adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Fevral 2019 14:04
8901
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: SOĞANIN QİYMƏTİ KƏLLƏ-ÇARXA ÇIXIB

Ötən ilin payızında soğanın bir kiloqramının qiyməti Ağdamda, Bərdədə,Beyləqanda 10-15 qəpik idi. Hətta tarlaya gedib alanda o daha ucuz çıxırdı. Yənikiloqramı 5-6 qəpik olurdu. Ötən ilinpayızında rayondan qayıdanda 35 kiloqramlıq bir kisə soğana 7 manat pulverdik. Və soğan satanlar da deyirdi ki, qardaş, malımız əlimizdə qalıb, alıcıtapa bilmirik. Belə getsə, soğanımızın hamısı çürüyəcək.

Min bir əziyyətlə fermerlərin, sahibkarların rayonlarda yetişdirdiklərisoğan qiymətdən düşmüşdü və sahibləri qalmışdılar çıxılmaz vəziyyətdə. Bir müddətkeçdi, hansısa monopolist qısa zaman kəsiyində kiloqramı 5-3 qəpik olan soğanınhamısını ələ keçirdi. Əvvəlcə onun kiloqramını 30 qəpiyə qaldırdılar, sonra 40qəpiyə oldu, bir az da keçəndən sonra 60 qəpiyə çatdırdılar.

Monopolistlər gördülər ki, balam, qaz vurub qazan doldururlar,kiloqramı 5-3 qəpiyə aldıqları soğanı 60 qəpiyə satırlar və camaat da bəh-bəhləalır, ağızlarında şirə yeri qaldı. Yəni bir addım da irəli gedib onu 80 qəpiyəçatdırdılar. İndi Bakının əksər bazarlarında və tərəvəz mağazalarında soğanınbir kiloqramının qiyməti 80 qəpik, bir manat arasındadı. Və qəribədir ki,soğanın qiymətinin kəllə-çarxa qalxması camaatın qanını qaraltsa da, onunalveri ilə məşğu olanların ovqatını yüksəldir.

Hansı bazara baş çəkirsənsə, orda qəribə mənzərə görürsən:topdansatış yerlərində soğan kisələri tayalara yığılıb. Yəni soğan tayasıyaranıb. Və bu soğan tayasını da yaradanlar yəqin yüksək vəzifəli məmurlarayaxşı tanışdır. Artıq Bakıda bazar vədükanlarda elə bir mühit yaranıb ki, soğan satışı ilə məşğul olan inhisarçınındiqtəsilə hər yerdə qiymətlər eynidir. Yəni hansı bazara getsən kiloqramı 80 qəpik,1 manatdan aşağı soğan ala bilməzsən. Ən yaxşı halda, onun kiloqramını 60-70 qəpiyətapa bilsən min şükür! Tapa bilməsən də deməli, hər şey vahid əldə birləşdiyinəgörə, baha qiymətə almalı olacaqsan.

Bu cür soğanı çox saxlamaq mümkün olmayacaq. Uzağı martın 10-dansonra havalar bir qədər istiləşəndətayalara yığılmış soğanlar cücərməyə başlayacaq. Bax, onda da yenəmonopolistlər məcbur olub onu aşağı qiymətə satacalar və təzə soğan çıxdığınagörə, cücərmiş, çürümüş soğanları alan olmayacaq.

Biz hər şeyin monopoliyasını görmüşdük: kartofun, almanın, pomidorun,xiyarın, kökün... Ancaq soğanın monopoliyasını görməmişdik. Axır ki, uzun əllərsoğanı da öz nəzarəti altına keçirdilər və baha qiymətə satmağa başladılar.Daha doğrusu, süni surətdə bahalıq yaratdılar. Süni bahalığın qarşısını isəistehlakçıların hüquqlarını müdafiə etməli olan İqtisadiyyat Nazirliyialmalıdır. Və İqtisadiyyat Nazirliyinində nə qədər əməkdaşları var. Onlar zəhmət çəkib bazarlara getsinlər vəgörsünlər ki, süni bahalaşma yaradanlar camaatın başında necə turp əkirlər.

Biz hər şeyin həllini cənab prezidentdən gözləyirik. Amma çox nahaqyerə! Prezidentin o qədər qayğısı var ki. Bəs onda bu nazirliklər nə üçündür?Bir dəfə yumurtanın qiymətini qaldırmışdılar. Cənab prezidentin tapşırığındansonra tez bir vaxtda da qiyməti aşağı saldılar. İndi də soğanın qiymətini məgərprezident aşağı salmalıdır? Bəs onda İqtisadiyyat Nazirliyi nə üçün fəaliyyətgöstərir? Tək soğan deyil, bir çox kənd təsərrüfatı məhsullarının, o cümlədən ərzaqmallarının da qiyməti bəzi hallarda süni surətdə artırılır.

Düzdür, bu barədə Azad İstehlakçılar Birliyi lazımi addımlar atır.Amma onların da səsini eşidən yoxdur.Deməli, dövlət qurumları özləri süni yaradılmış qiymət artımınınqarşısını almağa borcludular. Bizə elə gəlir ki, soğanın da qiymətini süni surətdəqaldırıblar. Ancaq süni artım varsa, bunun da qarşısını birmənalı olaraqİqtisadiyyat Nazirliyi almalıdır. Əks təqdirdə, bu sükütu görən işbazlar nənkisoğanın, eləcə də digər məhsulların qiymətini süni surətdə artırmaqda davam edəcəklər.