Milli Konservatoriyanın daha bir müəllimi ilədaha yaxından tanış olaq:

1968-ci ildə Quba şəhərində ziyalı ailədəanadan olan Səbuhi Cəfərov Bakı Musiqi Akademiyasını (1990-1995) fərqlənmə diplomuilə bitirmiş, həmin ildən Bakı Musiqi Akademiyasında müəllimlikfəaliyyətinə başlamışdır.Tələbələri dəfələrlə respublika müsabiqələrindəlaureat olmuş və 3 müsabiqədə "Qran Pri" mükafatına layiqgörülmüşlər.İki tələbəsi Rusiya səfirliyinin keçirdiyi müsabiqədəI və II yerlərə layiq görülərək laureat adını qazanmışdır.TələbəsiBayramov Yusif Nəriman oğlu Prezident təqaüdçüsüdür. SəbuhiCəfərov pedaqoji fəaliyyətində əldə etdiyi uğurlara görə dəfələrlə "Fəxrifərman”la təltif olunmuşdur.Elmi və dövrü mətbuatdakı fəaliyyətinə görəAzərbaycan Kütləvi İnformasiya Vasitələri Işçilərinin Həmkarlar İttifaqı(AzərKİVİHİ) Rəyasət İttifaqının (1 may 2013-cü il tarixli) qərarı ilə "Qızılqələm” media mükafatı adına layiq görülmüşdür.

AzərbaycanRespublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 12 yanvar2011-ci il tarixli qərari ilə (protokol N 02-k) dosent elmi dərəcəsi alanSəbuhi Cəfərov hal-hazırda Azərbaycan Milli Konservatoriyasında dossentvəzifəsində çalışır.

Ailəlidir,iki övladıvar.

Pedaqoji fəaliyyətləyanaşı ifaçılıq fəaliyyətinə xüsusi önəm verən tarzən 1993 – cü ildənAzərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin SəidRüstəmov adına xalq çalğı alətləri orkestrində konsertmeyster – solistvəzifəsində fəaliyyət göstərir. S.Ələsgərovun " 3 saylı Konsert”inin ( ilk ifa1994), Firəngiz Babayevanın tar ilə orkestr üçün‘’ Konsert’’ inin( ilk ifa1994), Xalq artisti N.Əzimovun "Xatirə’’ əsərinin ( ilk ifa 1997), Əməkdarmüəllim A.Yusifovanın "Alov fantaziyası” əsərlərinin ilk ifaçısı olmuşdur (həriki əsər S.Cəfərova ithaf olunub). H.Xanməmmədovun I və II tarkonsertlərini (1999,2004), C.Cahangirovun tar "Konsert”ini (2005) ,S.Rüstəmovun tar "Konsert”ini (2006), F.Əmirovun ”Sevil” operasından Balaşın vəSevilin ariyalarını, S.Ələsgərovun "Vətənimdir”,''Daimi hərəkət'', R.Mirişlinin”Yandım elə yandım”,"Bir könül sındırmışam’’, C.Cahangirovun " Ana”,"Bayatılar”, S.Rüstəmovun" Oxu tar". Q.Hüseynlinin "İlk məhəbbət”, V.Adıgözəlovun"Qərənfil”, N.Əzimovun ’'İşıqlı dünyamsan’’, O.Kazımovun ‘‘Nəgəlməz oldun’’, R.Korsakovun "Çar Soltan haqqında nağıl”operasından "Mozalanın uçuşu”(yeri gəlmişkən texniki baxımdan yüksək ifaçılıqməharəti tələb edən bu əsər 60 saniyəyə ifa olunmuşdur,tar ilə xalq çalğıalətləri orkestri üçün işləyəni Səbuhi Cəfərov), H.Rzayevin "Çahargahrapsodiyası”nı (tar, kanon və xalq çalğı alətləri orkestri üçün işləyəniSəbuhi Cəfərov) və bu kimi çoxlu sayda Azərbaycan və Qərb bəstəkarlarınınəsərlərini S.Rüstəmov adına xalq çalğı alətləri orkestrinin müşaiyəti iləTele-Radionun fondu üçün lentə yazdırmışdır. Tar və kanon ifaçılığı tarixindəilk dəfə olaraq, H.Rzayevin "Çahargah rapsodiyası”nı (1997) , F.Əmirovun"1001gecə” baletinin mövzuları əsasında "1001 gecəni düşünərkən” adlı əsərini,T.Quliyevin "Sevinc” mahnısını tar, kanon və f-no üçün, A Bızovun ''Şa-Ştil''əsərini tar,kanon,kamança və fortepiano kvarteti üçün, A.Sıqankovun''Dyan-Dya'' əsərini 2 tar,2 kamança,kanon və fortepiano seksteti üçünişləmişdır. S.Cəfərov, eyni zamanda "Rahab, ’’Orta – Mahur’’, "Bayatı-Kürd”,"Çahargah”,"Bayatı-Şiraz”,”Şahnaz”, ”Mirzə-Hüseyn segahı” muğamlarını, eləcə dəxalq rəqslərini respublikanın xalq artisti , professor Şəfiqə Eyvazova iləbirgə lentə yazdırmışdır.

