adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Sentyabr 2019 14:29
12062
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: TƏLƏSİRƏM, ONA GÖRƏ DƏ YERÜSTÜ KEÇİDDƏN KEÇMİRƏM

Bu günrespublikanın avtomobil yollarında hərəkətin təhlükəsizliyi çox böyük əhəmiyyətkəsb edir. Çünki heç kəsə sirr deyil ki, hər gün avtomobil yollarında ağır qəzalarbaş verir və bu hadisələr zamanı ölənlər vəxəsarət alanlar olur. Təbii ki, bu cür faciəli qəzaların baş verməsihamını narahat edir. İlk növbədə bu məsələlər hərəkətin təhlükəsizliyini təminetməli olan yol polisini və eləcə də hərəkət iştirakçılarını düşündürür. Ənazından ona görə ki, yol polisi bu mövcud təhlükələri aradan qaldırmaq üçün 24saat öz vəzifə borcunu yerinə yetirir.

Göründüyükimi, təkcə yol polisinin həyata keçirdiyi qabaqlayıcı tədbirlərlə baş verə biləcəkqəzaların qarşısını almaq elə də asan məsələ deyil. Bu problemlərin həllindəsürücülər və piyadalar da öz məsuliyyətlərini başa düşməli, anlamalı və çıxışyolları tapmalıdır. Birmənalı olaraq deyə bilərik ki, yol polisi təhlükəsizliktədbirləri ilə əlaqədar bütün zəruri addımları atır. Amma sadəcə olaraq, hərəkətiştirakçıları da öz üzərlərinə düşən vəzifələri dərindən götür-qoy etməli vəçıxış yolları axtarmalıdılar.


Baş DövlətYol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımı da Bakı-Qubaavtomobil yolunda hərəkətin təhlükəsizliyi üçün qabaqlayıcı tədbirləri vaxtındahəyata keçirir. Belə ki, tağım əməkdaşları bir qayda olaraq kobud qaydapozuntualrına qarşı mübarizəni diqqət mərkəzində saxlayır, reyd və yoxlamalardaqəza şəraiti yaradanlara, sərxoş sürücülərə, sürət həddini aşanlara və eləcə dədigər qayda pozuntularına yol verənlərə birmənalı olaraq daha çox məsuliyyətləyanaşırlar. Yənu bu cür qaydaları pozan sürücülər barəsində inzibati protokol tərtibedilir və onlar cərimə olunurlar. Gəlin onunla razılaşaq ki, bu gün bizim məmləkətimizdəsürücü mədəniyyəti bir o qədər də yüksək səviyyədə deyil.

Təkcəbir faktı xatırlatmaq kifayətdir ki, respublikanın avtomobil yollarında hardaradarlar varsa və yol polisi gözə dəyirsə, orda bütün sürücülər sürət həddinə əməledirlər. Elə ki, radar olmadı, yol polisi də yolda gözə dəymədi, bax, onda birçox sürücülər avtomobilləri hətta təyyarə sürətilə idarə edirlər. Yüksək sürətisə birmənalı olaraq həmin sürücünü ölümə aparır. Və qəzaların da böyük əksəriyyətiavtomobillərin yüksək sürətlə idarə olunması nəticəsində baş verir. Bunu kimbilməsə də, hər gün sükan arxasında əyləşmiş sürücülər yaxşı anlamalıdılar.


Bakı-Qubaavtomobil yolunda sürət həddini aşan və eləcə də digər qayda pozuntularına yolverən kifayət qədər sürücülər var. Bununla yanaşı, bir çox halda yol polisinin"saxla!” əmrinə tabe olmayan sürücülər də az deyil. Məhz buna görə də 1-citağımın əməkdaşları bu cür ərköyün, özündənrazı sürücülərə qarşı həmişə sərtmövqe tuturlar. Hətta bir çox sürücülər yolun müəyyən istiqamətlərində təmiraparılmasına belə diqqət yetirmirlər. Düzdür, yolu təmir edən əlaqədar qurum dagərək həmin işləri həftələrlə, aylarla ləngitməsin, qısa zaman kəsiyində o təmirişlərini başa çatdırsın.

Təəssüfki, Bakı-Quba avtomobil yolunun müəyyənistiqamətlərində yollar təmir edilərkən ləngidilir və bu zaman da bir çoxsürücülər həmin maneələrə rast gələndə qəzalar qaçılmaz olur. Avtomobil yolununbir neçə hissəsində bu təmir işlərinin ləngidiləməsiqəzalara şərait yaradır. Həmin şəraiti aradan qaldırmaq üçün 1-ci tağımın oyerlərdə naryadları fəaliyyət göstərir. Amma buna baxmayaraq, yol təmirsizolduğu üçün yenə qəza şəraiti qalmaqdadı.


