adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
14 Yanvar 2020 10:42
29551
GÜNDƏM

Faiq QİSMƏTOĞLU: YAĞIŞLI HAVA QƏZALARA MÜNBİT ŞƏRAİT YARADIR

Bir neçəgündür ki, ölkə ərazisində fasiləsiz olaraq yağış yağır. Təbii ki, yağışınyağmasının kənd təsərrüfatının bir çoxsahələrinə xeyri dəysə də, müə yyən ziyanları da var. Amma biz yağışın kənd təsərrüfatınaziyanından və xeyrindən söhbət açmaq istəmirik. Biz ondan söhbət açmaq istəyirikki, bu cür fasiləsiz yağışların yağması istər magistral yollarda, istərsə dəBakı şəhərində qəzaların baş verməsinə münbit şərait yaradır.

Bax, necəetmək lazımdır ki, yağışlı havalarda qəzaların baş verməsinin qarşısını tamamiləalmaq mümkün olmasa da, heç olmasa müəyyən hissəsinin yaranmasına "yox” deyək?!Belə hava şəraiti ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsi davamlıolaraq sürücülərə xəbərdarlıq edir və onlara öz tövsiyələrini verir. Aydındırki, həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində mürəkkəb hava şəraitindəbaş verə biləcək qəzaların qarşısını almaq mümkündür.

Bununüçün öncədən yol polisi hərəkətin intensiv olduğu və daha təhlükəli yerlərdəxidmət üçün əlavə naryadlar ayırır. Və həmin naryadlar da hava şəraitininyağışlı keçməsilə əlaqədar olaraq istər magistral yolun, istərsə də Bakı şəhərindətəhlükələrin mövcud olduğu yerlərdə nəzarəti gücləndirir. Bir qayda olaraq işıqforlarınyağışlı havada işləmədiyi yerlərdə hərəkət yol polisi tərəfindən tənzimlənir.Belə şəraitdə piyadaları da böyük təhlükəgözləyir. Çünki yağışlı havada sürücülər nə qədər diqqətli olsa belə, piyada qəfilonun qarşısına çıxanda sürət qutusundan yox, əyləcdən istifadə edir, nəticədəpiyadavurma halları baş verir.

Əlbəttə,yol polisinin belə hava şəraiti ilə əlaqədar olaraq tövsiyələrini bir çox haldasürücülər və piyadalar qulaqardına vururlar. Bu da nəticədə ağır qəzalar və bədbəxtfaciələrlə tamamlanır. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələrşöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev yağışlı hava ilə əlaqədarrespublikanın avtomobil yollarında hərəkət edən sürücüləri öncədən maarifləndirdiyinibildirir. Cənab polkovnik-leytenant xatırlatdı ki, ümumiyyətlə, tək yağışlıhava ilə əlaqədar deyil, güclü külək və qar yağması ilə bağlı da sürücülər öncədənmaarifləndirilir. Yəni belə hava şəraitində onlar sürət həddinə əməl etməli,respublikanın avtomobil yollarında ara məsafəsi saxlamalı, tez-tez yolun sağ vəsol hissəsinə manever etməməlidir. Üstəlik də yağışlı havada əyləc sistemindənistifadə etmək qəzalara şərait yaradır. Yaxşı olardı ki, sürücülər mürəkkəbhavada əyləcə deyil, sürət qutusuna üstünlük verəydilər.

Ümumiyyətlə,gəlin onunla razılaşaq ki, əksər sürücülər yol hərəkəti qaydasını tez-tezpozurlar. Əgər belə olmasaydı, dekabrın 30-dan yanvarın 6-na kimi, yəni bayramgünlərində, baş verən qəzalar zamanı 18nəfər ölməz, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər almazdılar. Əksər sürücülərdə yolların rahat olmasından istifadə edərək radarlar quraşdırılmayan yerdəavtomobilləri daha yüksək sürətlə idarə edirlər.

Polispolkovnik-leytenantı Rüfət Quliyev bizimlə söhbətində bir fikri də vurğuladıki, yağışlı havalarda və eləcə də qar yağanda təcrübəsiz sürücülər sükanarxasında əyləşməməlidilər. Onlar ya ictimai nəqliyyatdan istifadə etməli, yada həmin günü avtomobillərin sükanı arxasında əyləşməkdən çəkinməlidilər. Çünkibu, ən yaxşı çıxış yoludur.

Deməli,hər bir sürücü yol polisinin tövsiyələrini diqqətlə dinləməli, ona əməl etməli və mürəkkəb hava şəraitini mütləqnəzərə almalıdır. Bir sözlə, yol hərəkəti qaydalarına riayət etmək hər hansısürücünü və sərnişinləri mövcud təhlükədən qurtarır.