adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
07 Mart 2018 14:59
11926
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: YOL POLİSİ XANIM SÜRÜCÜLƏRİ SEVİNDİRƏCƏK

Bir qayda olaraqBakı Şəhər Dövlət Yol Polisi İdarəsi hər il 8 Mart Beynəlxalq Qadınlar Günü nümunəvixanım sürücülərə hədiyyələr bağışlayır. Artıq demək olar ki, bu bir ənənə halınıalıb. Bu da o deməkdir ki, yol polisi ilə sürücülər arasında daha isti münasibətyaranır və hər iki tərəf bir-birinə hörmətlə yanaşır. Əlbəttə, bu cür müsbət addımlartəqdirəlayiqdir. Ən azından ona görə ki, 8 Martda xanım sürücülər yol polisi tərəfindənsevindirilir.

Söhbət heç də hər hansı hədiyyədən və hansısa xanıma veriləcəkgül çələngindən getmir. Söhbət ondan gedir ki, xanımlar görəndə kişilər onlara qarşıxüsusi diqqət göstərir və bu əziz gündə onları yada salır, bax, onda o xanımlarınürəyi dağa dönür.

Burda bizim yadımıza«Uşaqlığın son gecəsi» filmindən bir epizod düşür. Filmdə cavan oğlan dostuyla ət kombinatında işə düzəlir.Və hər gün də ət kombinatına gedib axşamda evə qaydırlar. Bir gün də o cavan oğlanın dostu (istedadlı aktyor MəmmədsadıqNuriyev) ona deyir ki, sən necə dostsan ki, mənə myaskombinatda işləyə-işləyə birdəfə də olsun sosikadan-zaddan gətirməmisən. Söhbət sosikadan getmir e, özümün dəpulum var. Nə qədər istəsəm, alıb yeyə bilərəm. Söhbət vinimatelnilikdən gedir.Adam vinimatelni olanda başqasına ləzzət eləyir…

İndi bizim xanım sürücülər də o obarzın diliylə demiş olsaq, «vinimatelni»liyi görəndə istər-istəməzyol polisinə hörmətləri birə-beş artır. Ötən il Bakının dörd-beş yerində Bakı ŞəhərDövlət Yol Polisi İdarəsi xanım sürücüləri saxlayaraq onlara hədiyyələr bağışlayıblar.Qanunu pozan xanım sürücülər də saxlanılıb. Ancaq onlar cərimə edilməyiblər. Bayrammünasibətilə yol polisi onlara xəbərdarlıq edərək «yoxşı yol» deyib.


Nümunəvi qadın sürücülərəisə «Ağ çiçəyim»in, SOCAR-ın «Baksel»in , «Azəsun»un hədiyyələri təqdim edilib.Təbii ki, bu hədiyyələrin içərisində xanımları sevindirən və təəccübləndirən diqqətəlayiqgüllər, çiçəklər və digər hədiyyələr olub.

Bu il də 8 Martdaxanım sürücülər yenə diqqətdən kənarda qalmayacaqlar. Bu barədə bizimlə söhbət edənBakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovbir daha xanımları bayram münasibətilə təbrik etdi. O bilirdi ki, artıq xeyli vaxtdırki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 8 Martda xanımları diqqətdən kənarda qoymur. İlk növbədə bu tədbirinkeçirilməsində və hədiyyələrin alınmasındabir çox özəl qurumlar və o cümlədən «Ağ çiçəyim» bizə yaxından köməklik göstərir.Zarafat deyil, çoxlu sayda nümunəvi qadın sürücüyə hədiyyə vermək, onları sevindirmək üçün ən azından böyük ürək sahibiolmalısan. Bizim tədbirdə iştirak edən özəl qurumlar isə mən deyərdim ki, çox böyükürək sahibidilər. Yəni onlar bayram günündə bir çox hədiyyələrlə bizimlə bir yerdəolur və biz də həmin hədiyyələri qadın sürücülərə veririk.

Martın 8-də səhərsaat 9-dan axşam 5-ə qədər bu tədbirlər davam edəcək. Bölmə rəisi, polis polkovnikiVaqif Əsədov bizimlə söhbətində bir daha bildirdi ki, həmin tədbirin başlanğıcı«Koroğlu» metrostansiyasının yaxınlığındakıNəqliyyatın İdarəsinin İntellektual Mərkəzindən start götürəcək. Daha doğrusu,burda SOCAR-ın bir stansiyası var. Elə orda da nümunəvi xanım sürücüləri saxlayacaqvə onlara hədiyyələrimizi verəcəyik. Əvvəlki illərdə olduğu kimi, bu il də çoxlusayda hədiyyələrimiz var. Güllərdən tutmuşdigər hədiyyələrə qədər. Biz şəhərin müxtəlif nöqtələrində və yerlərindəolacaq, xanım sürücüləri saxlayaraq bu hədiyyələri onlara təqdim edəcəyik. Bir faktıda qeyd edim ki, bayram günü nümunəvi qadın sürücülər hədiyyə ilə sevindirdiyimizkimi, qaydanı pozan xanım sürücülərə hədiyyə verilməyəcək. Amma onlara da mükafatımızvar. Belə ki, yol hərəkəti qaydasını pozan xanım sürücülər cərimələnməyəcək, xəbərdarlıqedilərək yola salınacaqlar.

Bu cür tədbirlərinmüğtəmadi hala çevrilməsi yazımızın əvvəlində qeyd etdiyimiz kimi, çox yüksək dəyərləndirilməlidir.Çünki indi insanların bir-birinin qayğısına, nəvazişinə və diqqətinə daha çox ehtiyacıvar. Hətta bayram günündə hər hansı xanımahədiyyə ala bilməsən belə, bir xoş sözlə, bir gözəl rəftarla o xanımı sevindirməkolar.

Onda görün Bakı ŞəhərDövlət Yol Polisi İdarəsi çoxlu sayda xanım sürücülərə müxtəlif hədiyyələr verməklənə qədər insanı sevindirir. Bizcə insanı sevindirməkdən, fərəhləndirməkdən gözəlhədiyyə ola bilməz. Bəlkə elə biz də «hədiyyəmizi» tanıdığımız və tanımadığımızxanımlardan əsirgəməyək. Bir şirin sözlə onları sevindirək və bu yazqabağı qəlblərindəyeni sevinc hisslərinin yaranmasına təkan verək.