adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Avqust 2019 18:00
21803
ƏDƏBİYYAT

Fanilikdən əbədiyyətə - Adil Cəmil yazır

Deyirlər, əvəzolunmaz insan yoxdur. Mən bu fikrinəleyhinəyəm. Əslində, heç kəs heç kəsi əvəz etmək qüdrətində deyil. Bəlkə dəbuna ən bariz nümunə insanın barmaq izlərinin və səslərinin üst-üstə düşməməsi,eyniyyət təşkil etməməsidir... Bu fərqli biçimdə Oqtay Rza da məxsusicizgiləri, spesifik xüsusiyyətləri ilə bənzərsiz idi.

Oqtay Rzanı tanıyanda mənim 26, onun 46 yaşı vardı. Bu,1980-ci il idi. Mən BDU-nun jurnalistika fakültəsini bitirəndən sonra (1977)təyinatla göndərildiyim "Yazıçı" nəşriyyatında redaktor vəzifəsindəçalışırdım. O illərdə "Yazıçı" nəşriyyatı, sanki ədəbi hərəkat vəhərəkət qurumuna çevrilmişdi. Şair və yazıçıların, alim və tərcüməçilərin guraxını qarşısında sözügedən nəşriyyat zorla tab gətirirdi... Səs-küylü, iddialımüəlliflərdən fərqli olaraq Oqtay Rza sakitcə gələr, kitabının tematik planadüşüb-düşmədiyini təmkinlə öyrənər və aramla çıxıb gedərdi. 1981-ci ildə"Yazıçı" nəşriyyatı O.Rzanın "Yasəmən çiçəkləyəndə",1986-cı ildə "Fəsil dəyişəndə", 1991-ci ildə isə "Günəşinadından" adlı şeir kitablarını nəşr etdi. Təbii ki, şairin o illərdə digərnəşriyyatlarda, o cümlədən Moskvada da kitabları işıq üzü görməkdə idi.Çalışdığı Pedaqoji İnstitut, elmi-pedaqoji fəaliyyət bir yana, poeziya, bədiiyaradıcılıq onun varlığına hakim kəsilmişdi. O, ədəbiyyatla və ədəbiyyatadamları ilə nəfəs alırdı. Çox mehriban, təvazökar və səmimi rəftarı ilə ilktanışlıqdan adama doğmalaşırdı.

1980-ci ildə "İşıqlar, pərvanələr" adlı ilkşeirlər kitabım çap olunmuşdu. İlk kitabımın sevincini yaşadığım o günlərdəOqtay müəllim nəşriyyata gələrkən məni təbrik etdi və "APİ-də MusaƏləkbərli ilə sənin tələbələrlə görüşünü təşkil edəcəyəm, hazır olun!" -deyib getdi. Tez bir zamanda Pedaqoji İnstitutun böyük salonunda Oqtay Rzanıntəşəbbüsü və təşkilatçılığı ilə Musa Ələkbərli və mənim - iki gənc şairinmaraqlı, unudulmaz ədəbi görüşü keçirildi.

Zaman keçdikcə Oqtay Rzayla ünsiyyətim bir az da dərinləşdi.Necə deyərlər, bir-birimizi görməyəndə o mənsiz, mən də onsuz darıxmağabaşlayırdıq. Bir dəfə mənə dedi ki, ay Adil, çox maraqlıdır, mən aran adamı,sən dağ adamı, aramızdakı bu qançəkərlik görəsən, haradan gəlir? Mən bilirdimki, şairin doğulduğu kəndin adı Qaladır. Qala el arasında Şuşanın başqa adıdır.Yarızarafat, yarıciddi dedim ki, sizin kənd əhliniz Şuşadan - dağlar diyarındangəlmədir. Sən özün elə dağlar oğlusan, xəbərin yoxdur...

70 yaşının bayramını keçirəndə mən də Salyana getmişdim -təkidli dəvəti ilə. Həmin ərəfədə ona bir şeir həsr etmişdim, özünə deməmişdim.Yubiley tədbirində o şeiri oxuyanda uşaq kimi sevindi... şeirin son bəndibeləydi:

Məramındır xeyirxahlıq,

Yox qəlbində başqa niyyət.

