adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 Iyul 2018 14:51
9449
MƏMLƏKƏT

FAİQ QİSMƏTOĞLU: TƏBİƏTƏ QƏNİM KƏSİLƏNLƏR

Heç sizin xəbərinizvarmı ki, hər il neçə hektarlarla meşə sahələriinsanların səhlənkarlığı üzündən yanıb külədönür? Və heç sizin xəbəriniz varmı ki, hər il atmosferə nə qədər zəhərli qazlar atılır? Mütəxəssislər aydınlaşdırıb ki, hər il ölkəmizdə kimlərinsə səhlənkarlığı üzündən on hektarlarla meşə sahəsiyanaraq sıradan çıxır. Eyni zamandaatmosferə müxtəlif istehsalatsahələrindən və nəqliyyat vasitələrindən min tonlarlazəhərli qazlar tullanır. Bütün bunlar isə təbiətə qənim kəsilməklə yanaşı, insanların öz ömürlərinibaltalamaq deməkdi.

Ölkəmizdə hər ilEkologiya və Təbii Sərvətlər Nazirliyi ilə DİN-inBaş Dövlət Yol Polisi İdarəsi birgə«Təmiz hava» aylığı keçirir. Məhz bu il də avqustun1-dən 31-dək bu aylıq yenidən keçiriləcəkdir.Təbii ki, öncədən hər iki nazirliyin təbiətinqorunması ilə bağlı çox böyük tədbirlər planıvardır. Və bu tədbirlər planı bu ikiqurumun əməkdaşları tərəfindən ölkə ərazisindəgerçəkləşdiriləcəkdir. İlk növbədə meşələrin,ağacların kəsilib məhv edilməsinin qarşısı alınmaqla yanaşı, bir çox ağac materiallarındankömür kimi istifadə edilərək qanunsuz yolla satışaçıxarılmasını da əngəlləyəcəklər.Bu məqsədlə hər iki nazirlik avqust ayındanöncə respublikanın müxtəlif müəssisə, təşkilatlarında, istehsalat sahələrindəmaarifləndirici söhbətlər aparıblar. Bu da o məqsədlə həyata keçirilib ki, mövcud problemlər barəsində həm fiziki, həm hüquqi, həm də vəzifəlişəxslərin ətraflı məlumatıolsun.

Artıq avqustun1-dən isə təbiətə qəsd edənləri, atmosferiçirkləndirənləri yüksək məbləğdə cərimələrgözləyir. Hüquqi və vəzifəli şəxslər daha yüksəkməbləğdə qanunu pozduqlarına görəcərimə edilə bilərlər.

Təbiətin məhv edilməsindəatmosferin çirkləndirilməsi də çox böyük problemlərdin biridir. Çünki heç kimə sirr deyil ki, atmosferə hər gün müxtəlifistehsalat sahələri və nəqliyyatvasitələri tərəfindən on tonlarlazəhərli qazlar atılır. Bu mübarizədə BaşDövlət Yol Polisi İdarəsininüzərinə böyük məsuliyyət hissi düşür. Tərtib edilmiş plana əsasənidarənin əməkdaşları məlum nazirlikləbirgə respublikanın ərazilərində reyd və yoxlamalarda olacaq, atmosferi çirkləndirəcək hüquqi və vəzifəli şəxsləri məsuliyyətəcəlb edəcəklər.

Baş Dövlət Yol Polisiİdarəsinin avtotexniki müfəttişlikşöbəsinin rəisi, polis polkovnikiİlham Rəcəbov bildirir ki, şöbəninəməkdaşları avqust ayının əvvəllərindən müxtəlif nəqliyyatvasitələrinin atmosferi çirkləndirməsi ilə bağlı rayonlaraezam olunacaqlar. Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə atmosferə normadan artıq zəhərli qazlar atan nəqliyyat vasitələrini aşkar edəcək və onlar barəsindəqanunamüvafiq tədbirlər görəcəyik. Əvvəlkireydlərimizdə də biz sürücülərə bildirmişdik ki, nasaz avtomobillərlə mənzil başınagetməsinlər. Xüsusən də mühərrik sistemindətexniki qüsurlar olan nəqliyyat vasitələrinin sürücülərimövcud problemi aradan qaldırmalıdırlar ki, onlar saxlanılarkən cərimə edilməsinlər.

Həmin məsələlərləəlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin ekoloji bölüyün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov bizimlə söhbətində bildirdi ki, hər il avqustun 1-dən31-dək keçirilən «Təmiz hava» aylığında əməkdaşlarımız atmosferə normadan artıq zəhərli qaz atan yüzlərlə avtomobil aşkarlayır. Özü də bu avtomobillərin arasında Sovet və Rusiyaistehsalı olan «VAZ» markalı avtomobillərdaha çox üstünlük təşkil edir. Çünki onların əksəriyyəti 70-80-ci illərin nəqliyyat vasitələridir.Bu cür nəqliyyat vasitələri nə qədərtəmir olunsa da yenə istismar olunarkəntexniki qüsurları üzə çıxır və atmosferə normadan artıq zəhərli qazlar tullayır. Düzdür, xarici avtomobillərdə də buproblem vardır. Ancaq onlardakı texniki qüsurlar Rusiya istehsalı ilə müqayisədəçox azdır. Ekoloji bölüyün stasionar postunda elə bir gün olmaz ki, atmosferə normadanartıq zəhərli qazlar atan avtomobillər aşkar edilməsin. Özü də bunlar bayaq dediyimkimi, Rusiya istehsalıdı. Təbii ki, biz avqust ayının 1-dən avtomobildə texniki nasazlıq yaranan sürücülərə qarşı mübarizəni gücləndirəcəyik. Ona görə də bir daha sürücülərəxəbərdarlıq edərək bildiririk ki, texniki cəhətdən nasaz avtomobillə respublika əhəmiyyətli yollarda hərəkət etməsinlər.Çünki belə avtomobillərdən atmosferə normadan artıq zəhərli qazlar atılır.

Göründüyü kimi, həmEkologiya və Təbii Sərvətlər Nazirliyi, həm də DİN-in Baş Dövlət Yol Polisi İdarəsiartıq bu gündən «Təmiz hava» aylığı ilə alaqədar reydlərə start verir. Əgər cərimə olunmaq istəmirsizsə,onda qısa zamanda çalışıb avtomobilinizdəkitexniki qusurları aradan qaldırın. Əks təqdirdə isə sizi bayaq dediyimiz kimi, 50 manat məbləğində cərimə gözləyir. 50 manatınızdanbezmisinizsə, onda özünüz bilərsiniz.