adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Aprel 2019 12:53
13395
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: SINIQ-SALXAQ AVTOBUSLAR...

Hər birsərnişin məzilbaşına getmək istəyəndə rahat və texniki cəhətdən saz olanavtobusla yola düşmək istəyir. Çünki bu cür avtobuslar saz olduğu üçün daharahat idarə olunmaqla yanaşı, həm də təhlükəsizlik baxımından sərfəlidir. Ammagəlin görək əyalətləri demirik, Bakıda bütün marşrutlarda hərəkət edənavtobuslar texniki tələblərə və müasir standartlara cavab verirmi?

Təbiiki, bu suala birmənalı cavab vermək mümkün deyil. Heç kimə sirr deyil ki, son5-6 ildə nəqliyyat sektorunda müsbət irəliləyişlər və inkişaf da var. Elə bununnəticəsidir ki, paytaxtımızda barmaqla sayılası müasir və dünya standartlarınacavab verən avtobus marşrutları var. Xüsusən də "BakuBus”a məxsus avtobuslarıntexniki göstəricilərinə, rahatlığına və komfortlu şəraitinə söz ola bilməz. Üstəlikdə həmin marşrutlarda işləyən sürücülər daha təcrübəlidir, avtobusları peşəkarcasınavə təhlükəsiz idarə etməyi bacarırlar.

Ancaq bufikri biz heç də Bakıda fəaliyyət göstərən əksər marşrutlar haqqında səsləndirəbilmərik. Belə ki, paytaxtımızda müasir tələblərə cavab verməyən, texniki cəhətdənnasaz olan, ancaq buna baxmayaraq, istismara buraxılan çoxlu sayda avtobuslarvardı. Bərbad və sınıq-salxaq gündə olan bu avtobuslarla sərnişinlər heç də mənzilbaşınarahat gedib çata bilmirlər. Xüsusən də Bakının qəsəbələrinə və kəndlərinə gedənavtobuslar bir çox halda texniki cəhətdən saz deyillər. Və bəzən də buavtobuslar mənzilbaşına çatmamışdan yolunu yarısında xarab olub sıradan çıxır.

Bax,onda da sərnişinlər gileylənir, əsəbləşir və marşrut sahibinin ünvanına iradlarsəsləndirirlər. Heç sərnişinləri də qınamalı deyil. Qışın soyuğunda, yayınistisində yolun ortasında qalıb müsibətli anlar yaşamaq elə də asan deyil.Çünki onların arasında xəstə, qoca və uşaqlar var. Bu insanlar da təbii ki,hava şəraitinin mürəkkəbliyinə tab gətirmir və çətin anlar yaşayırlar.

Çoxuzağa getməyək, metronun "Neftçilər” stansiyasından Yeni Günəşli qəsəbəsinə işləyən50 nömrəli marşrutu yada salaq. Bu marşrutda xəttə buraxılan əksər avtobuslaristismar müddətini çoxdan başa vurub və texniki cəhətdən qüsurludur. Ammanoolsun, bax, bu günün özündə də yenə xəttə həmin köhnə avtobuslar buraxılır?!Bir arada Bakı Nəqliyyat Agentliyi sifətini "bozardandan” sonra kişilər guya yenilik elədilər. Bu yenilik dəondan ibarət oldu ki, ortatutumlu, lapyaman gündə olan sınıq-salxaq avtobusların əksəriyyəti iritutumlu avtobusla əvəzləndi.Guya bununla da hər şey düzəldi. Hansı ki, iritutumlu avtobusların da gününüağlamağa bir qoca arvad lazımdı ağı deyib ağlasın. Çünki bu iritutmluavtobuslar da köhnədir və tez-tez xarab olur.

Hələ dəbu marşrutda nasaz, ortatutumlu oturacaqları bərbad gündə olan və qapıları çoxçətinliklə açılıb- bağlanan avtobuslar var. Bax, o avtobuslar əksər vaxtı xəttəçıxandan bir neçə saat sonra xarab olur və yarı yolda qalır. Artıq bumarşrutdan istifadə edən sərnişinlər bu cür vəziyyətə çoxdan alışıblar.

OnlarYeni Günəşlinin başqa istiqamətinə işləyən64 nömrəli marşrutda hərəkət edən təzə avtobuslara elə qibtəylə baxırlar ki.Düşünürlər görəsən nə vaxt bizim də minib mənzilbaşına getdiyimiz 50 nömrəlimarşruta belə yeni avtobuslar buraxılacaq. Yazıq günəşlilər, bu gedişlə siz çoxçətin ki, təzə avtobuslara minə biləsiniz.

Sonvaxtlar Bakı Nəqliyyat Agentliyi yeni bir layihə həyata keçirir. Bu layihə dəondan ibarətdir ki, könüllülər avtobusdayanacaqlarına gedir, sərnişinlərlə söhbət edir, onların marşrutlarla bağlı rəyvə fikirlərini öyrənirlər. Əgər Bakı Nəqliyyat Agentliyinin sözçüsünün dediyinəinansaq, sərnişinlərin bu rəyi nəzərə alınacaq, hansı marşrutdan ki, narazılıqolunur, onlar əvvəlkindən alınaraq yeni daşıyıcı şirkətə veriləcək. Ta bilmirikbu belə olacaq, ya əksinə, amma bir onu bilirik ki, bizdə hər şey şəffaflıqla həllinitapmır. Yəni əl əli yuyur, əl də üzü!

Düz ikiildən çoxdur ki, biz 50 nömrəli marşrutda baş verən özbaşınalıqla bağlınöqsanları adiyyəti qurumun diqqətinə çatdırırıq. Və bu iki ildə bir dəfə görmədik ki, Bakı Nəqliyyat Agentliyi 50 nömrəlimarşrutun sahibiylə ciddi danışıqlar aparsın. Bir balaca nəsə deyiblər,sonradan yenə hər şey köhnə qaydada davam edib.

Görünür,çoxları hər hansı hadisəyə öz prizmasından baxır. Yəni daşıyıcı şirkət onunmaraqlarını tapdayanda, daha doğrusu, adiyyəti qurumun "bığının altından” keçməyəndəo dəqiqə aləm bir-birinə dəyir və marşrut sahibini tutub möhkəm-möhkəm silkələyirlər.O da bundan bir nəticə çıxarırsa, yuxarıların istədiyini həll edirsə,nöqsanlara baxmayaraq, yenə daşıyıcı şirkət öz işini davam elətdirir.

Sərnişinlərüçün hansı daşıyıcı şirkətin marşrutu işlətməsinin heç bir fərqi yoxdur – istəyirƏli olsun, istəyir Vəli. Sadəcə, camaatmənzil başına rahat və təhlükəsiz çatmaq istəyir. Eşitmişik ki, Bakıya yaxınvaxtlarda 300 yeni avtobus gətiriləcək. Qoy gətirsinlər. Amma heç olmasa oavtobusların beş-onunu 50 nömrəli marşruta versinlər. Əvvəlki daşıyıcı şirkətonu almaq istəyirsə, buyursun! Almaq istəmirsə, kənara çəkilsin, daha bacarıqlıdaşıyıcı şirkət qabağa dursun!

Axı,yazıq 50 nömrəli marşrutdan istifadə edən Günəşli sakinləri nə vaxta qədər yağışlı,yağmırlı havalarda xarab olub yollarda qalan avtobuslardan yarı yolda düşəcək vəqanları itin qanına dönəcəkdir?