adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Fevral 2018 14:12
21497
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: YOL POLİSİ MƏKTƏBDƏ

Piyadaların yol hərəkətiqaydalarına düzgün əməl etməməsi nəticəsində son vaxtlar piyada vurulma hallarınınsayı xeyli artıb. Təbii ki, bu da ilk növbədə yol polisini narahat edib. Çünki ya sürücülərin, ya da piyadaların günahı üzündənbu cür ağır yol-nəqliyyat hadisələri baş verir. Artıq xeyli vaxtdır ki, piyadaların maarifləndirilməsiüçün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının bütün tağımlarıməktəblərdə, müəssisələrdə və insanların digər yaşadığı yerlərdə onların maarifləndirilməsiməqsədilə görüşlər keçirir. Heç kəsə sirr deyil ki, piyadaların vurulması arasındaməktəblilər də vardır. Yəni hər hansı məktəbli dərsə gedərkən və dərsdən qayıdarkənyolun təyin olunmamış yerindən keçən vaxt onların vurulması halları müşahidə edilir.

Məhz bu məqsədlə məktəblilərin maarifləndirilməsi Yol Patrul Xidməti Alayınındiqqət mərkəzində saxlanılır. Bugünlərdə isə Yol Patrul Xidməti Alayının 1-ci tağımınınəməkdaşları ilə birgə Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki 1 nömrəli tamorta məktəb görüş təşkil edilib. Təbii ki, bu görüş adi görüş deyildi. Yəni Bakı-Quba avtomobil yolu bu qəsəbənin içərisindənkeçir və burda da çox vaxt piyadaların vurulması halları baş verir. Görüşdə BaşDövlət Yol Polisi İdarəsi hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarlaəlaqələr şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı İsa Deystani, həminşöbənin inspektoru, polis leytenantı Turan Daşdəmirova, Yol Patrul Xidməti Alayının1-ci tağımının komandiri, polis mayoru Ürfət Şükürov, Ceyranbatan qəsəbəsindəki1nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva, Abşeron rayon Ceyranbatan qəsəbəsiüzrə nümayəndəsi Eyvaz Rzayev, Qubadlı rayonunun Çardaqlı və Mollu kənd tam ortaməktəblərinin direktorları, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı,eləcə də qəsəbədəki digər məktəblərdən gələn şagirdlər və müəllimlər iştirak edirdilər.


Görüşü açan 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva qonaqlarıiştirakçılara təqdim etdi. O, bildirdi ki, görüşdə əsas məqsəd yol hərəkəti qaydalarınınməktəblilərə bir daha xatırladılması və maarifləndirilməsi ilə bağlıdır. Yəni bugörüşün əsas ideyasını o təşkil edir ki, məktəblilər yol hərəkəti qaydalarına düzgünriayət etsinlər və onları gözləyən təhlükədən uzaq olsunlar.

Görüşdə çıxış edən Yol Patrul XidmətiAlayının 1-ci tağımının komandiri, polis mayoru Ürfət Şükürov bu cür tədbirlərinkeçirilməsinin əhəmiyyətindən danışdı. O, qeyd etdi ki, hər bir hərəkət iştirakçısıyolu keçərkən diqqətli olmalı və təyin olunmuş xüsusi yerlərdən istifadə etməlidir.Yəni xüsusi zolaqlanmış ağ xətlərdən ibarət piyada keçidindən və yerüstü keçiddənkeçmək daha təhlükəsizdir. Amma təəssüflə qeyd etməliyəm ki, bizim də xidmət apardığımızBakı-Quba avtomobil yolunda piyadaların vurulması halları qeydə alınıb. Çünki ya sürücülərin, ya da piyadalarındiqqətsizliyi hesabına bu cür hallar qaçılmaz olub. Ona görə də məktəblilər arasında belə təbliğat işlərinin aparılmasınaçox böyük ehtiyac var. Biz ötən illər dəbu cür görüşlər keçirmişik və bu qənaətə gəlmişik ki, məktəbillərin yol hərəkətiqaydasını bilməsinə və öyrənməsinə çox böyük ehtiyac vardır. Son vaxtlar Abşeron rayon ərazisindən keçən dörd yerdə yerüstüpiyada keçidi inşa edilib. Bu da piyadalarındaha təhlükəsiz yolu keçməyə şərait yaradır. Ancaq təəssüflə qeyd etməliyik ki,nədənsə bəzi piyadalar yenə yerüstü keçiddən istifadə etmir, avtomobillərin sürətləhərəkət etdiyi yoldan keçməyə çalışırlar. Bu isə piyada vurulması ilə nəticələnir.Görürürəm ki, bugünkü görüşə çoxlu sayda məktəblilər gəlib. Onların arasında müəllimlərdə var. Bax, bu o deməkdir ki, yol hərəkəti qaydalarının əməl edilməsi hamı üçünçox vacib bir məsələdir.


Baş Dövlət Yol Polisi İdarəsihərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqələr şöbəsinin başinspektoru, polis polkovnik-leytenantı İsa Deystani çıxış edərək bir fikri xüsusiləsəsləndirdi ki, piyadaların vurulması halları bizim yaralı yerimizdir. Görünür,bu sahədə hardasa müəyyən problemlər mövcuddur. Xüsusən də məktəbilərin vurulması bizi həddindən çox naraht eləyir. Düzdür,orta məktəbdə «Həyat bilgisi» fənni tədris olunur. Burda da məktəblilərə yol hərəkəti qaydaları birdaha izah edilir. Göstərilir ki, yolu təhlükəsiz keçmək üçün yol hərəkəti qaydalarınaciddi əməl edilməlidir. Hər bir məktəbli bu məsələləri diqqət mərkəzində saxlasa,evdə validyen, məktəbdə isə müəllim onları maarifləndirsə, aydındır ki, bu uşaqlardaha çox ehtiyatla davranarlar. Ümumiyyətlə, ibtidai sinif şagirdləri dərsə gedərkənvə dərsdən qayıdarkən valideyn nəzarətində olmalıdır. Xüsusən də respublika əhəmiyyətliyolu keçərkən hər bir şagirddən daha diqqətli olmaq tövsiyə olunur. Çox təəssüfki, bəzən görürsən ki, bir piyada qulağında qulaqcıq yolu keçir və nəqliyyat vasitəsinədiqqət yetirmir. Bax, belə hallarda da piyadanın günahı üzündən ölümlə nəticələnənqəzalar qaçılmaz olur. Yaxşı olardı ki, gələcəkgörüşlərdə valideynlər də iştirak etsinlər. Çünki valideynlərin bu görüşlərdə iştiraketməsi elə onların da maariflənməsi və daha diqqətli olması deməkdir.


Avtosfer.az saytının başredaktoru Elməddin Muradlı görüş iştirakçılarınındiqqətinə bir məsələni xüsusilə çatdırdı. O, statistik rəqəmləri xatırladaraq piyadavurmahallarının çoxalmasından narahat olduğunu səsləndirdi. Elməddin Muradlı bildirdiki, hər bir məktəbli yol hərəkəti qaydalarını diqqətlə öyrənməlidir. Biz istəməzdikki, yolu keçən hər hansı bir məktəblini maşın vursun və sonra da siz də onun əyləşdiyipartanın üstünə qərənfillər qoyasınız. Qoy bu qərənfilləri sevgililər bir-biriyləgörüşəndə hədiyyə eləsinlər. Ümumiyyətlə,bu gün məktəblilərin yol hərəkəti qaydalarına əməl etməsi bizim hamımızımaraqlandırmalıdır. Çünki əgər biz dərsə gedən uşaqlarımızı nəzərdə saxlamasaq,onları məktəbə başlı-başına buraxsaq, hər hansı hadisənin baş verməsinə münbit şəraityaradırıq. Deməli, bir vətəndaş, bir insan olaraq kimliyindən asılı olmayaraq, buməsələlərə önəm verməli və məktəbə gedən şagirdin, övladının təhlükəsizliyinə köməkgöstərməlidir. Mən burda yol polisinin də, xüsusən də tağım komandiri Ürfət Şükürovun zəhmətini qeyd eləmək istəyirəm.Onlar həmişə hərəkət iştirakçılarının hərəkətinintəhlükəsizliyinin təmin edilməsi üçün çox ciddi addımlar atırlar.

