adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Iyul 2019 13:21
9686
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: SÜKAN ARXASINDA YUXULAYANLAR VAR

Eləsürücülər var ki, çox vaxt hava şəraitinin isti keçməsini və çətin olmasının nəzərəalmaq istəmirlər. Çox təəssüf ki, isti yay günlərində kondisionersiz avtobus vəmikroavtobuslardan istifadə edərək sərnişin daşıyan sürücülər az deyil. Təbiiki, bu da bir çox halda yaxşı nəticələnmir. Yəni kondisionersiz istənilən nəqliyyatvasitəsində sürücü uzaq məsafəni qət edərkən isti havada yorulur və bir anlıqda olsa onu sükan arxasında yuxu aparır.

Aydındırki, sükan arxasında yuxulayan sürücünü hər an qəza şəraiti gözləyir. Nəticədəyatan sürücü idarəetməni itirir və ağır qəza baş verir. Xüsusən də avtobus vəmikroavtobus sürücüləri sükan arxasında yuxulayarkən baş verən qəzalar dahaağır olur.

Bütün busadaladığımız mövcud nöqsanları aradan qaldırmaq üçün Baş Dövlət Yol Polisiİdarəsi Yol Patrul Xidməti Alayı yaz və ya mövsümünün ilk günlərindənqabaqlayıcı tədbirlər həyata keçirir. Heç kəsə sirr deyil ki, məhz bu tədbirlərhesabına sürücülər stasionar postlarda saxlanılaraq xəbərdar olunur.

Artıqiyun ayının ilk günlərindən Yol Patrul Xidməti Alayının bütün tağımlarındasürücülərin maarifləndirilməsinə start verilib. Bu cür tədbirlər Yol PatrulXidməti Alayının 10-cu tağımında da vaxtaşırı olaraq gerçəkləşdirilir. Tağım əməkdaşlarıiyun ayının ilk günlərindən isti hava şəraiti ilə əlaqədar olaraq sürücülərarasında maarifləndirmə işləri aparır. Belə ki, isri günlərdə tağımın xidmətapardığı Bakı-Ələt-Astara-İran sərhəd yolunda sərnişindaşıyan avtobus vəmikroavtobus sürücüləri ilə fərdi söhbətlər aparılır. Çoxlu sayda sürücülərin nəzərinəçatdırılır ki, isti havalarda kondisionersiz avtobus və mikroavtobuslarla sərnişindaşıyarkən diqqətli olsunlar, onlar nəqliyyat vasitəsini stasionar postdasaxlasınlar, orda yaradılmış bulaqda əl-üzlərini yusunlar və dinclərini alıbyenidən sükan arxasında əyləşsinlər. Əlbəttə, bu cür fərdi söhbətlər və izahatişləri hər bir sürücünün maariflənməsində çox önəmli əhəmiyyət kəsb edir.


Tağım əməkdaşları192,9 km məsafədə xidmət aparırlar. Sutkanın 24 saatı ərzində yol polisi əməkdaşlarıona çalışırlar ki, isti havalarda sürücülər və sərnişinlər mənzilbaşınasağ-salamat çatsınlar. Demək olar ki, hər gün havanın isti anlarında tağım əməkdaşlarıəksər sürücülərlə səmimi söhbətlər edir, onlara diqqətli olmaq tövsiyyə olunur.Təbii ki, sürücülər də bu cür söhbətlərdən birmənalı olaraq nəticə çıxarırlar.Stasionar postda 99 BD 636 nömrəli yük maşını saxlanılır. Polis baş serjantıCabir Quliyev sürücüyə isti havada diqqətli olmağı tövsiyə edir. Sürücü dəmaşından düşüb bulaqda əl-üzünü yuyur. Polis serjantı Cavid Musayev sərnişindaşıyan 99 RV 601 nömrəli mikroavtobusun sürücüsü ilə söhbət edir. O da hava şəraitininisti olmasını diqqət mərkəzinə çəkir. Sürücü və sərnişinlər mikroavtobusdandüşüb əl-üzlərini soyuq su ilə yuyurlar.

