adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Oktyabr 2019 14:08
67002
MƏDƏNİYYƏT

Faiq QİSMƏTOĞLU: SƏHNƏYƏ İSTEDADLAR GƏLİR

İstedadlı adamlargec-tez özlərinə yer tapmağı bacarırlar. Düzdür, bəzən qara buludlar günəşinqarşısını aldığı kimi, bəzi qüvvələr də bu istedadların qarşısına sədd çəkirlər.Amma müəyyən zaman kəsiyindən sonra gün işığı kimi o istedadlar buludunarxasından çıxır və ətrafı öz nuruna bələyirlər. İstedadlı gənc, istedadlı adamharda olmasından və hansı maneənin yaranmasından asılı olmayaraq, zaman gələndəözünü təsdiq etməyi bacarır.

Füzuli rayonundakıHoradiz şəhər Uşaq Musiqi Məktəbizndə də zaman-zaman çox istedadlı gənclərolub. Və bu istedadlar istər-istəməz gün işığı kimi özlərini göstərməyibacarıblar. Onu da qeyd edək ki, bu musiqi məktəbi 1983-cü ildən fəaliyyətəbaşlayıb. Daha doğrusu, rayonda ikinci musiqi məktəbidir. Musiqi məktəbinəböyük bəstəkar və böyük ziyalı Məmməd Cavadovun oğlu Azər Cavadov rəhbərlikedir. O Məmməd Cavadov ki, vaxtı ilə böyük Üzeyir Hacıbəyovdan dərs alıb vəonun xeyir-duası ilə fəaliyyətə başlayıb. Məmməd Cavadov həm bəstəkar, həm dəbir bədii rəhbər kimi Naxçıvanda və Azərbaycanda silinməz izlər qoyub. O, məşhur"Naxçıvan" ("Barı Naxçıvan") mahnısının bəstəçisidir. Vəeyni zamanda böyük bəstəkar yüzlərlə şeirə musiqi yazıb, çoxlu sayda tamaşalaravə operettalara yeni nəfəs verib.



Əlbəttə, Horadizdə buuşaq musiqi məktəbinin fəaliyyəti istedadlı yeniyetmələrin üzə çıxamsına,aşkarlanmasına çox böyük təkan verir. Hazırda musiqi məktəbində 136 şagirdmusiqinin sirlərinə yiyələnir. Bu il isə uşaq musiqi məktəbinə 30 şagird qəbulolub. Məktəbdə iki şöbə var - fortopiano və xalq çalğı alətləri şöbəsi. Bura isəbu ixtisaslar daxildir: fortopiano, tar, qarmon, nağara, xanəndəlik, saz,kamança. Təbii ki, bu uşaq musiqi məktəbinə musiqiyə həvəsi, marağı və istedadı olan yeniyetmələrhəvəs göstərirlər.

Aydındır ki, həvəs heçdə məsələni həll etmir. Çünki istedad olmayam yerdə heç vaxt həvəslə hər hansımusiqi alətində ifa etmək elə də asan deyil. Deməli, istedadla həvəs və bir dəzəhmət hər hansı yeniyetməni istəyinə qovuşdura bilər. Musiqinin tədrisində müəllimdə əsas amillərdən biridir. Çünki istedadı və savadlı olmayan müəllim heç dəmusiqinin sirlərinə tamamilə şagirdə öyrədə bilməz.



Belə ki, müəllim hərhansı musiqi alətində şagirdə bir musiqini, bir mahnını, bir bəstəkar yazısınıçatdırırsa, gərək şagird də həmin anda müəllimin səsləndirdiyi o musiqini həmyadda saxlasın, həm də ifa etməyi bacarsın. Bu mənada Horadiz şəhər Musiqi Məktəbindəistedadlı yeniyetmələr az deyildir. Məsələn,onlardan biri Fərid Bəxtiyar oğlu Kərimov respublikada keçirilmiş"xalq çalğı alətləri" müsabiqəsində qarmon ifasında Fəxri Fərmanalayiq görülüb. Eyni zamanda, məktəbin şagirdlərindən Vaqif Səmədov (tar), ƏrşadAllahverdiyev (qarmon), Zeynəb Piriyeva (fortopiano), Nuşirəvan Quliyev (saz)öz istedadları ilə qısa zaman kəsiyində sözlərini deyə biliblər və ifalarıylaonları dinləyənləri təəccübləndiriblər. Çünki bu uşaqlar musiqi alətlərini ifaetdikləri ilk gündən müəllimlərin öyrətdiklərini dönə-dönə yaddaşlarına həkkediblər. Təbii ki, axtarışlar vəbir-birindən maraqlı yeniliklər o uşaqları bu musiqiyə daha ürəkdən bağlayıb.