Qubadlı rayonunun Çardaqlıkənd tam orta məktəbinin direktoru çıxış edərək kövrək notlar səsləndirdi. O dediki, avtomobil bizim də iki məktəblini vurub və onlar həlak olublar. Bax, o uşaqlarıngünahı nə idi ki, hansısa məsuliyyətsiz sürücünün qurbanı oldular. Biz indi məcburiköçkünlük həyatı yaşayırıq. Belə bir ağır həyat tərzi yaşayan insanın yenidən ikincibir faciə ilə üzləşməsini heç kimə arzulamazdıq. Ona görə də yol polisinin keçirdiyibu cür tədbirləri biz alqışlayır və deyirik ki, hər bir məktəblinin yolu keçərkənqaydalara əməl etməsi çox vacibdir.


Görüşdə «balaca polislərin» iştirakıyla yol hərəkəti qaydalarının pozulmasıhalları maarfiləndirici və izahedici səhnəciklər göstərildi. Burda yol hərəkətiqaydasına əməl etməyən piyadalar, sürücülər tənqid atəşinə tutuldu. Bəzi sərnişinlərinisə qocalara və xəstələrə yer verməmələri səhəncik iştirakçıları tərəfindən çoxorijinal bir formada görüş iştirakçılarının diqqətinə çatdırıldı. Başqa bir neçəsəhnəcik isə Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin şagirdləri tərəfindənhazırlanmışdı. Bu səhnəciklər heç də «balacapolislərin» hazırladığı səhnəciklərdən geri qalmırdı. Şagirdlər o qədər rəngarəng,o qədər maraqlı səhnəciklər göstərirdilər ki, bu, görüş iştirakçılarını təəccübləndirirdi.Onların da səhnəcikləri qaydaları pozan sürücüləri və piyadaları qınaq hədəfinəçevrmişdi. Görüş işitrakçıları bu səhnəciklərə görə, məktəbliləri dəfələrlə alqışladılar.

Bir çox görüş iştirakçısıonları maraqlandıran suallarla bağlı yol polisinə müraciət etdi. Görüşdə iştirakedən polis polkovnik-leytenantı İsa Deystani və polis mayoru Ürfət Şükürov öz səlahiyyətlərinəaid olan sualları cavbalandırdılar. Səlahiyyətinə aid olmayan sualları isə NəqliyyatDepartamentinə və digər qurumlara ünvanlamağı bildirdilər.

Maraqlı və yaddaqalan görüşzamanı şagirdlərə, müəllimlərə «Yol hərəkəti əlifbası» kitabı bağışlandı. Həminkitabları da yol polisinin əməkdaşları onlarahədiyyə elədi və bu kitabların da sayı təxminən 200-ə çatırdı.


Tədbirin sonunda 1 nömrəlitam məktəbin direktoru Çinarə Atayeva və 1-ci tağımın komandiri, polis mayoru ÜrfətŞükürov görüş iştirakçılarına maraqlı anlar üçün bir daha öz təşəkkürlərini bildirdilər.Hər ikisi qeyd etdi ki, məktəblilər arasında yol hərəkəti ilə bağlı gələcəkdə dəbelə tədbirlərin keçiriləmsinə çox böyük zərurət var. Çünki bu tədbirlər şagirdlərimaarifləndirir, onları gözləyən təhlükədən xilas edir.