adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Fevral 2019 14:33
5730
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: SÜRÜCÜLƏR DİQQƏTLİ OLANDA...

Dünyanınəksər ölkələrində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi üçün çoxböyük qabaqlayıcı tədbirlər görülür. Çünki hər il dünyada baş vermiş avtomobilqəzaları nəticəsində milyonlarla insan həlak olur. Bu faktın özü onu deməyə əsasverir ki, türklərin diliylə demiş olsaq, "trafik canavar” insanları məhv etməkdədi.Amma gəlin onunla razılaşaq ki, elə bir çox halda sürücülər özləri səhlənkarlıqlarındano "trafik canavarın” qurbanına çevrilir.

Ona görədə birmənalı olaraq dünyanın bütün ölkələrində yol-nəqliyyat hadisələrininazalması üçün beynəlxalq təcrübədən, müasir texnika və texnologiyadan istifadəedilir. Heç bizim ölkə də yol hərəkəti təhlükəsizliyinin təmin edilməsibaxımından inkişaf etmiş dövlətlərdən geri qalmır. Artıq neçə illərdir hərəkətintəhlükəsizliyinin təmin edilməsi məqsədilə respublikanın avtomobil yollarında vəBakı şəhərində radarlar, kameralar quraşdırılıb. Bu texniki avadanlıqlarınquraşdırılması nəticəsində istər respublika əhəmiyyətli yollarda, istərsə dəpaytaxtımızda yol-nəqliyyat hadisələrinin sayı azalıb, ölüm və xəsarətalmahalları aşağı enib.


Bu təhlükəsizliktədbirləri ilə yanaşı, yol hərəkətinin yüksək səviyyədə qorunması və hərəkətiştirakçılarının ölümünün qarşısınin alınması üçün 2019-2023-cü illər müddətindəDövlər Proqramə qəbul edilib. Həmin Dövlət Proqramına əsasən çox böyük tədbirlərnəzərdə tutulub. Yəni yol-nəqliyyat hadisələrinin aşağı enməsi və ölümlə nəticələnəcəkqəzaların minimum səviyyəyə endirilməsi üçün daha ciddi addımlar atılacaq.

Belə ki,respublikanın avtomobil yollarında yük və fərdi maşınların sürücülərinin dincəlməsiüçün əlverişli şərait yaradılacaq, hətta magistral yolun müxtəlif istiqamətlərindətibb məntəqələri fəaliyyət göstərəcək. Hər hansı yol-nəqliyyat hadisəsi baş verərkəntəcili tibbi yardım maşının stansiyadan gəlib hadisə yerinə çatması üçün nə qədərvaxt keçir. Və bəzən görürsən ki, təcili tibbi yardım maşınının lazımi yerə gecçatması nəticəsində yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış sürücünün,yaxud da sərnişinin həyatını xilas etmək mümkün olmur. Məhz Dövlət Proqramındabu məsələlər diqqət mərkəzində saxlanılır, qabaqlayıcı tədbirlərin gerçəkləşdirilməsinəzərdə tutulur.


YolPatrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları da Dövlər Proqramından irəligələn və üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirirlər. Belə ki,tağım əməkdaşları sutkanın 24 saatı ərzində davamlı olaraq təhlükəsizlik tədbirlərinivaxtında icra edir və baş verə biləcək qəzalarınqarşısını almaq üçün qabaqlayıcı addımlara xüsusi önəm verirlər. Bunu üçünonlar hərəkətin təhlükəsizliyini təmin etməklə yanaşı və o cümlədən kobud qaydapozuntularına qarşı mübarizə aparmaqla bərabər,sürücülərin və hərəkət iştirakçılarının maarifləndirilməsini də unutmurlar.

Xüsusəndə tikinti materialları – qum, çınqıl, mişar daşı və digər avadanlıqları aparansürücülərlə bu cür maarifləndirici söhbətlərdaha tez-tez aparılır. 6-cı tağımın baş inspektoru, polis leytenantı Araz Həşimovbu mənada yük aparan sürücülərlə fərdi söhbətlər edir, onlara öz məsləhətləriniverir, qum, çınqıl, mişar daşı daşıyarkən həmin materialların üstünü örtmələriniməsləhət bilir. Biz reyddə olarkən bir neçə mişar daşı aparan "Kamaz” markalısürücüylə polis leytenantı Araz Həşimovun səmini söhbətlərinin şahidi olduq.Hiss etdik ki, polis leytenantının bu səviyyədə isti və səmimi söhbəti həminsürücülərin ürəyincə idi. "Kamaz” markalı sürücülərdən biri onun məsləhətinidinlədikdən sonra dedi ki, biz həmişə yol polisinin məsləhətlərinə əməletmişik. Polis leytenantı Araz Həşimovun bizimlə belə yüksək mədəni davranmasıbizimlə polis arasında olan səmimi münasibətin nəticəsidir və biz də düşünürükki, yol polisi nə məsləhət veririsə, bizim xeyrimizədir. Ona görə də onlarıntövsiyyələrinə həmişə can-başla əməl eləyirik.

Polisleytenantı Araz Həşimov neçə ildir ki, bu tağımda çalışır. Öz mədəni səviyyəsi,peşəkarlığı və insani münasibətlərilə hərəkət iştirakçılarının hörmətiniqazanıb. O, xəstələnib dəfələrlə ağır vəziyyətdə olan hərəkət iştirakçılarınakömək əlini uzadıb, onları çətin vəziyyətdən xilas edib. Bax, bu cür insanikeyfiyyətlər polisi bu xalqın gözündə həmişə ucaldıb. Bəzən sözün açığı,yarıyolda qalan və maşını nasaz vəziyyətdə olan sürücüyə hər yol polisi köməkgöstərmir. Ancaq Araz Həşimov xidməti vəzifəsinin ilk günündən bu günə qədər özişinə və peşəsinə məsuliyyətlə yanaşıb. Çünki o, ziyalı bir ailədə böyüyüb və rəhmətlikatası da uzun müddət yol polisində komandir olub. Təbii ki, belə bir mühitdəböyümüş zabit həm dövlətinə sədaqətli olacaq, həm də polisin şərəfini uca tutacaqdır.

Hər birsürücü sükan arxasında əyləşərkən düşünməlidir ki, o, özü ilə bərabəravtomobilin salonunda başqa insanlar da aparır. Ona görə də nəqliyyat vasitəsiniidarə edərkən son dərəcə diqqətli olmalı, magistral yollarda ara məsafəsisaxlamalı, metereoloji şəraiti nəzərə almalı və sürət həddinə əməl etməlidir.

Təəssüfləqeyd etməliyik ki, bir çox sürücülər bu deyilənləri unudur və tez-tez yol hərəkətiqaydasını pozurlar. Yol hərəkəti qaydasının pozulması isə sürücülərə yaxşı heçbir şey vəd eləmir. Yəni qanunu pozursansa, qaydalara əməl eləmirsənsə, nəvaxtsa onun qurbanına çevrilə bilərsən. Bax, bu məsələləri hər an, hər dəqiqəsürücülər unutmamalıdılar. Unutmaq isə uçuruma yuvarlanmaq deməkdir.