adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Mart 2018 13:19
10036
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: SƏSSİZ ÖLÜM…

Dünyada insanlarmüxtəlif xəstəliklərdən vəfat edirlər. Və bu xəstəliklər də çoxlu saydadır. Bizimdə fikrimiz o deyil ki, hansısa xəstəliyi sayaq və bununla da məsələni bitmiş hesabedək. Bizim düşüncəmizlə əsas məsələ ondanibarətdir ki, müxtəlif cür adlanan qəfil ölümlərin qarşısını necə almaq olar? Birçoxları deyirlər ki, «ağ ölüm» çox qoruxuludur. Bəli, «ağ ölüm» həqiqətən də qorxuludur.Amma ondan da qorxulu və dəhşətli ölümlər var. Bu ölümlərdən birinə biz «səssizölüm» adını vermək istəyirik…

Çünki bu ölüm həril uzaqda yox, təkcə Azərbaycanda yüzlərləadamı öz ağuşuna alır. Bu ölümün pəncəsindən çox nadir halda bəzi insanlar xilas ola biliblər. Dəm qazından boğulmalar sankihər gün, hər dəqiqə bizi qarabaqara izləyir. Və payız mövsümü başlayandan qışınson ayına qədər Bakıda onlarla insan bu ölümdən dünyasını dəyişiblər. Təbii ki, bu cür ölümlər çox dəhşətli və gözlənilməzölüm sayıla bilər. Belə ki, hər hansı bir insan oynaya-oynaya, gülə-gülə hamam otağınagirir, yaxud da yatağa uzanıb yatır və xəbəri olmadan dünyasını dəyişir. Qəribədirki, dəm qazının nə qoxusu var, nə də rəngi hiss olunur. Əgər kimsə bu dəhşətli hadisə ilə üzləşirsə, deməli, o, Əzrayıllaqarşı-qarşıya gəlmiş olur və Əzrayılın da əlindən qurtarmaq mümkün deyil.

Dəm qazından boğulmalarisə davam etməkdədir. Bir neçə gün bundan əvvəl Sumqayıtda bir ailənin 6 üzvü dəmqazından dünyasını dəyişib. Adam bu hadisələrə görə, həddindən artıq narahat olurvə baş verən ölüm hallarına heç vaxt laqeyd qala bilmir. Belə çıxır ki, bu gün bizimheç birimiz dəm qazından boğulmadan sığortalanmamışıq. Qulaqlara kiş-kiş olsun,bu cür hadisə hər birimizin başına gələ bilər.

Hər il payız mövsümübaşlamamışdan öncə dəm qazı ilə bağlı əhaliadiyyəti qurumlar tərəfindən maarifləndirilir, onlar arasında izahat işləri aparılır.Çünki heç kəsə sirr deyil ki, bu cür təbliğat işlərinin aparılması heç olmasa əhaliarasında az da olsa insanların maariflənməsinə xidmət eləyir. Bu qədər təbliğatişləri, maarifləndirmə aparılsa da, yenəhər il olduğu kimi, bu il də dəm qazındançoxlu sayda insanlar dünyasını dəyişiblər.

Bu məsələyə heç dəbarmaqarası yanaşmaq olmaz. Heç kəs bizi qınamasın, Sovet dövründə dəm qazındanbu qədər boğulma halları yox idi. Çünki o vaxt indiki kimi qeyri-standart sobalardan,qızdırıcılardan belə geniş istifadə olunmurdu. Üstəlik də əhaliyə verilən təbiiqazın tərkibi diqqətlə yoxlanılır, emal prosesində zəhərli maddələr xaric olunurdu.İndiyə qədər yaxşı yadımdadır. Biz tələbə olanda da və sonra ailə qurub kirayəşinqalanda da heç bir sobadan istifadə eləmirdik. Qışın ən soyuq anlarında yalnız dördgözqazdan istifadə etməklə mövsümü başa vururduq. Heç o vaxtlar nəinki biz, bir adambelə həmin qazdan zəhərlənmədi.

