adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 Mart 2020 13:25
8845
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: SARIMSAĞIN DA QİYMƏTİ QALXIB

Dünyadasürətlə yayılan koronavirus xəstələrdən çox iqtisadiyyatı çökdürüb. Başqa sözlədemiş olsaq, bu virus bir o qədər də təhlükəli deyil ha! Sadəcə olaraq, onun gətirdiyi vahimə və dalğa çox güclüdür. Ən azından onagörə ki, bu virus çıxandan dünya iqtisadiyyatı iflic vəziyyətinə düşüb. Xüsusəndə dünya iqtisadiyyatının aparıcı qüvvələrindən biri sayılan Çin XalqRespublikasının istehsal etdiyi məhsullar anbarlarda qalıb və heç bir ölkə o məhsullarıqəbul etmir. Hələ biz qonşu İranı demirik. "Ağzımızın içində” olan İranıniqtisdadiyyatı da çox yaman günə düşüb.

Bunlarıbaşa düşmək olur. Dünyanı idarə eləyən və at oynadan Amerika Çini və İranı çökdürmək istəyir. Amma onubaşa düşmək olmur ki, balam, bəs bizim ölkədə bu virus olmaya-olmaya niyə birçox məhsulların qiyməti kəllə-çarxa qalxıb?! Bizim həkimlər deyirlər ki,koronavirusa qarşı ən yaxşı mübarizə metodu immuniteti yüksəltməkdir.İmmuniteti yüksəltmək üçün isə sarımsaqdan, limondan, soğandan və baldanistifadə edilməlidir. Hələ biz başqa şeyləri və qidaları demirik.

Buxəbəri eşidər-eşitməz artıq bəzi işbazlar bir-iki ay bundan əvvəl kiloqramı 80qəpik və 1 manat 50 qəpik arasında olan sarımsağı 6-7 manata qaldırıblar. İndigörün, bizim bəzi işbazlarımızın başı necə hər şeydən çıxır. Və bu həmişə beləolub. Bir balaca çətinlik olanda və bir balaca vəziyyət qəlizləşəndə o dəqiqəmüəyyən ərzaq və kənd təsərrüfatı məhsullarınınqiymətini gözəgörünməz qüvvələr fantastik dərəcədə bahalaşdırırlar. Bubahalaşma da düz o vaxta qədər davam eləyir ki, təzə məhsul çıxır və təzə məhsulçıxanda köhnənin alıcılıq qabiliyyəti aşağı düşdüyü üçün onun qiyməti bir qədərsabitləşir.

Hələki, Bakı bazarlarında və marketlərdə sarımsağın bir kiloqramının qiyməti 6-7manatdan aşağı düşmür. Dostumuz və qardaşımız hörmətli Əbülfət Mədətoğlu deyirki, yerli sarımsaqların qiyməti daha bahadır. Məsələn, bəzi yerli sarımsaqlarınqiyməti hətta 8 manata çatır.

Deyəbilərlər ki, sarımsaq mövsümü deyil, məhsul qıtlığı yaranıb, üstəlik də ölkəmizəxaricdən sarımsaq gətirilmir və ya az gətirilir, ona görə qiymətlər belə ceyranbelinə qalxıb. Bəs onda soğanın qiyməti niyə yüksəlib? Amma sarımsaqla müqayisədəşükür Allaha ki, soğan bir o qədər də baha deyil. Yəni bir kiloqram yaxşısoğanın qiyməti 1 manat- 1 manat 50 qəpik arasındadır. Ancaq Hövsan soğanınınkiloqramı 3-4 manatdır. Bu gedişlə hər şey davam eləsə, martın ortalarında vəaprelin əvvəllərində soğanın da qiyməti kəllə-çarxa çıxacaq.

Birçox ekspertlər bildirirlər ki, sarımsağın və soğanın qiymətini qaldıranlarbazarlara diqtə eləyən bəzi inhisarçılardı. Onlar mövsümün əvvəllərində kəndyerlərindən, sahibkarlardan kiloqramı 30-40 qəpiyə, uzaqbaşı 60 qəpiyəaldıqları sarımsağı və soğanı anbarda saxlayaraq indi baha qiymətə satışaçıxarırlar. Bu fikirlərin nə dərəcədə obyektiv və ədalətli olub-olmadığını deyəbilməsək də, ancaq görünən odur ki, bu gün Azərbaycanın bazarlarında sarımsağınqiyməti görünməmiş həddə qalxıb. Düzdür, əvvəllər də mart və aprel aylarındasarımsaq heç də ucuz qiymətə satışa çıxarılmayıb. Amma onda da qiymətlər 4-5manatdan artıq olmayıb.

Görünür,sarımsağın qiymətinin bu dərəcədə birdən-birə yüksək səviyyəyə qalxmasınıngünahkarı koronavirusdur. Əgər koronavirus bu hay-küylə ayaq açıb müxtəlif ölkələriağzına götürməsəydi, sarımsağın da qiyməti 6-7 manata yüksəlməzdi. Yazıq həkimlərhər şeyə ehtiyatla yanaşırlar. Məsələn, böyük ziyalı və gözəl insan RəşidMahmudov bir neçə gün bundan əvvəl televiziyada çıxışında bildirdi ki, bizözümüz də bir şeyi deyəndə qorxuruq. Məsələn, deyirik ki, filan dərmanın, qiymətidə o qədər baha deyil, 50 qəpikdir, onu şprislə çəkin, amma burnunuza vurandaşprisi çıxarın ki, sizi zədələyə bilər. Bax, bu dərman sizi bir gün səhərdənaxşama qədər istənilən virusdan qoruyacaq və oksigenlə təmin edəcəkdir. Üstəlikdə sarımsaqdan, limondan və soğandan istifadə eləyin. Biz həkim olaraq hərhansı məsləhəti verən kimi, o dəqiqə bir çox işbazlar da qiyməti qaldırırlar.Adamın kişiliyi olar ey, bu çətin vəziyyətdə millətə arxa durmaq lazımdır.Yoxsa onun əlindəkini, ovcundakını almaqinsafdan deyil. Bir göz qırpımında 10 qəpiklik maskanı 1 manat elədilər.Vallah, belə şeyi Allah götürməz!

İstedadlışair Qürbət Əziz deyir ki, bu millət Allahın möcüzəsidir. Yəqin şair millətinbelə eybəcər hərəkətlərini görüb o şeiri yazıb. Görməsəydi, yazmazdı. Millətqorxu, vahimə içində o virusdan özünü qoruyur, bəzi vicdanını itirmiş və Allahdanqorxmayan adamlar virusa qalib gələn ərzaq məhsullarının və kənd təsərrüfatımallarının qiymətini qaldırırlar.

Bəssüni qiymət artımını görəsən adiyyəti qurumlar görmürlərmi?! Görmürlərsə, bizdedik. Qoy bilsinlər, görsünlər və ciddi addım atsınlar. Təsirli tədbirlərgörsünlər ki, hər şeyin qiyməti sabit olsun. İnşallah, gözləyək görək axırı necəolur. Onsuz da bu koronavirusun ömrünə bir şey qalmayıb. Uzaqbaşı mart ayında vəaprelin əvvəllərində 20-25 dərəcə isti olsa, necə gəlmişdisə, eləcə də qayıdacaq.