adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Avqust 2019 12:34
16900
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: YOL POLİSİ İLƏ MÜBAHİSƏ ELƏDİ, AVTOMOBİLİ ÜÇ DƏFƏ MÜAYİNƏDƏN KEÇİRDİLƏR

Artıq 15gündür ki, respublikamızın ərazisində "Təmiz hava” aylığına start verilib.Avqustun 1-dən 31-nə qədər davam edəcək bu tədbirdə bir qayda olaraqekologiyanı korlayan, atmosferə normadan artıq zərərli qazlar atan nəqliyyatvasitələrinin sahibləri, eləcə də istehsalat sahələri, müəssisələr, şadlıqsarayları məsuliyyətə cəlb edilirlər. Yəni birmənalı olaraq respublikamızdaatmosferi qorumaq üçün bütün zəruri addımlar atılır.

Belə tədbirlərBaş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Bölüyündə də hər gün gerçəkləşdirilir.Demək olar ki, "Təmiz hava” aylığı başladığı ilk gündən Ekoloji Bölüyün əməkdaşlarıatmosferi çirkləndirən sürücülərə qarşı ciddi mübarizə aparır. Başqa sözlədemiş olsaq, hər gün burda havaya normadan artıq dəm qazı atan sürücülərinavtomobilləri saxlanılır, müayinə edilir və qanunu pozan şəxslər barəsindəinzibati protokol tərtib edilir.

"VAZ-2107”14 BD 274 nömrəli avtomobili yol polisi əməkdaşı, polis baş serjantı TalehCamalov stasionar postda saxlatdırır. Sürücü onun "Saxla!” işarəsinə əməl edərərkavtomobili kənara çəkir və sükan arxasından yerə düşür. Polis baş serjantı TalehCamalov "Təmiz hava” aylığı ilə bağlı avtomobilin müayinədən keçiriləcəyinibildirir. Sürücü isə bu məsələyə bir o qədər də məsuliyyətlə yanaşmır.Avtomobil ilkin müayinədən keçirilir, məlum olur ki, bu nəqliyyat vasitəsindənatmosferə normadan artıq zərərli qaz atılır. Belə ki, normaya uyğun olaraq buavtomobidən atmosferə 2,5, uzaqbaşı 3 faizə qədər dəm qazı atılmalıdı. Ammafakt göstərir ki, bu avtomobildən atmosferə 6,31 faiz dəm qazı atılır. Sürücüyol polisi əməkdaşı Taleh Camalovla mübahisə eləyir. Deyir ki, sizin cihazınızdüzgün işləmir. Təkrarən həmin maşın müayinədən keçirilir. Bu dəfə də göstərici6,52 faizə çatır. Sürücü yenə mübahisə edir, inadından dönmür. Bildirir ki,"vobşe” sizin aparatdan mənim xoşum gəlmir,yenə müayinəd keçirin. Avtomobil 3-cü dəfə sürücünün yol polisi ilə mübahisəsindənsonra müayinədən keçirilir. Bu dəfə də atmosferə atılan zərərli qaz 6,68 faizolur. 3 nəticədən sonra sürücü pis vəziyyətə düşür və haqlı olmadığını görür.Yol polisi əməkdaşı atmosferə normadan artıq avtomobildən zərərli qaz atdığınagörə sürücüyə İnzibati Xətalar Məcəlləsinin 342.5. maddəsilə 50 manat məbləğindəcərimə protokolu tərtib edir. Və onu da tövsiyə edir ki, avtomobilin mühərriksistemində yaranmış texniki nasazlığı sürücü aradan qaldırsın. Əks təqdirdə,2-ci dəfə də maşın saxlanıla bilər və inzibati protokol tərtib olunar.

Həmingün Ekoloji Bölüyün əməkdaşı, polis başserjantı Ülvi Hüseynov da bir neçə nəqliyyat vasitəsini saxlatdırdı."VAZ-21074” 27 BT 364 nömrəli maşın müayinə olunarkən həmin nəqliyyat vasitəsindənatmosferə 5,37 faiz dəm qazı atıldığı aşkar edildi. Nəqliyyat vasitəsininsahibi barəsində inzibati protokol tərtib edildi. Polis baş serjantı ÜlviHüseynov digər bir avtomobili "VAZ-21099” 90 EM 853 nömrəli maşını da texniki müayinədənkeçirdi. Bu maşından da atmosferə 6,72 faiz dəm qazı atılırdı. Həmin nəqliyyatvasitəsi barəsində də inzibati protokol tərtib olundu və sürücü 50 manatcivarında cərimə edildi.


