adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Iyul 2019 10:24
9132
GÜNDƏM

Faiq QİSMƏTOĞLU: YOLLARIMIZ QANLI GÖLƏ ÇEVRİLİB

Sirr deyilki, son vaxtlar ölkə ərazisində bir-birindən dəhşətli avtomobil qəzalar başverib. Və təbii ki, bu hadisələr istər-istəməz həyəcan təbilininçalınmasına səsləyir. Çünki heç kim təminatverə bilməz ki, bu cür ağır qəzalar təkrar baş verməyəcək. Əlbəttə, ağır qəzalarınbaş verməsinin müxtəlif səbəbləri var. Bu səbəblər bir deyil, bir neçədir. Ənazından baş verən qəzalarda sürücü, yol polisi və hərəkət iştirakçıları məsuliyyətdaşıyırlar. Ancaq elə qəzalar var ki, buqəzalarda məsuliyyəti birbaşa sükan arxasında əyləşmiş sürücü daşıyır.

Bir həftəbundan öncə Bakı-Astara yolunun Masallı rayonu ərazisindən keçən hissəsindəmikroavtobusun iştirakı ilə baş vermiş ağır yol qəzası ölkədə çox böyük səs-küyyaratdı və insanları şoka saldı. Bu ağır qəzada 8 nəfər dünyasını dəyişdi, birneçə nəfər isə ağır xəsarət aldı. Bəs bu qəzaya səbəb nədir? Qəzanın günahkarısürücüdürmü, yol polisidirmi, hərəkət iştirakçılarıdırmi? Təbii ki, ilkinaraşdırmalar göstərir ki, baş verən qəzada əsas günahkar sürücüdür. Çünki o,sürət həddini aşıb və nəticədə bu cür ağır qəza yaranıb. Hansı ki, "Yol hərəkətihaqqında” qanunda respublikanın avtomobil yollarında avtobus vəmikroavtobusların maksimum sürət həddi saatda 90 km-dir. Mikroavtobussürücüsünün dediyinə inansaq, o, maşını saatda 120 ilə idarə edirmiş. Ancaqekspertlər bildirirlər ki, sürət 120-dən də artıq olub. Yüksək sürətlə hərəkətedən mikroavtobus qarşıdakı "Kamaz” markalı yük maşınına çırpılıb. Hətta şahidlərindediyinə görə, mikroavtobus sürücüsü nəqliyyat vasitəsini yüksək sürətlə idarəetdiyinə görə, bəzi sərnişinlər yarı yolda düşüb digər mikroavtobusa miniblər.

Ancaqsürücü isə nə mikroavtobusdan düşən sərnişinlərin, nə də salonda olan digərinsanların iradlarına məhəl qoymayıb. Və aldığımız məlumata görə, bu sürücüavtomobiıi yüksək sürətlə idarə etməyə çox böyük maraq göstərirmiş. Həminsürücü sosial şəbəkədə yaydığı məlumatda yazıb ki, bu yaxınlarda birmikroavtobus alacam, saatda 240-la gedəcək! Və həmin sürücü əvvəllər də yüksəksürətlə idarə etdiyi mikroavtobusun sürət göstəricisini sosial şəbəkədə yayıb.Təzə mikroavtobus aldı və 8 nəfəri də sürətin qurbanı elədi.


Bakı NəqliyyatAgentliyinin yaydığı məlumata görə, həmin sürücü bu yaxınlarda adını çəkdiyimizqurumdan "Fərqlənmə nişanı” vəsiqəsi alıbmış. Həmin sənədə əsasən bu sürücüancaq Bakı şəhərində sərnişindaşıma hüququna malik imiş. Amma göründüyü kimi,o, rayona mütəmadi olaraq sərnişin daşıyırmış. Bu cür ağır qəzaların baş verməsindəYol Patrul Xidməti Alayının 11-ci tağımının məsuliyyəti var. Tağım komandiriHikmət Qafarov yetərincə sərnişindaşıma ilə bağlı tədbirlər həyata keçirməyib.Yəni həmin sürücü vaxtında saxlanılsaydı məlum olardı ki, onun şəhərdən rayonasərnişindaşıma hüququ yoxdur. Əgər bu sürücü barəsində vaxtında tədbir görülsəydi,belə ağır qəza baş verməzdi. Deməli, burda adını çəkdiyimiz tağımınkomandirinin və əməkdaşlarının da məsuliyyətsizliyi olub.

Yayvaxtı ilə əlaqədar olaraq havalar çox isti keçir. Bir çox sürücülər isə avtomobillərinşinlərini həddindən artıq doldururlar. İsti havaya tab gətirməyən bəziavtomobillərin şinləri yüksək sürətlə hərəkət edərkən partlayır və ağır qəzalarbaş verir. Son bir-iki həftə ərzində respublikanın avtobil yollarında təkərlərinpartlaması nəticəsində avtomobillər idarəetmədən çıxıb və ölümlə nəticələnən qəzalaryaranıb. Bu hadisələr də adını çəkdiyimiz tağımın xidmət apardığı avtomobilyolunda baş verib.

