Fanatizmin buynuzu olmur

Məhərrəmlik ayrı gələndə “fanatizm” deyib dad edənlərin nəzərinə.
Hamınızın pəh-pəh deyib dinlədiyi rep ifaçısı “50 cent” Los-Ancelesdəki konserti zamanı xarab mikrofonu tamaşaçılara atıb.
Repçinin bu hərəkəti nəticəsində bir azarkeşi yaralanıb. Mikrofon zalda olan radio aparıcısı Briana Monqeynin başına dəyib və onun alın nahiyəsini partladıb.
Məsələ ilə bağlı zərərçəkmiş şəxs artıq polisə ifadə verib. Reperə cinayət işi açılacağı gözlənilir.
Emin