adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Aprel 2018 13:46
8603
GÜNDƏM

Faiq QİSMƏTOĞLU: TIXACLAR ARADAN QALDIRILIR

Bu gün Bakı şəhərindənəqliyyat vasitələrinin sayı əvvəlki vaxtlara nisbətən dəfələrlə artıb. Düzdür,bəzi küçə və prospektlərdə yollar yenidən qurulub, genişləndirilib. Amma bu da şəhərimizdətıxacların aradan qaldırılmasına hələ ki, yetərli olmayıb. Xüsusən də səhər və axşamsaatlarında Bakının mərkəzi küçə və prospektlərində bir sıxlıq yaranır. Və həminsıxlığı da aradan qaldırmaq üçün təbii ki, yol polisləri əllərindən gələni əsirgəmirlər.

Təəssüflə qeydə eləməliyikki, elə bir gün olmur səhər və axşam saatlarında şəhərimizdə sürücülər tıxac probleminiyaşamasınlar. Aydındır ki, elə bu tıxacların yaranmasında sürücülərin də rolu azdeyildi. Bəzən görürsən ki, bir evdən dörd adam dörd maşından istifadə edir. Əlbəttəonları qınamaq olmaz. Hər hansı bir insanşəxsi avtomobil alır ki, işə rahat getsin və işdən də evə rahat qayıtsın.Yoxsa avtobus və metrodakı basabasda onlar özləri də çətin anlar yaşaya bilərlər.

Ancaq elə anlar varki, orda şəxsi avtomobildən istifadə etməmək mümkündü. Yəni hər hansı insanın işyeri metroya və nəqliyyatın digər aktiv fəaliyyət göstərdiyi yerlərdə olursa, bizcəora elə ictimai nəqliyyatla da getmək olar.Lakin buna çoxları bir o qədər də əhəmiyyət vermirlər.

Metronun «Koroğlu»stansiyasının yaxınlığındakı dayanacaqda da bir qayda olaraq sıxlıq, tıxaclar yaranırdı.Burdan Bakının qəsəbə və kəndlərinə çoxlu sayda avtobuslar yola düşürdü. Və həminavtobuslar da dayanacaqlarda gəlib duranda bir tıxac yaranırdı gəl görəsən. Beləbir məqamda isə ən çox əziyyət çəkən elə sürücülər özləri olurdular. Bu günlərdəisə adını qeyd etdiyimiz ünvanda tıxacların aradan qaldırılması üçün ciddi addımlaratılıb.

Bu barədə Bakı NəqliyyatAgentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. O qeyd edib ki,daha həmin yerdə Bakı qəsəbələrinə gedən avtobuslar dayanmayacaq. Çünki həmin dayanacaq bir qədərkənarda və digər avtobusların çıxdığı «Koroğlu» intellektual mərkəzində olacaqdır.Burdan Bakı qəsəbə və kəndlərinə yola düşən avtobuslar sərnişinləri götürəcək, dahaəvvəlki dayanacaqda dayanmadan hərəkət edəcək. Aydındır ki, bu addımların biz tərəfdənatılmasına əsas səbəb odur ki, qeyd etdiyimiz ünvanda tıxacları aradan qaldıraq və sürücülər burda vaxt itirməsinlər. Əlbəttə,Bakı şəhərində bir çox dayanacaqlarda avtobusların yeri gəldi-gəlmədi saxlanmasıistər-istəməz müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Ona görə də bizbir daha həmin məsələləri diqqət mərkəzindəsaxlayacaq, tıxacların aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər həyata keçirəcəyik.

Metronun «Koroğlu»stansiyasının yaxınlığındakı dayanacağın ləğv edilməsi ilə bağlı Bakı Şəhər DövlətYol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov da öz münasibətinibildirib. Vaqif Əsədov qeyd edib ki, nəinki «Koroğlu» stansiyasının yaxınlığında,eləcə də digər lazımsız yerlərdə dayanacaqların olması istər-istəməz əvvəl-axırtıxacların yaranmasına gətirib çıxarır. Bu tıxaclar isə istər-istəməz müəyyən problemlərindavam etməsinə şərait yaradıb. Ümumiyyətlə, mən məsləhət görərdim ki, insanlar bayramgünlərində şəxsi avtomobillərindən az istifadə etsinlər. Çünki onsuz da Bakı şəhərindəçoxlu sayda ictimai nəqliyyat fəaliyyət göstərir. Və bəzən gə görürsən ki, yeri gəldi-gəlmədi səhərvə axşam saatlarında xüsusən gənclər şəxsi avtomobillərdən istifadə edirlər. Mənasızyerə həmin avtomobillərin sükanı arxasında əyləşmək bayaq dedyimiz kimi, sıxlığınvə tıxacların yaranmasına gətirib çıxarır. Ümumiyyətlə, birmənalı olaraq deyə bilərəmki, fərdi avtomobil sahibləri bir qədər diqqətli olmalı, hərəkətin sıx olduğu vaxtlardasükan arxasında əyləşməməlidilər. O başqaməsələdi ki, kimsə harasa gedir, tələsir, ya da vacib işi var.

Göründüyü kimi, Bakışəhərində tıxacların aradan qaldırılması üçün həm Nəqliyyat Agentliyi, həm də yolpolisi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu tədbirlər öncə hərəkətiştirakçılarının mənzilbaşına daha təhlükəsiz və rahat çatmasına xidmət edir. Onagörə də bu tədbirlərə əlaqədar qurumlar, elə sürücülər özləri də lazımi köməklikgöstərməlidir. Bax, belə olarsa, az da olsa şəhərdə yaranmış tıxacların qarşısınıalmış olarıq.