adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Aprel 2020 10:41
12091
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: SİRKƏ İKİ MANAT QIRX QƏPİYƏ

Bizimmillətin çox qəribə bir xasiyyəti var. Kimlərsə eşidir ki, bəs nəyinsə qiymətiqalxdı. O dəqiqə əlhəşirə düşüb başlayırlar yavaş-yavaş qiyməti qaldırmağa... Hərhansı həkim peşman olub televiziyaya çıxıb danışanda o dəqiqə aləm bir-birinə dəyir. Məsələn, həkim deyir ki, sarımsağın insanaçox xeyri var. Heç bir gün, bir saat keçmir ki, sarımsağın qiyməti 7manatdan yuxarı olur. Bir müddət keçəndən sonra sarımsağın qiyməti qalxır nə az, nə çox15 manata. Hansı ki, sarımsağın kiloqramını əvvəllər 1 manat, 1 manat 50 qəpiyəsatırdılar. Görünür, bizim bəzi iş adamları elə belə bir himə bənd imiş. Bir dəgörürsən biri danışır ki, balam,immuniteti gücləndirən bir neçə qida məhsulları var. Məsələn, zəncəfil. Zəncəfilimmuniteti çox gücləndirir. Budur, heçbir gün keçmir ki, kiloqramı 7 manata olan zəncəfili 45 manata satırlar. Camaatında mağazada vitrinə baxıb gözü kəlləsinə çıxır. Almaq istəyən ala bilmir və qayıdıbgedir. Bir müddət keçəndən sonra zəncəfilin qiyməti bir az aşağı düşür. Yənikiloqramı 24 manata satılır. Məsələn, Yeni Günəşlidə yerləşən "Ballı” marketinkənd təsərrüfatı mağazasında zəncəfilin bir kiloqramını 24 manatasatırdılar. Almaq istəyən də əlini cibinəsalanda hiss olunurdu ki, almağa imkanı yoxdu və bundan məyus olurdu. 24manatın varsa buyur al, yoxsa kor-peşiman geri qayıtmalısan. Həkimlər deyirlərki, filan meyvənin insana çox xeyri var. Məsələn, sitrus meyvələrinin tərkibindəs vitamini var. Bir müddət keçmir ki, görürsən ki, bəzi işbazlar yenə həmin məhsullarınqiymətini qaldırdılar. O günteleviziyada Seyfəddin həkim çıxışında bildirdi ki, balın, arı südünün və arı zəhərinininsana çox xeyri var, immuniteti gücləndirir. İnsan hər hansı infeksion xəstəliyəqarşı daha güclü olur. Həkim sonra gülərək bildirdi ki, qorxuram mən danışankimi arı südünün, arı zəhərinin, balın qiymətini qaldırsınlar. Belə olmaz axı,bu millətin, bu xalqın günahı nədir? Bir neçə işbaz adam qaz vurub, qazan dolduracaqdeyə, hər şeyin qiymətini qaldırmalıdılar?

Biztez-tez evimizin yanındakı "Oba” marketdən bazarlıq edirik. Məsələn, bir həftəbundan əvvəl həmin mağazada bir şüşə sirkəni 75 qəpiyə almışdıq. Heç 3 gün keçmədiki, o marketdən sirkə almaq istəyəndə qiymətə baxdıq və gözümüz kəlləmizəçıxdı. Məlum oldu ki, həmin sirkənin qiyməti iki dəfə bahalaşaraq 2 manat 40 qəpikolub. Gəl indi al görüm, necə alırsan? Deyəsən, bircə pomidor və xiyarın qiymətindəucuzlaşma var. Şükürlər olsun ki, hələonun qiyməti normaldır. Yəni əvvəlki illərin müvafiq dövrü ilə müqayisədəpomidor və xiyar ucuzdur. Bunu da onunla izah eləyirlər ki, Rusiya sərhəddibağlı olduğuna görə, bizim iş adamları yuxarıda adları qeyd olunan tərəvəzləriRusiyaya apara bilmirlər. Ona görə də bizim bazarlarda və marketlərdə pomidor vəxiyarın qiyməti ucuzdur. Görünür, Allahın bizə yazığı gəlir. Çünki bizim bəziişbaz adamlar əgər yol açıq olsaydı, bəlkə də pomidor və xiyarın kiloqramını 5-6 manata camaata satardı. Hərhalda, bu insanlar, bu camaat, bu millət bəşəriyyətin çox böyük təhlükəsi olankoronavirusla mücadilə edir. Belə bir məqamda, belə bir çətin anda insanların həyatıilə oynamaq, onları iqtisadi məsələlərlə sınağa çəkmək çox böyük günahdır. Onagörə də bu günahdan hamı uzaq düşməlidir. Ən azından ona görə ki, heç kim bilmir ki, onu qarşıda hansı əzablı vəçətin günlər gözləyir. Xalqın əzablı vəçətin günlərinə isə ona zülm etmək yox,insaflı olmaq, kömək etmək lazımdır. Bu cür adamları Allah da çox sevər.