Sən olmasan azalardı

Şerimizdə səmimiyyət.

Tədbirdən Bakıya qayıdanda yolda mənə dedi ki, mirzə, oşeirin son bəndinə görə bəzi yazarlar səndən inciməzlər ki? Dedim ustad,narahat olma, heç kəs inciməz...

Sonra onun 75, 80 yaşının bayramını yenə də doğma yurdda -Salyanda keçirdk. Və hər çıxışımın sonunda da o şeiri oxudum - xoşuna gəldiyiüçün. Mənim də 60 yaşıma o, çox maraqlı bir şeir həsr etmişdi. O şeir də, buşeir də kitablarımızda yer aldı.

Oqtay Rza yeyib-içən adam idi. Amma hər adamla oturub-durmazdı. Bir vaxtlarƏlibala Hacızadə, Nahid Hacızadə, İlyas Tapdıqla onu tez-tez birlikdə görərdim.Tay-tuşların cərgəsinə bəzən məni də qoşardılar - "dostluğa namizəd"kimi... Mən onlarla hər oturanda təzə bir şey əxz edərdim. Bu adamlar adi,sıradan biri olmayan ədəbi şəxsiyyətlər idi. Məzmunlu söhbətləri, pilə kimiyumşaq zarafatları mənə ləzzət verərdi...

...İlk dəfəƏlibala müəllimin həyat yoldaşı rəhmətə getdi. Yas məclisində adıçəkiləndostları ona ürək-dirək verib "möhkəm ol" dedilər. Əlibala Hacızadəüzümüzə baxıb dedi ki, bu yaşda arvadın ölümü tezliklə ərin də ölümüdeməkdir... Belə də oldu. Arvadının ölümündən çox keçmədi ki, Əlibala müəllimdə dünyasını dəyişdi. Sonra Nahid Hacızadə, sonra İlyas Tapdıq əbədiyyətəqovuşdular. Bu cərgə bir durna qatarına bənzəyirdi. Bir-bir vurulub səmadanayrıldılar... Sonuncu, tək və tənha qalmış durna Oqtay Rza idi. Qərib tale onada rəhm etmədi...

Elə bilölümünün yaxınlaşdığını hiss etmişdi. Yaman tələsirdi. Məhsuldar işləyirdi.Yazılarını vaxtaşırı dərc etdirirdi, kitablarını nəşrə hazırlayırdı. AYB-ninlayihəsi əsasında bu yaxınlarda yeni rübailər kitabı çapdan çıxmışdı. Sevincəkbirini də mənə bağışlamışdı. 85 illik yubileyindən söz açırdı. Salyanın icrabaşçısı Sevindik müəllimdən çox razılıq edirdi. Amma bu tədbir baş tutmadı...Görünür, insan hansı yaşda dünyasını dəyişməsindən asılı olmayaraq arzularhəmişə yarımçıq qalır...

Və bir gün - həftənin bazar günü eşitdiyim xəbərə öncəinanmadım. Çünki əvvəllər də Oqtay Rzanın ölüm xəbərini bir neçə dəfə yalandanyaymışdılar. Etibarlı mənbə kimi AYB-nin mətbuat xidmətinə - Xəyal Rzaya zəngvurdum. O, eşitdiyimi təsdiqlədi. Bir-iki gün əvvəl bir yerdə olub, deyə-güləayrıldığın adam indi başqa dünyadadır. Bu məqamda özünün bir rübaisi yadımadüşdü:

Simi gah sındırır, gah qırır həyat,

Hərdən qılıncını sıyırır həyat.

İnsanı insana möhkəm sevdirib

Sonra həmişəlik ayırır həyat.

Daha nə deyim ki, şair, özün hər şeyi demisən. Sənixatirəsində yaşadacaq insanların ömrü uzun olsun, qardaşım! İlk və sonbeşiyində rahat uyu. Necə deyərlər - yerin Salyandır...