Digərbir mikroavtobus - 99 BN 267 nömrəli maşını polis baş serjantı Amid Qəhrəmanovsaxlatdırır. Sürücü bunu razılıqlı qarşılayır və görür ki, bir neçəmikroavtobus sürücüsü də postda yaradılmış bulaqda əl-üzünü yuyur. O da polisbaş serjantının tövsiyəsi ilə bulağa yaxınlaşır və soyuq su ilə yuyunur.Mikroavtobusdakı sərnişinlərlə bu mənzərəni görüb bulağa yaxınlaşırlar və böyükhəvəslə onun suyundan içib sərinləyirlər. Sonra isə sərnişinlərdən biri bu şəraitiyaratdığına görə, yol polisinə və onun rəhbərliyinə təşəkkür edir. Deyir ki,isti havalarda belə bir şəraitin yaradılması bizi böyük təhlükədən xilas edir.Çünki tez-tez eşidirik ki, bəs filan yerdə sürücü yuxuladı, avtobusu aşırdı.Allah bizi təhlükədən xilas eləsin!


Onuncutağımın əməkdaşları 2019-cu ilin 6 ayı ərzində 3396 yol hərəkəti qaydapozuntusu qeydə alıb. Onlardan 19-u sərxoş, 95-i ötmə əməliyyatının düzgünaparılmaması, 558 manevr qaydasının pozulması, 31-i hüquqsuz, 14-ü sərnişindaşımayaəməl edilməməsi, 10-u yol polisinə tabe olmamaq, 419-u yükdaşıma qaydasınınpozulmasıdı. Və bununla yanaşı, 2515 digər qayda pozuntularına yol verilib.Aydındır ki, intizama dəvət olunan və barələrində inzibati protokol tərtib edilənsürücülərin əksəriyyəti bundan nəticə çıxarıblar.


Onu daqeyd edək ki, 10-cu tağıma çox peşəkar, təcrübəli və öz işini yaxşı bilən polismayoru Qulu Quliyev rəhbərlik edir. Hər gün səhər saatlarında tağım əməkdaşlarıtəlimatlandırılır və onlara kobud qayda pozuntularına qarşı daha ciddi mübarizəaparmaq tapşırığı verilir. Məhz bu tapşırıq da sutkanın 24 saatı ərzində tağım əməkdaşlarıtərəfindən məsuliyyətlə yerinə yetirilir. Tağım komandiri Qulu Quliyev bizimləsöhbətində bildirdi ki, kollektivdə özişinin öhdəsindən bacarıqla gələn və iş əmsalı yüksək olan əməkdaşlardan polisbaş serjantları Cabir Quliyev, Amid Qəhrəmanov, polis serjantları CavidMusayev, Babək Zeynalov, polis kiçik serjantı Elmar Binyətov belələrinə nümunəsayılırlar.

Havalarget-gedə daha da istiləşir. Hələ iyul ayının əvvəlidir. Qarşıda iyulun vəavqustun qora bişirən ayı durur. Belə isti havalarda isə yol polisi sutkanın 24saatını gərgin iş rejimində çalışır. Stasionar postda xüsusən sərnişin daşıyanavtobus və mikroavtobus sürücülərinin heç biri diqqətdən kənarda qalmır, onlarsaxlanılaraq maarifləndirilir və tövsiyə olunur ki, bu cür şiddətli istilərdə hərbir sürücü daha diqqətli və daha məsuliyyətli olmalıdır ki, özü və sərnişinlərmənzilbaşına sağ-salamat çatsınlar. Deməli, yenə də çox şey sürücünün məsuliyyətindən və diqqətindən asılı olacaq!


Reyddəiştirak edirdilər: Qulu QULİYEV – Yol Patrul Xidməti Alayının 10-cu tağımınınkomandiri, polis mayoru; Cabir QULİYEV – YPX-nın 10-cu tağımının inspektoru,polis baş serjantı; Amid QƏHRƏMANOV – YPX-nın 10-cu tağımının inspektoru, polisbaş serjantı; Cavid MUSAYEV – YPX-nın 10-cu tağımının inspektoru, polisserjantı; Babək ZEYNALOV – YPX-nın 10-cu tağımının inspektoru, polis serjantı;Faiq QİSMƏTOĞLU – "Ədalət”in əməkdaşı