adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Yanvar 2019 12:32
10591
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: SAHİBSİZ İTLƏRƏ SAHİB ÇIXAN TAPILACAQMI?

Deyirlər ki, it, at və bir də arvad insana çox vəfalıdır. Yəni çətingündə ən yaxın adamlar kimisə atıb gedəndə it, at və arvad həmin adamınyanından heç vaxt uzaqlaşmır. Uzaqlaşmır ki, onun sahibi xəstəlikdən sağalsın vəayağa qalxsın. Sahibini ayağa durmuş görəndə bu canlılar bir qədər sakitləşir vərahat olurlar...

Amma heç də hər it insana sədaqətli olmur. Yəni it var ki, bir dəgörürsən arxadan sənə cumdu vəbaldırından yapışdı. Bir dəfə uşaq vaxtı qonşumuzun həyətinə keçmişdim, onlaraanamın verdiyi payı aparırdım. Sən demə, həmişə zəncirə bağlı olan itsə bu dəfəaçıq imiş. Arxadan mənə cumdu, ha eləyib çevrilənə qədər baldırımdan yapışdı. Səs-küyəqonşu Abbas kişi çıxdı, ağacı götürüb baldırımdan yapışmış itə bir-iki dəfə çəkdi.İt bundan sonra məndən uzaqlaşdı. Ancaq iş-işdən keçmişdi. Təcili məni kənd xəstəxanasınaapardılar, baş həkim rəhmətlik Hidayət dayım elə özü məni müayinə etdi, yaramısarıdı və quduzluğa qarşı iynə vurdu.

Sözümün canı ondan ibarətdir ki, bu gün Bakı şəhərində nə qədər desənsahibsiz itlər var. Və bu sahibsiz itlər də hər il onlarla insanı tutur. Təsadüfideyil ki, vaxtında həkimə müraciət etməyən adamlar sonradan dünyalarını da dəyişiblər.Ona görə də əksər it tutan adamlar həkimə müraciət ediblər və həkim də onlarailkin tibbi yardımı göstərməklə quduzluğa qarşı iynə də vurub. Bu davamlı müalicədən sonra it tutmuşadamların durumu yaxşılaşıb.

Redaksiyamıza Bakının Suraxanı rayon, Hövsan qəsəbəsindən bir neçəsakin zəng edib dedilər ki, bəs burda sahibsiz itlərin əlindən tərpənmək mümkündeyil. Biz məlumatın nə dərəcədə düzgün olub-olmamasını dəqiqləşdirmək üçün həminyaşayış massivinə yollandıq. Redaksiyamıza zəng etmiş Nadir Məmmədov bildirdiki, artıq neçə illərdir sahibsiz itlərin əlindən lap boğaza yığılmışıq. Eləsöhbətimizin şirin yerində nə az, nə çox yeddi-səkkiz sahibsiz it bizimyanımızdan keçib qonşu binaya tərəf getdi. Bu vaxt itləri görən uşaqlar qaçıbbinanın bloklarına, ordan da evlərinə girdilər. Tay bizim Nadir Məmmədovla söhbətetməyimizə bir o qədər də ehtiyac qalmadı. Çünkü görünən kəndə nə bələdçi?

Həmin binanın sakinlərindən olan Nazilə Məmmədova bizim sahibsiz itlərləbağlı jurnalist araşdırması apardığımızı görüb dərdi açıldı, nə açıldı. Dediki, qardaş, o gün səhər-səhər işə gedirdim. Nə yaxşı ki, blokun qapısı var.Qapını açmaq istəyəndə nə görsəm yaxşıdı? Gördüm ki, 10-12 it blokun ağzında oyan-bu yana gedir. Nə yaxşı qapını tez bağlaya bildim. Yoxsa itlər üstümə cumubməni parçalaya bilərdi. Qonşuları köməyə çağırandan sonra iki cavan oğlan əlinəağac götürüb onları blokun ağzından uzaqlaşdırdılar. Əgər əllərində ağacolmasaydı, it onları tuta bilərdi. Hətta ağac ola-ola itlərdən bəzisi onlarınüstünə cummağı belə unutmurdu. Bir təhər Allah kömək olmuş o iki cavan, itləriqovdu və mən də blokdan çıxıb işə getdim. Axşamlar bu itlərin əlindən evdə yatmaq mümkün deyil. Ağız-ağıza verirlər,hürməyə başlayırlar. Gəl indi yat görüm necə yatırsan. Səhərə qədər itlərinulaşmasının səsi eşidilir.