Bir faktı da qeyd edəkki, məktəbi bitirən bir neçə məzun ali musiqi məktəbinə qəbul olub. Belə ki, MətanətAzər qızı Hüseynova Musiqi Akademiyasına, Sərvan Niftəliyev isə MilliKonservatoriyaya qəbul olublar. Əlbəttə, hər bir şagirdin, hər bir yeniyetməninuğuru o məktəbin, o müəllimlərin uğuru deməkdir. Belə olduğu halda, məktəbinmusiqi kollektivi də öz məzunları ilə haqlı olaraq qürur duyurlar.

Horadiz şəhər UşaqMusiqi Məktəbində həmişə sağlam və yaradıcı mühit hökm sürür. Belə mühitdə dəişləmək və oxumaq həm şagirdlər, həm də müəllimlıər üçün çox münbit şəraityaradır. Çünki o yerdəki şəffaflıq var, səmimiyyət var, orda istedadlar da çoxasanlıqla özlərini təsdiq etməyi bacarırlar.



Məktəbin öz ənənələri vəöz yolu var. Burda vaxtaşırı olaraq ədəbi-bədii gecələr, musiqilikompozisiyalar təşkil edilir. Bu yaxınlarda Füzuli Muğam Mərkəzində"Üzeyir musiqi günü" keçirilib. Eyni zamanda, bu yaradıcı kollektivböyük bəstəkar Qara Qarayevin və böyük sənətkar Hacı Xanməmmədovun 100 illikyubileyini də çox möhtəşəm şəkildə keçiriblər.Bu ənənə davam edir. Belə ki, yaxın vaxtlarda böyük xanəndə HacıbabaHüseynovun 100 illiyi keçiriləcəkdir. Məktəbin kollektivi bir möhtəşəm tədbirə- böyük xanəndə və musiqiçi, Azərbaycan muğam məktəbinin böyük müəllimlərindən olan Seyid Şuşinskinin 130 illiyini çox möhtəşəmkeçirib. Çünki Seyid Şuşinski klassik muğam sənətində öz möhürünü vurmuş vəizini qoymuş böyük sənətkarlardandır.

Məktəbin direktoru AzərCavadov bizimlə söhbət zamanı çox maraqlı bir əhvalat danışdı. Dedi ki, buyaxınlarda bizim məktəbə İrandan qonaq gəlmişdi. Onların arasında bir oğlanuşağı diqqətimizi daha çox cəlb elədi. Belə ki, o, həm qarmon çalır, həm də gözəltar çalırdı. Və eyni zamanda pianoda qeyri-adi ifalar səsləndirirdi. O uşağınadı Məhəmmədəmindir. Bu uşaq Üzeyir bəyin "Arşın mal alan"ından müəyyənparçaları tarda çalaraq qeyri-adi ifalar səsləndirdi. Sözün düzü, onun bu qədərböyük istedad sahibi olması və Azərbaycan klassiklərinin əsərlərini gözəl ifaetməsi hamımızı təəccübləndirdi. Məhəmmədəmin deyir ki, mən Bakıya gəlib musiqitəhsili almaq istəyirəm. Çünki burdakı mühitmənim çox xoşuma gəlir.



Yazımızın əvvəlindəqeyd etdik ki, istedadlı gənclərin üzə çıxması üçün əlverişli şərait və sağlammühit də lazımdır. O mühit olamayan yerdə heç vaxt istedadlı gənclər özlərinitapa bilməzlər. Necə ki, hər hansı əkilən ağacın inkişafı üçün günəş və sulazım olursa, bax, istedadlı uşaqlara da belə bir şərait yaradılmalıdır.

Birmənalı olaraq deyəbilərik ki, Kürdəmir Regional Mədəniyyət İdarəssinin Füzuli rayonu Horadiz şəhəriUşaq Musiqi məktəbində belə bir sağlam mühir var. Və o sağlam mühitdə hər biristedadlı uşaq, yeniyetmə özünün cığırını, özünün yolunu aça biləcək.