adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Mart 2019 12:50
9055
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: XANIM SÜRÜCÜLƏR MÜKAFATLANDIRILDI

Hər il 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Bakı Şəhər DövlətYol Polisi İdarəsi aksiya keçirir. Həmin ənənə bu il də davam edib. Belə ki,Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bir neçə qurum və şirkətlərlə birlikdəbayram günü xanım sürücüləri mükafatlandırıb. Həmin mükafatlara gül dəstələri,müxtəlif kuponlar və digər hədiyyələr daxil edilib.

Martın 8-də tədbir Heydər Əliyev sarayının yaxınlığından startgötürüb və tədbiri işıqlandırmaq üçün müxtəlif televiziya kanallarından vəKİV-dən jurnalistlər dəvət edilmişdi. Öncə il ərzində heç bir inzibati protokoltərtib edilməyən və qayda pozuntusuna yol verməyən sürücülər müəyyənləşdirilmişdi.Həmin xanım sürücülər yol polisi tərəfindən tam dəqiqləşdirilmişdi.

İlk xanım sürücü yol polisi serjantı tərəfindən saxlanılır. Polisserjantı ona salam verərək nümunəvi sürücü olduğu üçün hədiyyələrləmükafatlandırılacağını bildirir. Bundan sevinən qadın yol polisinə və eləcə dətədbir iştirakçılarına minnətdarlığını bildirir. İlk növbədə polis serjantıxanıma gül dəstəsi təqdim edir. Bundan sonra tədbirdə iştirak edən ayrı-ayrıqurumların nümayəndələri də xanım sürücünü müxtəlif hədiyyələrlə təbrik edirlər.

Sonra isə bir-birinin ardınca yenidən bir neçə nümunəvi qadın sürücülərsaxlanılaraq onlara hədiyyələr və gül dəstələri verilir. Bu hədiyyələri Bakı ŞəhərDövlət Yol Polisi İdarəsinin bölməsinin baş inspektoru, polispolkovnik-leytenantı Rasim Abdullayev təqdim edir. Və eyni zamanda xanımsürücünün nümunəvi sürücü olmasını onun diqqətinə çatdırır. Təbii ki, bu qədərhədiyyələr bolluğunda özünü xoşbəxt hiss edən sürücü təşkilatçılara, ilk növbədəyol polisinə öz sevgisini göstərir. Deyir ki, onlar həmişə bizim təhlükəsizliyimizitəmin edir, yol hərəkəti qaydalarına riayət edən xanım sürücülərə hörmətləyanaşırlar. Nə az, nə çox Heydər Əliyev sarayının arxasındakı küçədə 10-a yaxınxanım sürücü saxlanılaraq yol polisi tərəfindən mükafatlandırıldı.

Tədbirin ardı Bakı Dəniz vağzalında davam etdi. Burda da neçə-neçəxanım sürücülər yol polisi tərəfindən saxlanılaraq onlara diqqət göstərildi. Yənihəmin xanım sürücülər də təşkilatçıların gül dəstələri, qiymətli hədiyyələri vədigər süvenrlərilə mükafatlandırıldılar.Nümunəvi qadın sürücülərdən biri mükafatı qəbul edəndən sonra dedi ki, mən heçbir yerdə və heç bir şəhərdə xanım sürücülərə qarşı bu boyda diqqət, sevgi və məhəbbətgörməmişəm. Buna görə, hər bir təşkilatçıya və o cümlədən yol polisinə öz minnətdarlığımızıbildiririk.

