25 Dekabr 2018 13:43
8357
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: XƏTTİ TAPDALAYAN SÜRÜCÜLƏR

Hər bir sürücü özünün və yanında olan sərnişinin həyatı üçüncavabdehdir. Başqa sözlə demiş olsaq, sürücü sərnişini necə sağ-salamat maşına əyləşdirirsəvə eləcə də onu mənzilbaşına təhlükəsiz çatdırmağa borcludur. Gəlin onunlarazılaşaq ki, bir çox sürücülər bu vəzifəni yetərincə icra edə bilmirlər. Onlarnəinki sərnişinin, heç özlərninin təhlükəsizliyini təmin etməkdə acizdirlər.

Təbii ki, sürücülər yol hərəkəti qaydalarını tez-tez pozmaqla qəza şəraitiyaradırlar və bəzən də yolun sağı boş olduğu halda solu ilə hərəkət etməyə dahaçox üstünlük verirlər. Bu isə digər avtomobillər üçün qəza şəraiti deməkdir.Bunula yanaşı, elə sürücü də var ki, xətti tapdalamaqdan belə yan keçmir.Avtomobil yolunda xəttin tapdalanması elə özü də yol hərəkəti qaydasınınpozulmasıdır.


Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşlarıBakı-Qazax avtomobil yolunda hərəkətin təhlükəsizliyinintəmin edilməsində mütəmadi olaraq qabaqcıl tədbirlər həyata keçirir. Əlbəttə, hərbir qabaqlayıcı tədbir birmənalı olaraq hərəkətin təhlükəsizliyinə xidmət edir.Başqa sözlə demiş olsaq, bu cür tədbirlərin keçirilməsinə çox böyük ehtiyac var.

Bir qayda olaraq tağım əməkdaşları kobud qayda pozuntularını diqqət mərkəzindəsaxlayır və onun aradan qaldırılması üçün zəruri tədbirlıər görür. Belə ki,keçirilən reydlər zamanı sükan arxasında sərxoş vəziyyətdə əyləşən, ötmə əməliyyatını pozan, qəza şəraiti yaradan, avtomobilinkonstruksiyasında dəyişiklik edən, təhlükəsizlik kəmərindən istifadə etməyənçoxlu sayda sürücülər saxlanılıb. Qaydanı pozan hər bir sürücü barəsindəinzibati protokollar tərrib edilib.


Reyd zamanı 6-cı tağımın əməkdaşlarından polis leytenentı Araz Həşimov,polis baş serjantları Abbas Abdullayev, Anar İbrahimov, Əhliman Məmmədov, SabirTalıbov, Elmir Məmmədov və başqaları yol hərəkəti qaydasını pozmuş sürücülərisaxlayaraq onlar barəsində protokol tərtib etdilər. Bəzi sürücülərlə isəmaarifləndirici söhbətlər aparıblar. Bu cür səmimi söhbətlər sürücülər tərəfindənsevinclə qarşılanıb.

Polis baş serjantı Abbas Abdullayev uzun müddətdir ki, Yol PatrulXidməti Alayının 6-cı tağımında öz vəzifəborcunu məsuliyyətlə icra edir. Uzun illərin təcrübəsi onu deməyə əsas verirki, Abbas Abdullayev peşəkar bir polis əməkdaşıdır. O, tağımın yeganə əməkdaşlarındandır ki, sərxoşvəziyyətdə sükan arxasında əyləşmiş sürücüləri uzaqdan tanıyır və saxladarkənşübhələri təsdiq olunur. Elə ay olub ki, A.Abdullayev 6-7 sərxoş sürücüaşkarlayıb və onlar barəsində qanunamüvafiq tədbirlər görüb. Hazırlanmış hüquqisənədlər tədbir görülmək üçün adiyyəti məhkəmə orqanına göndərilib. Yaş həddiilə əlaqədar olaraq artıq gələn ildən Abbas Abdullayev təqaüdə çıxacaq. Onundaxili işlər orqanındakı müsbət fəaliyyəti daim dəyərləndirilib, peşəkar polis əməkdaşıkimi qiymətləndirilib. Bu isə o deməkdir ki, Abbas Abdullayev kimi polis əməkdaşlarınınuzun müddət xidmət göstərməkləri onların ömrünə yazılan ən yaddaqalan tarixibir andır.


Altıncı tağımın naryad rəhbəri, polis kapitanı Namiq Əzizov bizimləsöhbətində bildirdi ki, həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində son vaxtlar xidmət apardıqları Bakı-Qazaxavtomobil yolunda ağır qəzaların sayı azalıb. Ölüm və xəsarətalma halları aşağıenib. Sahil, Sanqaçal, Ələt qəsəbələrindən keçən yolda piyadaların təhlükəsizliyiilə bağlı qabaqlayıcı tədbirlər görülüb. Qəzaların baş vermə ehtimalı olan yerlərəbir qayda olaraq yol patrul maşınları ilə tez-tez baş çəkilir, piyadaların təhlükəsizkeçidi üçün tədbirlər görülür. Üstəlik də həmin yaşayış yerlərindəki məktəb vəuşaq bağçalarında əməkdaşlarımız onlarla görüşərək maarifləndirici söhbətləraparırlar. Hər halda, bu cür maarifləndirici söhbətlərin keçirilməsi çox önəmliəhəmiyyət kəsb edir. Bir daha piyadalara tövsiyəmiz odur ki, yağışlı günlərdə vəsutkanın qaranlıq saatlarında yolu keçərkən ehtiyatlı olsunlar. Çünki belə məqamdasürücülər yolu yaxşı görmür və piyadaların həyatı üçün təhlükə yaranır. Ona görədə birmənalı olaraq hər bir piyada təyin olunmuş yerüstü keçiddən istifadə etməlidir.


Göründüyü kimi, Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşlarıhərəkətin təhlükəsizliyi üçün bütün qabaqlayıcı tədbirləri vaxtında yerinəyetirir. Sadəcə olaraq, sürücülər və hərəkətiştirakçıları daha diqqətli olmalı, yol hərəkəti qaydalarına əməl etməlidirlər.Yol hərəkəti qaydalarına əməl etmək isə birmənalı olaraq hər bir iştirakçının həyatınıtəhlükədən xilas edir.

Reyddə iştirak edirdilər: Vüqar ƏSGƏROV – Yol Patrul Xidməti Alayının6-cı tağımının komandiri, polis mayoru; Namiq ƏZİZOV – 6-cı tağımın naryad rəhbəri,polis kapitanı; Elçin ORUCOV – 6-cı tağımın polis kaptanı, baş inspektor; QalibRZAYEV – 6-cı tağımın polis kapitanı, baş inspektor, Araz HƏŞİMOV– 6-cü tağımınpolis leytenantı, baş inspektor, Abbas ABDULLAYEV – 6-cı tağımın polis baş serjantı,inspektor; Faiq QİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı.