adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Aprel 2018 12:34
10797
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: SÜKAN ARXASINDA YATANDA…

Heç kimə sirr deyilki, bəziləri nəqliyyat vasitələrini idarə edərkən ya sükan arxasında yuxulayır,ya mürgüləyir, ya da yatır. Təbii ki, belə vəziyyətdə avtomobili idarə etmək heçdə çox vaxt yaxşılıqla başa çatmır. Başqa sözlə demiş olsaq, sükan arxasında yatansürücü həmin nəqliyyat vasitəsini ya aşırır, ya da avtomobil gedib başqa bir maşınaçırpılır.

Aydındır ki, bu cürhallarla mütəmadi olaraq Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayınınəməkdaşları mütəmadi olaraq mübarizə aparır. Hətta sürücülərin maariflənməsi üçünbir qayda olaraq qış və yaz mövsümündə stosionar postlarda sürücülər saxlanılır,onlara xəbərdarlıq edilir və bir daha tövsiyə olunur ki, hər hansı bir sükan arxasındaəyləşən şəxs yuxusu gəlirsə, avtomobilin hərəkətini dayandırsın, yaxınlıqdakı stasionarpostlarda əl-üzlərini soyuq su ilə yusun, bir qədər dincəlib bundan sonra sükanarxasında əyləşsinlər.

Təbii ki, bu cürqabaqlayıcı tədbirlərin gerçəkləşdirilməsi istər-istəməz mövcud nöqsanların aradanqaldırılmasına böyük köməklik göstərir. Ancaq gərək hər bir sürücü də sükan arxasındaəyləşərkən yuxuladığını, yorğunluğunu hiss edən kimi avtomobilini saxlasın və dincini alıb bundan sonrahərəkətinə davam eləsin. Təəssüflə qeyd eləməliyik ki, elə sürücülər var istirahətetmədən sutkanın 16 saatını sükan arxasında əyləşirlər. Bax, belə halarda həminsürücünü bir anlıq da olsa yuxu tutur və baş verə biləcək qəzadan canını qurtarabilmir.


O da hamıya yaxşıbəllidir ki, yol polisi əməkdaşları xidmət apararkən bu cür halların aradan qaldırılmasıüçün lazımi tədbirlər həyata keçirir. Bu mənada Yol Patrul Xidməti Alayının 6-cıtağımının əməkdaşları da yaz mövsümü ilə əlaqədar olaraq hərəkət iştirakçılarına qarşı daha diqqətlidilər.Yəni Bakı-Qazax avtomobil yolunun Ələtə qədər olan istiqamətində yol hərəkəti qaydalarınıtənzimləyərkən bu cür mövcud problemə qarşı qabaqlayıcı tədbirlər gerçəkləşdirirlər.Elə bir gün, elə bir saat olmaz ki, xidmət aparan yol polisi əməkdaşları sürücülərinsükan arxasında yuxulamasının qarşısının alınması üçün hansısa addımı atmasınlar.Ən çox da stasionar postda bu cür maarifləndirici tədbirlər həyata keçirilir.

Bir neçə gün bundanəvvəl bir çox saytlarda Qaradağ postunda «Kamaz»la bir «Jiquli»nin toqquşması barəsində xəbər yayılıb. Həmin xəbərdə bildirilir ki, «Kamaz»markalı yük avtomobili ilə «VAZ-2107» markalı avtomobil toqquşub. Qəza nəticəsində1984-cü il təvəllüdlü Mənsur Aydın oğlu Qasımov dünyasını dəyişib. Hadisə yerinədərhal YPX-nin və FHN-nin əməkdaşları cəlb olunub. Ölən şəxsin meyiti Xüsusi RiskliXilasetmə Xidməti tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılıb. Xəbərinbu hissəsi həqiqətə uyğundur.

Həqiqətə uyğun olmayanməqamla bağlı 6-cı tağımın naryad rəhbəri, polis kapitanı Namiq Əzizov bizə beləməlumat verdi: «Düzdür, həmin yol nəqliyyat hadisəsi baş verib. Və «Jiquli»ylə«Kamaz» markalı maşın toqquşub. Ancaq həmin hadisə postda deyil, postdan 3 km uzaqdabaş verib. Belə ki, yolun ehtiyat hissəsində «Kamaz» markalı maşın dayanıbmış. Buvaxt «VAZ-2107» markalı avtomobili idarə edən Mənsur Qasımov yuxulu olduğu üçünidarəetməni itirib, nəqliyyat vasitəsi gedib «Kamaz»la toqquşub. Hadisə yerinə öncəyol polisi əməkdaşları çatıblar. Bundan sonra digər əlaqədar qurum da hadisə yerinədəvət olunub. Yəni yol polisi bütün lazımi tədbirləri operativ olaraq yerinə yetirib.Və həmin hadisədə heç bir yol polisi qınanmalı deyil. Ən azından ona görə ki, biziməməkdaşlar xidməti vəzifələrini məsuliyyətlə yerinə yetirirlər. Əgər «VAZ-2107»markalı avtomobilin sürücü sükan arxasında yatmasaydı, faciləi hadisə də baş verməzdi.

Göründüyü kimi, YolPatrul Xidməti Alayının 6-cı tağımiının əməkdaşları sutkanın 24 saatını var qüvvələriyləişləyirlər. Təbii ki, hər hansı bir hadisə, qəza baş verirsə, bunun da səbəbləriaraşdırmalı və kimlər məsuliyyət daşıyırsa, onlar da cavab verməlidilər.

Onu da qeyd edəkki, 6-cı tağımın əməkdaşları yaz mövsümüylə əlaqədar olaraq şənbə-bazar günlərireydlərdə yaxından iştirak edir. Yol hərəkəti qaydasını pozan sürücülər intizama dəvət olunur. Belə ki, yolpolisi əməkdaşlarından Əşrəf Orucov, Vaqif İsmayılov, Elmir Məmmədov, Abbas Abdullayev,Anar İbrahimov, Əhliman Məmmədov keçirilən reydlərdə tapşırılan işin öhdəsindənbacarıqla gəlməyə çalışırlar.

Havalar get-gedəbir qədər də isinəcək. Bir neçə aydan sonra isə yay gələcək. Bax, onda sükan arxasındaəyləşmiş sürücülər bir şeyi yaddan çıxarmamalıdılar: yuxuları gələn kimi nəqliyyatvasitəsinin idarə edilməsini dayandırmalı, bir müddət istirahəi etməli, əl-üzlərinisoyuq suyla yumalı, bundan sonra avtomobillərin sükanı arxasında əyləşməlidilər.

Hər halda, bir çoxqəzalar sürücülərin səhlankarlığından vədiqqətsizliyin baş verir. Deməli, hər bir sürücü bayaq dediyimiz kimi, yuxulamamaqüçün məsuliyyətli olmalı, özünün və avtomobildəki sərnişinin taleyi haqqında ciddifikirləşməlidir.