Eynizamanda, Hacıqabul-Horadiz avtomobil yolunda da son vaxtlar ağır qəzalarqaçılmaz olub. Çünki burda da həmin istiqamətdə xidmət aparan Yol Patrul XidmətiAlayının 12-ci tağımı yetərincə öz vəzifə borcunu icra edə bilmir. Hansı ki,isti havalarla əlaqədar olaraq rəhbərlik tərəfindən tağım komandirləriqarşısında mühüm tapşırıqlar qoyulub. Onlara bildirilib ki, havaların istikeçdiyi günlərdə avtobus və mikroavtobus sürücüləri ilə maarifləndirici söhbətləraparsınlar, stasionar postlarda onların dincəlməsi üçün şərait yaratsınlar. Buşərait əksər postlarda yaradılıb. Çox təəssüf ki, Hacıqabul-Horadiz avtomobilyolunda olan postda belə bir əlverişli şərait yoxdur. Tağım komandiri ŞahmarSüleymanov öz üzərinə düşən vəzifəni yetərincə icra edə bilmir. Üstəlik dətağım əməkdaşları arasında normal mühit yaradılmayıb. Onlar kobud qaydapozuntularına qarşı kifayət qədər yüksək səviyyədə mübarizə apara bilmirlər. Eləbunun nəticəsidir ki, son vaxtlar bu istiqamətdə ağır qəzalar artıb. Bir neçəgün bundan əvvəl həmin yolun Sabirabad şəhərindən keçən hissəsində 90 NN 718dövlət qeydiyyat nişanlı "BMV” markalı minik maşını idarəetməni itirib, dirəyədəyib, sonra divara çırpılıb. Nəticədə qəza zamanı 3 nəfər dünyasını dəyişib.

Təbiiki, ağır qəzalar həm respublikanın avtomobil yollarında, həm də Bakı şəhərindətez-tez baş verir. Təsadüfi deyil ki, bu günlərdə həm Bakı şəhərində, həm dəBaş Dövlət Yol Polisi İdarəsində 6 aylığın yekunları ilə bağlı keçirilənyığıncaqda ağır qəzaların baş verməsi ilə bağlı çox narahatlıqla danışılıb. Birdaha rəhbərlik Yol Patrul Xidməti Alayı və yol polisi qarşısında əsas vəzifəkimi ağır qəzaların qarşısının alınmasını müəyyənləşdirilib. Yığıncaqda qeydedilib ki, həm respublikanın avtomobil yollarında, həm də Bakı şəhərində ağır qəzalarınqarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülməlidir. Bu məsələlər Bakı şəhərindəzaman-zaman öz həllini tapır.

Bakı ŞəhərDövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bizimləsöhbətində bildirdi ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 6 ayı ərzində Bakıda ağır qəzalarazalıb, ölüm və yaralanma halları aşağı enib. Biz buna sutkanın 24 saatı həyatakeçirdiyimiz qabaqlayıcı tədbirlər nəticəsində nail olmuşuq. Həm sürücülərləkeçirilən reydlər zamanı maarifləndirmə işlıri aparılıb, həm də qaydaları pozan sürücülər barəsində inzibatitərdirlər görülüb.

Vaqif Əsədovbir fikri də vurğuladı ki, qəzalarınqarşısının alınmasında piyadalarla bağlı aparılan söhbətlər də öz müsbət nəticəsiniverib. Belə ki, ilboyu Bakı şəhər yol polisi müəssisələrdə, məktəblərdə, uşaqbağçalarında maarifləndirici söhbətlər aparıb. Yol hərəkəti qaydalarına əməledilməsi ilə bağlı onlara öz tövsiyələrini verib. Üstəlik də elə bir həftəolmayıb ki, yol polisi Bakının küçə və prospektlərində piyadalarla bağlı reydlərkeçirməsin. Bu reydlər zamanı minlərlə piyada 20 manat civarında qanunupozduğuna görə, cərimə edilib. On minlərlə piyada isə əməkdaşlarımız tərəfindənmaarifləndirilib və onlara bildirilib ki, yolun təyin olunmuş yerindən –yeraltı və yerüstü keçidlərdən istifadə etsinlər. Təbii ki, əksəriyyət bizim təbliğatişlərindən nəticə çıxarıblar. Ancaq çıxarmayanlar da var. Və çox vaxt da çanaqelə yol hərəkəti qaydasını pozub təyin olunmamış yerdən keçən piyadaların özbaşında çatlayır.

Göründüyükimi, həm respublikanın avtomobil yollarında, həm də Bakı şəhərində ağır qəzalarınqarşısını tamamilə almaq mümkün olmasa da, amma onu aşağı endirmək və azaltmaqelə də çətin iş deyil. Sadəcə olaraq, hansı yerdəki işlər düz qurulur, qanunlartətbiq edilir, hərəkət iştirakçıları mütəmadi olaraq maarifləndirilir və onlararasında izahat işləri aparılır, o yerlərdə ağır qəzaların qarşısı demək olarki, alınır.

Başqasözlə demiş olsaq, ağır qəzalar azalır. Bunu üçün isə birmənalı olaraq yolpolisi, sürücü və hərəkət iştirakçıları öz üzərinə düşən vəzifəni yetərincəicra etməlidir. Bu vəzifə vaxtında yerinə yetirərsə, ağır qəzalar da azalar, sərnişinlərsəriştəsiz və məsuliyyətsiz sürücülərin qurbanına çevrilməz, yollar qan gölüolmaz.