Xalq artistiR.Mirişlinin "Yandım elə yandım” və əməkdar müəllim,bəstəkarA.Yusifovanın"Alov fantaziyası” Səbuhi Cəfərovun ifasinda (Əməkdar incəsənətxadimi Ülviyyə Hacıbəyovanın fortepianoda müşayiətilə) "Azərbaycanbəstəkarlarının antologiyası”adlı albom - diskinə daxil edilmişdir.

2005 –ci ildəMoskvada keçirilən ''Azərbaycan ili''nin açılış konsertindəmüvəffəqiyyətlə çıxış edərək Respublikamızı layiqincə təmsiletmişdir.

İfaçılıq fəaliyyətiləyanaşı elm sahəsində də çalışan Səbuhi müəllim çoxlu sayda elmi işləriAzərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə dərs vəsaiti kimitövsiyyə edilərək çap olunmuşdur. "Azərbaycan bəstəkarlarının əsərləri” ( 2005)– dərs vəsaiti

''Azərbaycanbəstəkarlarının ansambl üçün işlənmiş əsərləri”

‘‘ Azərbaycan vəxarici ölkə bəstəkarlarının ansambl üçün işlənmiş əsərləri"(2009)

’’Qamma və arpeciolarmürəkkəb variantda’’-(2012)

’’ Azərbaycan və xariciölkə bəstəkarlarının əsərləri ’’-(2012) adlı dərs vəsaitlərinin,

"Kəklik "xalq mahnısı(kamança və f-no üçün A.Yusifovanın "Azərbaycan xalq

melodiyalarının işlənməsivə aranjimanı” fənni üzrə dərs vəsaitində 2004)

S.Ələsgərov "3 saylıkonsert”i haqqında "Metodik tövsiyyə” (2006)

F.Əmirov "Sevil "operasının mövzuları əsasında "Fantaziya” haqqında "Metodik tövsiyyə” (2006)

F.Əmirov"1001gecə"baletinin mövzuları əsasında" Fantaziya" haqqında "Metodik tövsiyyə”(2007)

"S. Ələsgərovun tarkonsertləri haqqında” - ("Musiqi dünyası" jurnalında məqalə - 2006 )

"İsdedadlı tar ifaçısı’’(Əməkdar artist V.Məmmədəliyev haqqında ’’Qobusdan” jurnalında məqalə - 2006)

Bundan başqa əməkdar artistVamiq Məmmədəliyevin ifasından çoxlu sayda muğam rənglərini notaköçürmüşdür.

Azərbaycan MilliKonservatoriyasının xalq calğı alətləri kafedrası əyani bölməsinin bakalavrhazırlığı üçün ’’Kamera ansamblı fənni üzrə tədris proqramı’’ (Əməkdar müəllim,dosent Ramiz Əzizovla birgə ) 2016,

Azərbaycan MilliKonservatoriyasının xalq calğı alətləri kafedrası qiyabi bölməsinin bakalavrhazırlığı üçün ’’Kamera ansamblı fənni üzrə tədris proqramı’’ (Əməkdarmüəllim, dossent Ramiz Əzizovla birgə) 2016

Azərbaycan MilliKonservatoriyasının xalq calğı alətləri kafedrası qiyabi bölməsininbakalavr hazırlığı üçün ‘‘ Tar İxtisas – not fənninin üzrə proqram’’(Əməkdar müəllim, dossent Ramiz Əzizovla birgə ) 2016 .