Səhər-səhər evimizdəindi dördgözlü qaz cihazını yandırandan mütləqpəncərəni açıq qoyuruq. Çünki həmin qaz cihazını yandıran kimi içəri qəribə birqoxu dolur. Hər halda, bütün bunlar reallıqdı və bu gün də insanları çox narahatedir. Adiyyəti qurumlar da təbii ki, bu məsələlərdə xüsusilə diqqətli olmalı, dəm qazından boğulmalarınaradan qaldırılması üçün daha səmərəli metodlar tapmalıdır.

Bir ara da dedilərki, Bakıda yeni bir cihaz ixtira edilib.Guya həmin cihaz vasitəsilə hamama və mənzilə dolan dəm qazını müəyyənləşdirməkolur. Həmin cihazın deyilənlərə görə, qırmızı işığının yanması evin sakininə xəbərdarlıqedir. Tay bilmirik bu nə dərəcədə doğrudur, doğru deyil. Amma bir onu bilirik ki,mütləq mənada dəm qazından boğulmaların qarşısını almaq üçün tezliklə dövlət səviyyəsindəciddi addımlar atılmalıdır.

Üstəlik də hər birmənzil sahibi özünün təhlükəsizliyi haqqındaciddi düşünməlidir. Bir vaxtlar bütün hamamlarda nəfəsliklər var idi. Ancaqevlərini təmir edən insanlar görünüş xatirinə həmin nəfəslikləri ləğv etdilər vənəticədə isə belə ağır faciələr baş verməkdədir.

Hər bir insan özailəsi və övladları haqqında ciddi düşünməlidir. Dəfələrlə adiyyəti qurumlar əhaliyəxəbərdarlıq edib ki, mütləq hər il ən azından bir dəfə payız, qış mövsümündə evlərintüstü-bacası təmizlənməlidir. Mənzillərdə qeyri-standart cihazlardan yox, sertifikatıolan qurğulardan istifadə olunmalıdır. Bununla yanaşı, hamamların qapıları ən azıdörd-beş yerdən iri həcmdə deşilməlidir. Bu deşik elə olmalıdır ki, hamamda hərhansı insan çimən zaman dəm qazı olsa belə, həmin deşiklərdən çölə çıxsın.

Bu cür qabaqlayıcıtədbirlərin görülməsi az-çox da olsa «səssiz ölüm»ün qarşısını ala bilər. Amma çoxnahaq yerə biz mənzillərimizdəki hamamların nəfəsliklərini ləğv etdik. Əgər həminnəfəsliklər bərpa olunsa, sizi inandırım ki, hər hansı adam hamamda çimərkən o nəfəsliyiaçıq qoysa, heç vaxt dəm qazından boğulmaz. Təəssüflər olsun ki, biz xarici görünüşüngözəlliyi naminə öz həyatımızı təhlükə qarşısında qoyur və həmin nəfəslikləri hördürürük.Hələ bu azmış kimi, bəzilərimiz hamamın qapısında deşik də açdırmaq istəmirik ki,görünüşə mənfi təsir edər. Düzdür, bu deşiklərgörünüşə pis təsir edə bilər, ancaqdəm qazı hamama dolarkən insanı ölümdən də xilas edər. Əfsuslar olsun ki, biz bubarədə düşümək belə istəmirik.

Hər halda, yazımızınəvvəlində biz ölümlərin müxtəlif cür olmasını bir daha oxucuların yadına saldıq.Yadına saldıq ki, bu ölümlərin arasında «səssiz ölüm» də var. Və bu «səssiz ölüm»dənqurtarmağın yeganə yolu mənzillərə verilən təbii qazın təmiz olması, istifadə ediləncihazların standarta uyğunlaşması və bir də əlaqədar qurumların əhaliyə verdikləritövsiyələrə əməl edilməsidir. Əgər dediyimiz bu məsələlərə diqqət yetirilsə, bizimfikrimizcə, «səssiz ölüm»dən də xilas ola bilərik. Allah hamımızı belə hadisələrdənqorusun!