Həmişə olduğu kimi, tədbir "AzNeft” meydanında davam etdi. Burda da çoxlu sayda xanım sürücüləryol polisi tərəfindən saxlanıldı və onlara gül dəstələri, kuponlar verildi.Xarici markalı maşını idarə edən Gülnar Məmmədova yol polisinin bu aksiyasınıyüksək qiymətləndirdi və bu tədbirin Azərbaycan xanımına yüksək qiymət verməsinidəyərləndirdi. Xanım sürücü bildirdi ki,bu cür addımların atılması yol polisilə bizim aramızda olan münasibətləri dahada doğmalaşdırır. Onsuz da yol polisi əksər xanım sürücülərə həmişə hörmətləyanaşır. Amma elə qadın sürücülər var ki, bir də görürsən ki, yol hərəkətiqaydasını kobud surətdə pozur, hətta sükan arxasında sərxoş surətdə əyləşir.Bax, belə qadın sürücülər mütləq qanunamüvafiq surətdə cəzalandırılmalıdır. Heçbir sürücüyə imtiyaz verilmir ki, o,qanunu tez-tez pozsun və qaydalara əməl eləməsin. Və bu imtiyaz qadın sürücülərədə verilməyib. Ona görə də qanunlara əməl etmək hər bir xanım sürücünün borcudur.

Tədbir zamanı yol hərəkəti qaydasını pozan və yolda manevr qaydasına əməletməyən xanım sürücü də saxlanıldı. Yol polisi serjantı xanım sürücünün qaydanıpozmasını onun diqqətinə çatdırdı və xanım sürücü hər şeyi etiraf etdi. Yolpolisi əməkdaşı xanım sürücüyə dedi ki, bayram münasibətilə biz bu dəfə sizəprotokol tərtib etmirik, xəbərdarlıq edirik və gül dəstəsi veririk. Təbii ki,yol polisinin belə humanist addımı xanım sürücünü sevindirdi. Eyni zamandayolun təyin olunmamış hissəsindən keçən piyada xanım da yol polisi tərəfindənsaxlanılaraq xəbərdarlıq edildi və ona da yol polisi gül dəstəsi bağışladı.

Mənzil Kommunal Təsərrüfatının yolu süpürən bir əməkdaşı da yolpolisinin diqqətindən kənarda qalmadı. Süpürgəçi xanıma yol polisi hədiyyələr vəgül dəstəsi verdi.

Tədbirin əsas təşkilatçılarından olan Bakı Şəhər Dövlət Yol Polisiİdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov tədbirlə əlaqədar bildirdi:

- Siz özünüz də gördünüz ki, havanın soyuq və küləkli olmasınabaxmayaraq, şəhərin neçə-neçə yerində nümunəvi xanım sürücülər əməkdaşlarımız tərəfindənsaxlanıldı və onlar kuponlar, hədiyyələr və gül dəstələriləmükafatlandırıldılar. Bu, artıq bizdə ənənə halına çevrilib. Yəni neçə illərdiki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bir neçə qurumla və şirkətlə birlikdəbu tədbiri gerçəkləşdirdi. Bu həm xanımlara diqqətdir, həm də yol polisinin hərəkətiştirakçıları ilə münasibətində yeni bir sivil addım atılması deməkdir. Hərhalda, gördünüz ki, keçirdiyimiz bayram aksiyası yüzlərlə xanım sürücününsevincinə səbəb oldu. Və bu tədbirdə iştirak edən KİV əməkdaşlarına da öz təşəkkürümüçatdırıram. Belə bir soyuq və küləkli havada axıra qədər iştirak etmək və onuişıqlandırmaq elə də asan məsələ deyil. Yəni tədbir iştirakçıları nə qədər çətinlikləüzləşdilərsə, bu məsələni işıqlandıran jurnalistlər də bir o qədər çətinlikləryaşadılar. Hər halda, bizim hamımızın zəhməti öz müsbət nəticəsini verdi.

Göründüyü kimi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 8 Mart BeynəlxalqQadınlar Günü münasibətilə keçirdiyi bayram aksiyası nümunəvi qadın sürücülərinçox böyük sevincinə səbəb oldu. Bu anlar, bu məqamlar düz gələn ilin 8 martınaqədər o insanların yadından çıxmayacaqdı.