Hətta biz Hövsandakı məşhur parkda olanda uşaqları yanında gəzməyə gələn bir neçə xanımitlərin bura gəlib çıxdığını bildirdilər. Onlar dedilər ki, parkda da bu itlərinəlindən dinclik tapa bilmirik. Yeddi yaşlı Gülpəri Əhmədova anasına sığınb itdənqorxduğunu bizə dedi. Dedi ki, anamla parka gəlmişəm, amma burda da itlərigörürəm. Anam olmasa, burda qorxumdan bir dəqiqə də dura bulmərəm. O gün parkdarəfiqələrim oynayanda bu itlər onların üstünə cumub, uşaqlar qorxub. Həminhadisədən sonra tay qorxumdan parka tək gəlmirəm. Anama qoşulub gəlirəm.

Bakının çox yerində sahibsiz itlərlə üzləşmək olar. Ancaq Hövsandaolduğu kumu sahibsiz itlər heç yanda yoxdur. Düzdür, Yeni Günəşlidə də bu cürsahibsiz itlər kifayət qədərdir. Yəni Yeni Günəşlidə bir dəfədə 6-7 sahibsiz ito yan- bu yana qaçırsa, Hövsanda ondan çox it görə bilərsən.


Son vaxtlar sahibsiz itlərin peyvənd edilməsi ilə bağlı Bakı şəhərindəmüəyyən addımlar atılıb. Hətta həmin sahibsiz itlərin quduzluğa qarşı peyvəndindənsonra qulaqlarına birkalar da yapışdırılır. Yəni qulağında birka olan sahibsizitlər qudurmuş və qorxulu itlər deyil. Amma gəlin onunla razılaşaq ki, Hövsandavə digər yaşayış sahələrində sürüylə gəzən itlər heç də hamısı quduzluğa qarşıpeyvənd edilməyib.

Biz mövcud məsələylə əlaqədar Sahibsiz İtlərə Qarşı Mübarizə İdarəsiilə də əlaqə yaratdıq. Ordan bildirdilər ki, tay əvvəllər olduğu kimi sahibsizitləri güllə ilə vurmaq hüququmuz yoxdur. Sadəcə olaraq, biz onları tor vasitəsilətutur, maşına yığır, sonra aparıb adiyyəti qurumlara təhvil veririk. Orda buitləri qapalı şəraitdə saxlamaqla peyvənd edirlər, qulaqlarına birka vururlar.Bundan sonra həmin itlər yenidən ətraf mühitə buraxılır.


İtlər nə qədər peyvənd edilsə də, amma onların arasında peyvənd edilməyənlərdə var. Hövsandakı Mənzil İstismar Sahəsinin rəisi bildirdi ki, sahibsiz itlərləbağlı bizdə də yetərincə məlumatlar var. Əhalinin təhlükəsizliyi üçün biz buitlər barəsində davamlı olaraq əlaqədar qurumlara məlumatlar veririk. Onlar daimkanı daxilində sahibsiz itləri zərərsizləşdirirlər.

Göründüyü kimi, sahibsiz itlərlə bağlı əlaqədar qurumlar bacardıqlarıqədər bu işi yerinə yetirməyə cəhd edirlər. Ancaq reallıq isə bundan ibarətdirki, yenə Hövsanda və digər yaşayış sahələrində çoxlu sayda sahibsiz itlərvardır. Görünür, mövcud problemin həlli üçün adiyyəti qurumlar yetərincə tədbirgörə bilməyiblər.

Elə buna görə də Hövsanda bir çox binaların qarşısında sahibsiz itlərçoxalıb və sahibsiz itlər böyük təhlükə mənbəyinə çevriliblər. Çünki busahibsiz itlər hər an, hər dəqiqə kimisə tuta bilər. Ona görə də bütün sakinlərinbir arzusu var: görəsən, Hövsan qəsəbəsində sahibsiz itlərə sahib çıxanlar nəvaxt tapılacaq?! Əgər onlara sahib çıxanlar tezliklə tapılmasa, yazıq Hövsancamaatı, sahibsiz itlərlə bağlı hələ indən sonra çox qorxulu və vahiməli anlaryaşamağa məcbur olacaqlar.