Düzdür,atmosferə normadan artıq zərərli qaz atan sürücülər az deyildi. Amma elə nəqliyyatvasitələrinin sahibləri də vardı ki, avtomobilləri idarə olunarkən atmosferə dəmqazının atılması normaya uyğun idi. Məsələn, Ülvi Hüseynov "VAZ-21074” 90 XB837 nömrəli maşını saxlayarkən avtomobil texniki baxışdan keçirildi. Məlum olduki, həmin nəqliyyat vasitəsindən atmosferə atılan zərərli qaz normaya uyğundur.Eyni zamanda polis baş serjantı Ülvi Hüseynov "VAZ-21011” 15 BF 336 nömrəlimaşını da müayinədən keçirdi. Həmin avtomobildən də atmosferə normadan artıq zərərlıqaz atılmırdı. Polis baş serjantı nəqliyyat vasitəsini saz saxladığına görəsürücüyə öz təşəkkürünü bildirdi və "yaxşı yol!” dedi.

Polisbaş serjantı Rəcəb Əhmədov da ekoloji postda "QAZ-31” markalı 90 TE 341 nömrəlimaşına "saxla!” işarəsi verdi. Müayinə zamanı həmin avtomobildən də atmosferə6,88 faiz dəm qazı atıldığı aşkarlandı. Bu nəqliyyat vasitəsinin sahibi barəsindədə inzibati protokol tərtib edildi.


"POJERO”markalı 50 CS 955 nömrəli avtomobili isə polis baş leytenantı Rüstəm İsmayılovsaxlatdırdı. Sürücü ilə səmimi söhbət elədi. Sonra avtomobil texniki baxışdankeçirildi. Yoxlama zamanı məlum oldu ki, bu avtomobildən də atmosferə normayauyğun zərərli qaz atılıb. Rüstəm İsmayılov "POJERO” markalı avtomobilinsürücüsünə nəqliyyat vasitəsini texniki cəhətlərə uyğun saxladığına görə, minnətdarlıqelədi və dedi ki, bax. həmişə maşını və sükanı belə saz saxla!


"Təmizhava” aylığının 15 günlük yekunları ilə bağlı Ekoloji Bölüyün komandiri, polispolkovnik-leytenantı Fuad Mayılov bildirir ki, bu müddətdə Ekoloji Bölüyün əməkdaşları600 nəqliyyat vasitəsinin sürücüsü barəsində inzibati protokol tərtib ediblər.Və onların hər biri 50 manat məbləğində cərimə olunub. Hansı ki, biz "Təmizhava” aylığı başlamamışdan öncə və başlayan günlərdə yüzlərlə sürücü arasındamaarifləndirmə işləri aparmışıq ki, nəqliyyat vasitələrindəki texniki qüsurlarıaradan qaldırsınlar ki, cərimə olunmasınlar. Bizim maarifləndirici söhbətlərimizdənnəticə çıxaranlar da olub, çıxarmayanlar da. Elə bu günün özündə də əməkdaşlarımızçalışırlar ki, sürücülərə inzibati protokol tərtib etməsinlər, izahat işləri ilə mövcud problemi aradanqaldırsınlar. Belə səmimi söhbətlər sürücülər arasında da hörmətlə qarşılanır vəçox sürücü bu cür sivil ünsiyyətə görə, yol polisinə sevgiylə yanaşır.

Bölükkomandiri bir daha bizimlə söhbətində sürücülərin nəzərinə çatdırdı ki,avtomobillərindəki mövcud texniki qüsurları bu gün də aradan qaldırsalar gecdeyil. Çünki hər bir nöqsan öz həllini tapanda problemlər də yaranmır, texnikicəhətdən saz maşınla sürücülər və sərnişinlər mənzilbaşına daha təhlükəsizçatırlar. Ona görə də idarə etdiyiniz avtomobilləri texniki cəhətdən sazsaxlayın ki, sonradan problemlər yaşamayasınız!