Qəza şəraititörədən digər səbəblərdən biri isə Sumqayıt şəhərini keçəndən sonra yollarıngecə saatlarında işıqlandırılmamasıdır.Yollar işıqlandırılmadığına görə, qəzalar üçün günün qaranlıq saatında münbit şəraityaradır və piyadalar o yolu keçərkən təhlükə ilə üzləşir. Və bəzən də yolunişıqlandırılmamasının və piyadanın şəraiti nəzərə almaması üzündən onun vurulması baş verir. Başqa bir səbəb isə piyadaların yolun təyin olunmamış yerindənkeçməsi ilə bağlıdır. Çünki bir çox piyadalar Xırdalan, Ceyranbatan yaşayış sahələrindənkeçərkən yerüstü keçidlərdən istifadə etmir, nəqliyyat vasitələrinin intensiv hərəkətetdiyi avtomobil yolundan istifadə edirlər. Bu isə birmənalı olaraq piyadanın həyatınıtəhlükə qarşısında qoyur. Çox təəssüf ki, piyadalar yerüstü və təyin olunmuşyerlərdən az istifadə edirlər.

Piyadalarlabağlı 1-ci tağımın əməkdaşları dəfələrlə reydlər keçirir. O reydlərdə biz dəiştirak eləmişik. Reydlər zamanı çoxlu sayda piyada yolun təyin olunmamışyerindən keçib və yerüstü keçidlərdən istifadə etməyiblər. Həmin piyadaların əksəriyyətiyol polisi tərəfindən saxlanılır, onlara xəbərdarlıq edilib və maarifləndirilib.

Reydlərinbirində tağım komandiri, polis mayoru Ürfət Şükürov da iştirak edirdi. ÜrfətŞükürov yerüstü keçiddən istifadə etməyən piyadanı saxladı. Soruşdu ki, niyəyerüstü keçiddən istifadə etmirsən? Piyadanın isə cavabı çox qəribə oldu: "Tələsirəm,ona görə də yerüstü keçiddən keçmirəm”. Təbii ki, tağım komandirinin göstərişiilə yol hərəkəti qaydasını pozan piyada barəsində inzibati protokol tərtibedildi və o, 20 manat məbləğində cərimə olundu.


Keçirilənreyddə 1-ci tağımın əməkdaşlarından Əli Rzayev, Anar Hümmətov, İslam Cəfərov,Vaqif Hüseynov yol hərəkəti qaydasını pozan sürücülər barəsində inzibatiprotokol tərtib etdilər. Eyni zamanda bir neçə sürücü ilə maarifləndirici söhbətləroldu. Təbii ki, həm inzibati, həm də maarifləndirici söhbətlər mövcud təhlükəninaradan qaldırılmasında əvəzsiz rol oynayır.

Birincitağımın komandiri, polis mayoru Ürfət Şükürov görülmüş tədbirlərlə bağlıbildirdi ki, payız və qış mövsümünün gəlişi ilə əlaqədar olaraq daha zəruri tədbirlərplanı həyata keçirəcəyik. Çünki hər iki mövsümdə hava şəraiti mürəkkəb olur,yağış və qar yağır. Bu cür hava şəraitində də nəqliyyat vasitələrini idarə etməkbir qədər də çətinləşir. Ona görə də əməkdaşlarımız hər iki stasionar postdasürücülərlə fərdi söhbətlər edir, yağışlı, qarlı havada onlara sürət həddinə əməletməyi və ara məsafəsi saxlamağı xatırladır. Təbii ki, qaydalara əməl etməkmövcud təhlükəni istənilən hava şəraitində aradan qaldırmağa imkan verir.

Keçirilənreydlər və yoxlamalar onu görstərir ki, Yol Patrul Xidməti Alayının 1-citağımının əməkdaşları hərəkətin təhlükəsizliyi üçün bütün qabaqlayıcı təcrübədənvə metoddan istifadə edir, sürücülərin, hərəkət iştirakçılarının mənzil başınasağ-salamat çatması üçün qüvvə və bacarığını əsirgəmirlər.

Reyddə iştirak edirdilər: Ürfət ŞÜKÜROV – Yol Patrul Xidməti Alayının1-ci tağımının komandiri, polis mayoru; Rasim ƏLİYEV – 1-ci tağımın başinspektoru, polis baş leytenantı; Anar HÜMMƏTOV – 1-ci tağımın inspektoru,polis baş serjantı; Adil İSMAYILOV – 1-ci tağımın inspektoru, polis başserjantı; Emin ƏSƏDOV- 1-ci tağımın inspektoru, polis baş serjantı; İslamCƏFƏROV – 1-ci tağımın inspektoru, polis baş serjantı; Faiq QİSMƏTOĞLU – «Ədalət»inəməkdaşı